18 Mart 2025 08:45
280
SİYASƏT
A- A+
Avropa Parlamentinin ölkəmizə qarşı növbəti qərəzi

Avropa Parlamentinin ölkəmizə qarşı növbəti qərəzi


Adı korrupsiya qalmaqalında hallanan bu qurum köhnə xislətindən əl çəkmir


Çoxillik Ermənistan-Azərbaycan münaqişəsi dövründə bir sıra Qərb dövlətlərinin və onların nüfuz dairəsində olan və maliyyələşdirdikləri beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli mövqelərinə, avantürist siyasətlərinə çox şahidlik etmişik. İşin maraqlı olan tərəfi budur ki, Azərbaycanın beynəlxalq aləmdə və regionda nüfuzu artdıqca, Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin olunmasında əsas aktor kimi çıxış etdikcə özünü beynəlxalq aləmdə arbitr kimi göstərməyə çalışan beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli fəaliyyətlərini daha da gücləndirirlər. İşğal altında olan torpaqlarımız azad olunduqdan, ölkəmiz müstəqilliyini və suverenliyini tam bərpa etdikdən sonra hər addımda Azərbaycana qarşı nifrət püskürən Avropa Parlamenti bütün gücünü işə salaraq ölkəmizə qarşı "qətnamə" istehsal etməklə məşğuldur. 

Martın 13-də Avropa Parlamenti növbəti dəfə qərəzli, şər-böhtan dolu qətnamə qəbul edib. Yeri gəlmişkən, qeyd edək ki, qəbul edilən bu "yeni" qətnamə Avropa Parlamentinin özünüifşası deməkdir. Sözdə dünyanın "qlobal problemlər"ini həll etməyə mükəlləf olan bu beynəlxalq qurumun, işdə boş-boş qeybətlə məşğul olmaqdan uzağa gedə bilmədiyini, siyasi maraqları naminə rüşvətlə, dirijor çubuğunun işarəsi ilə fəaliyyət göstərdiyini bir daha təsdiq etdi. Son zamanlar adı rüşvət və korrupsiya qalmaqalı ilə daha çox hallanan Avropa Parlamentinin yeni qətnaməni qəbul etməsində erməni puluna satılmış deputatların da "xidmət"ləri böyükdür. Avropa İttifaqı bir daha beynəlxalq hüquq normalarını ayaqlar altına ataraq separatçılara və Azərbaycana qarşı təxribatlarda iştirak edən şəxslərə himayədarlığını nümayiş etdirib. 

Avropa Parlamentində qətnaməyə səs verən deputatlar bilməmiş deyillər ki, münaqişə 1987-ci ildə Ermənistandan azərbaycanlıların  deportasiyası ilə başlanıb. Bu  əməliyyat zamanı 220 azərbaycanlı amansızlıqla qətlə yetirilib, 1100-dən çoxu yaralanıb, 250 min insan isə yurd-yuvasından zorla qovulub. Avropa parlamentariləri bilirlər ki, 1989-cu ildə Ermənistan parlamenti Dağlıq Qarabağla birləşmək haqqında qərar qəbul etməklə separatçılığa rəsmi dəstək verib. Bu azmış kimi,  Ermənistan xarici hərbi birləşmələrin və terror qruplaşmalarının köməyi ilə irimiqyaslı işğalçılıq əmaliyyatı  keçirərək Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun işğalını həyata keçirib. Bu işğal etnik təmizləmə siyasəti ilə müşayiət olunub, nəticədə 1 milyon soydaşımız  qaçqın və məcburi köçkünə çevrilib. 

BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul edib. Bu qətnamələrin hər birində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu təsdiq edilib və işğalçı qüvvələrin ölkəmizin ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. Ermənistanın təcavüzkar siyasəti pislənib. Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul etdiyi bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi əsaslarını müəyyən edib. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc tətbiqi vasitəsilə ərazilərin zəbt edilməsinin qəbuledilməzliyi vurğulanıb. Bütün bu illər ərzində Avropa Parlamenti tərəfindən erməni təcavüzkarlarına qarşı nəinki heç bir təzyiq edilməyib, hətta bu qurum Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinə, bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşaraq işğalçıların BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını birmənalı şəkildə tələb etməyib. Xatırladaq ki, 1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurası qəbul etdiyi 853 saylı qətnamənin 9-cu bəndində Ermənistandan Dağlıq Qarabağ ermənilərinə təkidlə tələb edib təsir göstərməyə və əvvəlki qətnamənin şərtlərinə uyğun olaraq ordusunu işğal altında olan ərazilərdən çıxarmağa  çağırıb. Bununla BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ ermənilərinin məhz Ermənistandan idarə olunduğu faktını qəbul etdiyini göstərib. 1993-cü il noyabrın 11-də qəbul etdiyi 884 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının və regiondakı bütün digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü təsdiq edərək beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyini bir daha bəyan edib.

BMT Baş Assambleyasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 2006-cı il sentyabrın 7-də qəbul etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsində işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən törədilən yanğınlar pislənilib. BMT Baş Assambleyasının 2008-ci il martın 14-də qəbul etdiyi eyniadlı qətnamə münaqişənin hüquqi, siyasi və humanitar aspektlərini əhatə edib və həlli prinsiplərini yenidən təsdiqləyib. Bu prinsiplər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma yurdlarına qayıtmaq hüququnu, hər iki icmanın Azərbaycanın tərkibində birgəyaşayış şərtlərinin təmin edilməsini və ərazilərin işğalı nəticəsində yaradılmış vəziyyətin qeyri-qanuniliyini vurğulayıb.

Təhlükəsizlik Şurasının qətnamələrini düz 27 il saya salmayan Ermənistan qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxardı, əksinə, işğalı davam etdirmək və daha çox torpaqlarımızı ilhaq etmək xəttini tutdu. Təəssüf ki, nə qətnamələrin müəllifi olan BMT, nə də danışıqlar prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, nə də Avropa İttifaqı işğalçı Ermənistana bədnam niyyətindən əl çəkmək üçün heç bir təzyiq göstərmədi. Əksinə, status-kvonu saxlamaq üçün bütün imkanlardan istifadə etməyə çalışdılar.

Nəhayət, Azərbaycan dövləti öz qətiyyəti ilə 2020-ci ildə Ermənistanın yeni təcavüzkar niyyəti ilə başladığı müharibə zamanı həm də BMT TŞ-nın Ermənistanın Azərbaycan torpaqlarını boşaltmasına dair məlum 4 qətnaməsinin icrasını təmin etdi.

Bu gün Avropa Parlamentinin Bakıda saxlanılan separatçı-quldurların, insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirli bilinən ünsürlərin "dərhal və qeyd-şərtsiz azad edilməsi" barədə qətnamə qəbul etməsi və burada hətta müttəhimlərə qadağan edilmiş psixotrop dərmanların yeridilməsi barədə sərsəmləmələrin yer alması ikrah doğurur. Özü də bu qətnamə o zaman qəbul edilir ki, hərbi cinayətlərdə ittiham olunan məhkumlar onlara qarşı hər hansı bir qanunsuzluğun olmadığı, zor tətbiq edilmədiyi barədə bəyanatlar verir, Ermənistanın münaqişədə birbaşa iştirakçı olduğunu, özlərinin isə Ermənistandan gələn əmrləri icra etdiklərini ifadələri ilə təsdiqləyirlər.

Bütün bunların inkarolunmaz fakt olduğunu bilə-bilə Avropa Parlamentinin belə bir üzdəniraq qərar çıxarması bu qurumun  beynəlxalq hüquq normalarını heç sayaraq separatçılara və Azərbaycana qarşı təxribatlarda fəallıq göstərən şəxslərə himayədarlıq etməsi, yumşaq desək, təəssüf doğurur. Əslində, bu qətnaməni qəbul etməklə Avropa Parlamenti Azərbaycana qarşı geniş və təşkilatlanmış anti-Azərbaycan şəbəkə olduğunu bir daha təsdiq etdi.

Avropa Parlamentinin birmənalı şəkildə ölkəmizə qarşı kampaniya  aparan bir quruma çevrilməsi xalqımızın haqlı olaraq hiddətinə səbəb olub.  

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi də Avropa Parlamentinin 2025-ci il martın 13-də qəbul etdiyi bədnam qətnaməyə etiraz edərək Avropa Parlamentinə məktub göndərib. Məktubda qeyd olunub ki, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan silahlı separatçılıq, sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir.

Məktubda qeyd edildiyi kimi, "Qətnamədə Azərbaycanın 2023-cü ildə "blokada" və "etnik təmizləmə" həyata keçirməsi barədə irəli sürülən ittihamlar diqqəti haqsızlığın əsl günahkarlarından - onilliklər ərzində Azərbaycan torpaqlarını işğal etmiş,  azərbaycanlıları zorla yurdlarından qovmuş və işğal altında saxladıqları bütün şəhər və kəndləri yerlə yeksan etmiş Ermənistan silahlı qüvvələrindən yayındırmağa yönələn siyasi motivli uydurmalardan başqa bir şey deyil. 

Avropa Parlamentinin "sanksiyalar", sazişlərin "dayandırılması" və diplomatik məhdudiyyətlər barədə çağırışları isə Azərbaycanın daxili işlərinə qarışmaq üçün göstərilən qəbuledilməz cəhdlərdir. Bu cür siyasi motivli hərəkətlər regionda yalnız gərginliyi artırır və davamlı sülhə nail olmaq perspektivlərini sarsıdır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib  

12:05
26 Aprel

Xankəndidə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Simulyasiya Konfransı keçirilir  

11:53
26 Aprel

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanda mühakimə olunan Ruben Vardanyanla və digər 15 erməniəsilli şəxslə rəftar ilə bağlı Ermənistanın iddialarını rədd edib  

11:15
26 Aprel

Ucaboyluluq diqqətçəkən olsa da...

09:10
26 Aprel

Niderlandda islamofobiya "çiçəklənir"

09:05
26 Aprel

Əhalinin sosial güvənliyinin təminatı prioritet istiqamət olaraq qalır

09:00
26 Aprel

Çin Azərbaycanın "yaşıl" partnyoruna çevrilir

08:55
26 Aprel

Soyqırımına ermənilər yox, azərbaycanlılar məruz qalıblar

08:50
26 Aprel

Əsl erməni xisləti

08:45
26 Aprel

Kanada ikiüzlü siyasəti ilə sülhə qarşı çıxır

08:40
26 Aprel

Qərbi Azərbaycan: tarix saxtakarlıq götürmür

08:35
26 Aprel

"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi Şabran rayonunda davam etdirilib

08:30
26 Aprel

Unudulmaz müəllimim - Mir Cəlal Paşayev

08:25
26 Aprel

Əqli mülkiyyət hamı üçündür

08:20
26 Aprel

"Sahibkarlar günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransın iştirakçılarının müraciəti

08:15
26 Aprel

Milli təəssübkeşlik, Vətən və xalq sevgisi

08:10
26 Aprel

İkitərəfli əlaqələr yeni müstəviyə keçir

08:05
26 Aprel

Milli maraqları qətiyyətlə təmin edən müstəqil siyasət

08:00
26 Aprel

Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında

01:15
26 Aprel

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəyişiklik edilməsi barədə

01:14
26 Aprel

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi haqqında

01:13
26 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!