17 Mart 2026 12:19
173
SİYASƏT
A- A+
“Yerin təki haqqında” Qanuna dəyişikliklər təsdiqləndi: Yeni qaydalar resurs istifadəsini və ekoloji nəzarəti gücləndirəcək  

“Yerin təki haqqında” Qanuna dəyişikliklər təsdiqləndi: Yeni qaydalar resurs istifadəsini və ekoloji nəzarəti gücləndirəcək  


“Yerin təki haqqında” Qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin martın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi yerin təkindən istifadə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb və əsasən aşağıdakı məsələləri tənzimləyir:

- su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsinin yerin təkindən istifadənin növləri sırasına daxil edilməsi.

Ölkəmizdə su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının və sututarların təmizlənməsi nəzərdə tutulur ki, bu da həmin sututarlarda toplanmış milyonlarla kubmetr qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi dövriyyəyə cəlb olunması ilə nəticələnəcək. Həmçinin ölkədə yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindən süxurların çıxarılması ilə nəticələnir. Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasının yaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığın təmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmət edəcək.

Yerin təkindən istifadənin növlərindən biri də dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququnun verilməsidir. Təklif olunan dəyişikliyə əsasən, bu hüquq müvafiq qaydaya uyğun olaraq veriləcək.

Yer təki sahələrinin rekultivasiyasının məqsədi işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasıdır və bunun üçün yer təki istifadəçiləri həmin torpaqların rekultivasiya planını tərtib etməli və rekultivasiyanı da həmin plan əsasında təmin etməlidirlər.

Qeyd etmək lazımdır ki, ölkə üzrə faydalı qazıntı yataqlarının əhəmiyyətli hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Qeyri-neft sektorunun və sənayenin inkişafı, xammal asılılığının azaldılması məqsədilə bu yataqların istismarı zəruridir. Lakin hazırda yer təki istifadəçiləri tərəfindən torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpası və artırılması, eləcə də ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə rekultivasiya işlərinə dair sistemli qaydalar mövcud deyil. Bu çərçivədə rekultivasiya planlarının hazırlanması, dövlət ekoloji ekspertizasından keçirilməsi, münbit torpaq qatının qorunması və bərpası, hidrogeoloji və mühəndis-geoloji şəraitin nəzərə alınması kimi tələblər müəyyən ediləcək və torpaqların əvvəlki və ya alternativ faydalı vəziyyətə qaytarılması təmin ediləcək.

Dəyişikliklər yerin təkinin istifadəsi sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, təbii ehtiyatlardan istifadə olunmasının səmərəliliyinin yüksəldilməsinə, ekoloji təhlükəsizliyə, ekoloji balansın qorunmasına, dağ- mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasına və istismara cəlb olunan yer təki sahələrinin rekultivasiya tədbirlərinin sistemli aparılmasına xidmət edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın təbii qaz ixracı 5 faizədək artıb

14:30
17 Mart

“Neftçi” növbəti dəfə azarkeşlərinə görə yüksək məbləğdə cərimələnib

14:28
17 Mart

Dövlət vəsaitlərindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşir

13:33
17 Mart

San-Marinanın Kapitan-Regenti: Azərbaycan bir sıra beynəlxalq iqtisadi əlaqələrin inkişafına dəstək verən layihələrin iştirakçısıdır  

13:23
17 Mart

Gürcüstan Patriarxı II İlya xəstəxanaya yerləşdirilib

13:01
17 Mart

Ağdam şəhərində Novruz yarmarkası açılıb

12:56
17 Mart

Donald Trampa Fars körfəzində İranın qisas tədbirləri ilə bağlı xəbərdarlıq edilibmiş  

12:50
17 Mart

Xocavənd kəndində daha 11 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

12:47
17 Mart

Sabah gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək

12:46
17 Mart

Xarici vətəndaşların İrandan təxliyəsi: “Astara” buraxılış məntəqəsində son vəziyyət 

12:45
17 Mart

Ötən il Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi 6,5 milyard dolları ötüb  

12:41
17 Mart

İranda ABŞ və İsrailə casusluq edənləri edam cəzası gözləyir

12:41
17 Mart

MM qadın hərbçilərlə bağlı qanunvericiliyə dəyişikliyi qəbul edib

12:33
17 Mart

MDB-nin İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə dair Protokol təsdiqlənib  

12:30
17 Mart

“Yerin təki haqqında” Qanuna dəyişikliklər təsdiqləndi: Yeni qaydalar resurs istifadəsini və ekoloji nəzarəti gücləndirəcək  

12:19
17 Mart

2025-ci ildə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi açıqlanıb  

12:11
17 Mart

BDYPİ qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib

12:01
17 Mart

Nigeriyada terror aktı: 23 nəfər həlak olub, 100-dən çox yaralı var

11:32
17 Mart

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

11:22
17 Mart

Milli Məclis 9 məsələnin müzakirəsinə başlayıb

11:21
17 Mart

Şirvan şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 35 mənzil verilib  

11:20
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!