17 Mart 2026 17:58
169
CƏMİYYƏT
A- A+
Məcnun Məmmədov: Kənd təsərrüfatı innovasiya, texnologiya və sahibkarlığın birləşdiyi strateji sahəyə çevrilir  

Məcnun Məmmədov: Kənd təsərrüfatı innovasiya, texnologiya və sahibkarlığın birləşdiyi strateji sahəyə çevrilir  

Cəlilabad rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin ərazisində təşkil olunan festivalın məqsədi aqrar sahədə fəaliyyət göstərən fermerləri, sahibkarları, startapçıları və dövlət qurumlarını bir araya gətirmək, kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqini təşviq etmək, eləcə də aqrar biznes imkanlarını geniş ictimaiyyətə təqdim etmək olub.

Festivalın açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahədə həyata keçirilən sistemli islahatlar, fermer və sahibkarlara göstərilən dövlət dəstəyi, eləcə də müasir texnologiyaların tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verir: “Bu gün kənd təsərrüfatı yalnız istehsal sahəsi kimi deyil, həm də innovasiya, texnologiya və sahibkarlığın birləşdiyi strateji iqtisadi istiqamətlərdən birinə çevrilməkdədir. Aqrar sahədə rəqəmsal həllərin tətbiqi, startap təşəbbüslərinin təşviqi, elmi biliklərin və müasir texnologiyaların praktikaya inteqrasiyası sektorun rəqabət qabiliyyətliliyinin artırılmasına xidmət edir”.

Açılış mərasimində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı ölkəmizdə kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, aqrar sahədə innovasiyaların tətbiqinin, peşə təhsilinin inkişafının və məşğulluq imkanlarının genişləndirilməsinin əhəmiyyətindən bəhs ediblər. Natiqlər bildiriblər ki, bu kimi festivallar fermerlər, gənclər və sahibkarlar üçün yeni əməkdaşlıq və inkişaf imkanları yaradır.

Çıxışlardan sonra Aqrar Biznes Festivalında fəal iştirakına və tədbirin təşkilinə göstərdikləri dəstəyə görə bir sıra qurum və təşkilatların nümayəndələri təşəkkürnamələrlə təltif olunublar.

Açılış mərasimindən sonra iştirakçılar sərgi sahəsinə baxış keçiriblər. Festivalın sərgi bölməsində Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, Dövlət Məşğulluq Agentliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən 10-dan artıq dövlət peşə təhsil mərkəzi, eləcə də aqrar sahədə fəaliyyət göstərən müxtəlif şirkətlər öz xidmət və məhsullarını nümayiş etdiriblər.

Tədbir iştirakçıları, həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində təşkil olunan “Bootcamp” proqramının iştirakçıları ilə görüşüblər. Görüş zamanı “Bootcamp” iştirakçıları hazırladıqları layihələr və aqrar sahədə innovativ texnologiyaların tətbiqi imkanları ilə bağlı təqdimatlar ediblər. Sərgi çərçivəsində yaradılmış startap zonasında aqrar startapçılar innovativ layihə və həllərini təqdim ediblər. Bununla da startapçılar fermer və sahibkarlarla birbaşa ünsiyyət quraraq öz ideyalarını təqdim etmək və potensial əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub

19:01
17 Mart

Milli Məclis Aparatının rəhbəri: Parlamentlə məhkəmə orqanları arasında sıx əməkdaşlıq qurulub

18:21
17 Mart

İranla müharibəyə görə ABŞ-də ilk istefa

18:17
17 Mart

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:05
17 Mart

Məcnun Məmmədov: Kənd təsərrüfatı innovasiya, texnologiya və sahibkarlığın birləşdiyi strateji sahəyə çevrilir  

17:58
17 Mart

“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiqlənib  

17:43
17 Mart

Hörmüz boğazında böhran qlobal maliyyə sistemində sarsıntıları dərinləşdirir  

17:37
17 Mart

Neft qiymətləri Yaxın Şərqdəki münaqişə başlayandan bəri 40 faizdən çox artıb  

17:13
17 Mart

“Paris-2024”də 2-ci yeri tutan Azərbaycan boksçusunun da medalı dəyişdiriləcək  

17:08
17 Mart

Polşa Baş nazirinin müavini Azərbaycana qarşı həyata keçirilən dron hücumlarını pisləyib  

17:00
17 Mart

“Starlink” şəbəkəsində internet peyklərinin sayı 10 mini ötüb  

16:57
17 Mart

Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

16:56
17 Mart

Kənd təsərrüfatı nazirinin müavini Goranboyda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

16:50
17 Mart

Ağdərəyə növbəti köç - daha 41 ailə doğma yurduna qovuşub

16:49
17 Mart

Yaşa görə orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 57,2 faizə çatıb  

16:47
17 Mart

Ötən il xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 19 milyard dollar olub  

16:43
17 Mart

Tehran valisi 12 minə yaxın binanın bombardmandan zərər gördüyünü bildirib  

16:39
17 Mart

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Baş Prokurorluğun sorğusuna baxılacaq  

16:37
17 Mart

Koreya Respublikası rəsmisi işğaldan azad ərazilərdə aparılan bərpa işləri barədə məlumatlandırılıb  

16:13
17 Mart

IDEA könüllülərinin iştirakı ilə Tovuzda və Goranboyda 2000-dən çox ağac əkilib  

16:02
17 Mart

Çin Xalq Respublikasının səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib 

15:12
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!