18 Mart 2025 08:30
596
İQTİSADİYYAT
A- A+
Hökumət hesabat verdi

Hökumət hesabat verdi


Ötən il qarşıya qoyulmuş bütün sosial-iqtisadi hədəflərə nail olunub


Bu gün güclü iqtisadiyyat Azərbaycanın hərtərəfli inkişafının, milli maraqlar üzərində prinsipial siyasətinin təməlində dayanan əsas amilə çevrilib. Bu amil hər il qazanılan iqtisadi uğurlarla ehtiva olunur və deməyə əsas verir ki, qarşıdakı illərdə Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, neft-qaz amilindən asılılıq daha da azalacaq. 

İqtisadi inkişaf baxımından ötən 2024-cü ilin də uğurlu olduğu Nazirlər Kabinetinin  Milli Məclis qarşısında verdiyi illik hesabatında öz əksini tapıb. Hökumətin iqtisadiyyatın şaxələndirilməsi, xüsusən nəqliyyat-tranzit potensialının reallaşdırılması, kənd təsərrüfatının, turizmin, rəqəmsal və "yaşıl iqtisadiyyat"ın inkişaf etdirilməsi istiqamətində gördüyü işlər iqtisadiyyatın dayanıqlı olmasına xidmət edir. Ötən il ümumi daxili məhsul istehsalı 4,1 faiz artıb və ya mütləq rəqəm ifadəsində 126 milyard manat olub. ÜDM istehsalı neft-qaz sektorunda 0,3, qeyri-neft-qaz sektorunda 6,2, o cümlədən qeyri-neft-qaz sənayesində 7,3 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artaraq 12,4 min manat təşkil edib. Azərbaycanın valyuta ehtiyatları il ərzində 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb. Baş nazir Əli Əsədov 2024-cü ildə dövlət büdcəsi gəlirlərinin təxminən 37,2 milyard, xərclərinin isə 37,7 milyard manat olduğunu söyləyib. 

Məlumdur ki, Azərbaycanda sosial proqramların icrası, o sıradan əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin təmin edilməsi Prezident  İlham Əliyev tərəfindən strateji vəzifə kimi müəyyənləşdirilmişdir. Son illər bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə edilib. Belə ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən yeni iş yerlərinin yaradılması, sosial ödənişlərin və əməkhaqlarının artırılması istiqamətində mütəmadi olaraq sistemli layihələr həyata keçirilir, ardıcıl addımlar atılır. Bütün bunlar hökumətin ötənilki hesabatında rəqəmlərlə belə ifadə olunub: dövlət büdcəsi xərclərinin 39 faizi və ya 14,6 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə istiqamətləndirilib. Orta pensiya məbləği 12, yaşa görə pensiya 11,3 faiz artıb. Yaşayış minimumu ölkə üzrə 270 manat müəyyən edilib və bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub. Qeyd edək ki, son bir neçə il ərzində 4 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib. 

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və suverenliyin təmin olunması yolunda   canını fəda etmiş şəhidlərin ailələrinə, qazilərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsi olduğu aydındır. Bu baxımdan, İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə, eləcə də yaralanan əsgərlərimizə dəstək verilməsi üçün bir sıra mexanizmlərin hazırlanıb həyata keçirilməsi böyük sosial əhəmiyyət daşıyır. Bu, şəhid ailələrinin və qazilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə atılan addımlardan da aydın görünür. Eyni zamanda qazilərin sağlamlığının bərpası, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün əməli işlər görülür. Təkcə ötən il şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə 800 mənzil verilib, müharibə əlillərinə 93 avtomobil təqdim edilib, hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 milyon manat vəsait ayrılıb. 

Artıq beşinci ildir Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır. Məqsəd regionu cəmiyyətin ən sağlam və abad yaşayış zonasına çevirmək, burada dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaratmaqdır. Çünki hərtərəfli, təhlükəsiz və əlverişli həyat şəraitinin olması vətəndaşların əbədi məskunlaşması üçün əsas şərtdir. Buna görədir ki, indiyəcən Qarabağ və Şərqi Zəngəzurda böyük qayıdışa dair xeyli işlər görülüb və həmin istiqamətdə tədbirlər bir an da olsa, səngimir. Daşı daş üstdə qalmayan yaşayış məntəqələrimiz yenidən qurulur, tikiləcək evlərin, binaların, məktəblərin, xəstəxanaların təməli qoyulur, müasir infrastruktur yaradılır. Təkcə 2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda 10,2 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib. Onların sosial müdafiəsinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən 329 milyon manat vəsait yönəldilib. Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat vəsait ayrılıb.

Azərbaycan özünün uğurlu enerji siyasəti ilə bütün dünyada etibarlı tərəfdaşa çevrilmişdir. Ənənəvi enerji növlərinə alternativ olaraq, ölkəmiz bərpaolunan enerji növlərini də inkişaf etdirir. Azərbaycanın başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratmış və hazırda qlobal enerji layihələrinə çevrilmişdir. Nəticədə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənmişdir. COP29 çərçivəsində Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi yaradılmış və enerji sahəsində həyata keçirilən layihələr üzrə beynəlxalq sazişlər imzalanmışdır. Həmin sənədlərə görə, "Cənub qaz dəhlizi" vasitəsilə qaz təchizatının ixrac coğrafiyası genişləndirilir. Hazırda bu kəmərlə Azərbaycan qazını alan ölkələrin sayı 12-dir. 

2024-cü ildə həmçinin Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin və ölkəmizin tranzit potensialının artırılması üçün bir çox layihə reallaşdırılıb. Nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 milyon ton təşkil edib. Bakı-Tbilisi-Qars xətti 2024-cü ilin may ayında tamamlanaraq istismara verilib, xəttin illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Ötən il ölkədə avtomobil və dəmir yollarının, həmçinin yol infrastrukturunun tikintisi, yenidən qurulması və bərpası da davam edib.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!