19 Dekabr 2025 09:00
810
İQTİSADİYYAT
A- A+
İlləri uğurlu, övladları qürurlu 

İlləri uğurlu, övladları qürurlu 


Tərtər 2025-ci ili də yüksək göstəricilərlə yola salır


2019-cu ildə pambıqçıların respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Mən bir daha demək istəyirəm ki, Tərtərdə pambıqçılıqda əldə edilmiş təcrübə öyrənilməlidir. Doğrudan da, çox böyük işlər görülübdür, özü də nəzərə almalıyıq ki, bu, düşmənlə üz-üzə yerləşən rayondur və tərtərlilər həmişə öz qəhrəmanlıqlarını, vətənə bağlılıqlarını göstərmişlər". 

Həmin müşavirədə dövlət başçısı həmçinin qeyd etmişdir ki, pambıqçılıqdakı bu yüksək nəticə ağır vəziyyətdə əldə edilib və doğrudan da, yüksək qiymətə layiqdir. O illər bədnam qonşular rayonun suyunu kəsmişdilər. Tərtərlilərin sülh arzusu ilə yanaşı, bir böyük istəkləri də vardı - əkib-becərdikləri torpaq susuzluqdan yanmasın. 

İndi bütün bu arzular reallığa çevrilib. 5 il əvvəl Müzəffər Ali Baş Komandanın "dəmir iradə"si, uzaqgörən siyasəti, oğullarımızın qəhrəmanlığı sayəsində əldə olunan Zəfər bizə yalnız torpaqlarımızı qaytarmadı, ölkədə əmin-amanlıq, sabitlik yaratdı. Hər bir bölgədə, o cümlədən Tərtərdə iqtisadiyyatımızı daha da inkişaf etdirmək, əhalinin güzəranını daha da yaxşılaşdırmaq üçün yeni imkanlar açıldı.

"Konstitusiya və Suverenlik İli"ndə tərtərlilərin təsərrüfatın müxtəlif sahələrində əldə etdiyi uğurlar bunun əyani sübutudur. Öncə qeyd edək ki, müharibənin başa çatması ilə Tərtərin ölkənin coğrafiyasında tutduğu əhəmiyyətli mövqe heç də azalmayıb. Bir zamanlar rayonun əhalisi çətin müharibə şəraitində əzmkarlığını, Vətənə bağlılığını nümayiş etdirirdisə, indiki dinc şəraitdə bunun əhəmiyyəti daha da artıb. Qarabağın giriş qapısı hesab edilən Tərtər bu gün təkcə region miqyasında deyil, ölkə səviyyəsində nümunəvi bir bölgəyə çevrilib. 

Bərəkətli və məhsuldar Tərtər torpağı pambıq əkini üçün olduqca əlverişlidir. Rayon ərazisində 2025-ci il üçün 3 şirkət tərəfindən fermerlərlə müqavilələr bağlanmışdır. "Prime cotton" MMC tərəfindən 309 istehsalçı ilə 1089,53, "Azərpambıq ASK" MMC tərəfindən 270 istehsalçı ilə 1323,24, "Elakoton" MMC tərəfindən 2 istehsalçı ilə 384 hektar ərazi üçün pambıq müqaviləsi bağlanaraq əkin aparılmışdır. Ümumilikdə rayon ərazisində 581 istehsalçı ilə 2796,77 hektar pambıq əkini aparılmışdır.

Hazırda yığım davam edir. "Prime cotton" MMC tərəfindən 1087,03 hektar ərazidən 3945,213 ton pambıq məhsulu götürülmüşdür. Məhsuldarlıq 36,29 sentnerdir. "Azərpambıq ASK" MMC tərəfindən 1323,24 hektardan 4521,743 ton məhsul toplanaraq məhsuldarlıq 34,17 sentnerə çatmışdır. "Elakoton" MMC tərəfindən isə 384 hektar ərazidən 2021,64 ton məhsul yığılmışdır. Məhsuldarlıq 52 sentneri üstələmişdir. Ümumilikdə bu günə qədər rayon üzrə 2794,2 hektardan 10488,596 ton pambıq yığılmışdır. Məhsuldarlıq 37,5 sentner civarındadır. 

Bəzi fermerlərin əldə etdiyi göstəricilər isə daha yüksəkdir. Hafiz Hüseynov becərdiyi 10 hektar pambıq sahəsinin hər hektarından 61 sentner məhsul götürüb. Deyir ki, pambıqçılıq xeyirli sahə olduğu kimi, zəhməti də çoxdur: "Aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə görüldükdə uğur qazanmaq, ailə büdcəsini möhkəmləndirmək mümkündür. Bu bitkinin suya tələbatı çoxdur. Müharibədən əvvəl Suqovuşan və Sərsəng su anbarları işğal altında olduğundan bəzən zəhmətlə becərilən məhsuldan istənilən nəticə alınmırdı. İndi şükür, hər şey yaxşıdır".

Fazil Vəliyevin 37 hektar pambıq sahəsi var. İndiyəcən hər hektardan 57 sentner məhsul götürüb. İlham Məmmədov hektardan 58, Rəhim Abbasov isə 59 sentner məhsul toplayıb. Fazil Vəliyev deyir: "Prezident İlham Əliyevin Tərtər pambıqçılarının işi haqqında dediyi xoş sözlər həmişə yadımızdadır. Çalışırıq ki, bu yüksək etimadı doğruldaq. Bilirik ki, nə qədər yaxşı işləsək, dövlətimiz də güclü olar, ailəmiz, övladlarımız da yaxşı dolanar".

Pambıqçılıqla yanaşı, Tərtərdə taxılçılığın inkişafına da böyük maraq var. Belə ki, 2025-ci ilin biçin mövsümündə rayonda hər hektardan 40 sentner buğda, 39,4 sentner arpa götürülüb. 2025-2026-cı ilin məhsulu üçün 2506,5 hektarda arpa, 1989 hektarda buğda, 100 hektarda xəsil əkini aparılıb.

Torpağın qədrini bilən, onun hər qarışından səmərəli istifadə edən tərtərlilər növbəli və təkrar əkinə üstünlük verir, həmçinin əvvəllər çox inkişaf etməyən sahələrdə uğur qazanırlar. Belə sahələrdən biri də dən üçün günəbaxandır. Cari il 1767 hektar günəbaxan sahəsindən 4463,4 ton məhsul istehsal edilib, məhsuldarlıq 25,3 sentner olub. Rayonda aş lobyası, sorqo, dən üçün qarğıdalı, kartof, tərəvəz, şəkər çuğunduru, yem bitkiləri də becərilir. Tərəvəz əkinlərinin genişləndirilməsi nəticəsində əhali ekoloji cəhətdən təmiz məhsullarla təmin olunur. 

Son vaxtlar Tərtərdə meyvə bağları salınmasına da böyük maraq var. Hazırda 2571,8 hektarda meyvə, 44,5 hektarda giləmeyvə bağları, 7,1 hektarda üzümlüklər mövcuddur. Bu sahəni seçən fermerlər bildirirlər ki, meyvə bağlarının bar verməsi çox vaxt aparsa da, nəticədə əldə edilən qazanc çəkilən xərcləri doğruldur. Cari il rayonda 21572,8 ton meyvə, 889,9 ton giləmeyvə, 643,8 ton üzüm toplanıb ki, bu həm qazanc, həm də rayon və ölkə üzrə meyvə istehsalına sanballı köməkdir. Bu meyvələr eləcə də xarici bazarlara çıxarılır.

Tərtərdə kənd təsərrüfatının digər qolu - heyvandarlıq da inkişaf edir. Ən iri heyvandarlıq təsərrüfatı Bəyimsarov kəndində yerləşir. Fermer Habil İbrahimov tərəfindən yaradılan təsərrüfatda südlük istiqamətli xarici cinsdən olan inəklər bəslənilir. Təsərrüfatın özünün kiçik süd emalı müəssisəsi də fəaliyyət göstərir. Eyni zamanda əkin sahələri də var ki, bunun da hesabına ilboyu mal-qara yem sarıdan korluq çəkmir. Digər südlük istiqamətli təsərrüfat Sarov kəndində yerləşir. Sahibə Hətəmovaya məxsus bu təsərrüfatda 80 baş südlük istiqamətli inək bəslənilir. Sahibə xanım bildirir ki, hazırda heyvandarlıq məhsullarına tələbat böyükdür. Onların da istehsal etdiyi südün alıcısı, necə deyərlər, başlarının üstündə olduğu üçün gəlirlə işləyirlər. Amma məqsədləri həm də əhaliyə təmiz və keyfiyyətli məhsullar çatdırmaqdır.

Tərtər Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Tural Həsənovun dediyinə görə, rayonda qoyunçuluq sahəsində təcrübə olsa da, hazırda iri qoyunçuluq təsərrüfatları azdır. Cari ildə rayon Baytarlıq İdarəsinin həyata keçirdiyi profilaktik tədbirlər nəticəsində ölkə üzrə heyvandarlıqda yayılan dabaq xəstəliyinin genişlənməsinin qarşısı alınmış və ciddi ziyan olmamışdır.

Yeni ilə sayılı günlər qalır. 5 il əvvəl tərtərlilər bayramları səksəkəli qarşılayırdılar. Çünki elə bir bayram olmazdı ki, məkrli düşmən məhz həmin günlər hansısa bir hadisə törədib insanların ovqatını pozmasın. İndi isə hər kəsin üzü gülür. Yaraşıqlı Mərkəzi meydanda şam ağacı bəzədilib. Tərtərdə təkcə meydan deyil, hər bir küçə abad və yaraşıqlıdır. Müharibədən sonrakı dövrdə küçələrdə abadlıq, quruculuq işlərinə böyük diqqət göstərilib. Yenicə təmir olunmuş küçələrə şəhid adları verilib. Elə həftə olmaz ki, tərtərlilər elliklə ağacəkmə aksiyaları, iməciliklər təşkil etməsinlər. Yaşıllıqların sayı artırılır, mövcud yaşıllıqlara qulluq göstərilir, təmizlik işləri görülür. Rayon mərkəzi ilə yanaşı, bu işlər kəndləri də əhatə edir.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun iş gününün böyük bir hissəsi tərtərlilərin arasında keçir. Həftənin iki günü kəndlərdə keçirilən səyyar qəbul-görüşlər zamanı yerlərdəki vəziyyət ətraflı təhlil olunur, nöqsan və çatışmazlıqlar öyrənilir və operativ həll edilir. Bu görüşlərin nəticəsində bəzən diqqətdən yayınan, xırda görünən, əslində isə kəndli üçün böyük əhəmiyyət daşıyan problemlər aradan qaldırılır. Məsələn, kəndə gələn su arxları təmizlənir, kəndarası yollara çınqıl tökülür, yararsız işıq dirəkləri dəyişdirilir və s. Rayon rəhbərliyi şəhid və qazi ailələrinə də tez-tez baş çəkir, onların xeyir-şər işlərində rayon ictimaiyyəti ilə birlikdə yaxından iştirak edir. Deyir ki, şəhid ailələri və qazilərin kədəri kədərimiz, sevincləri sevincimizdir.

Beləcə, tərtərlilər 2026-cı ilin astanasına gəlib çıxıblar. Qarşıda isə onları daha məsuliyyətli işlər gözləyir. Amma problem yoxdur. Çünki ölkədə, o cümlədən Tərtərdə əmin-amanlıqdır. Güllələr atılmır, toplar guruldamır. Bu gün bərəkətli çöllərin sükutunu kənd təsərrüfatı traktorlarının, maşın-mexanizmlərin səsi pozur. Dünən döyüş meydanında düşmənə qan udduran tərtərlilər bu gün əmək cəbhəsində hünər göstərir, halal zəhmətləri ilə bolluq yaradır, ölkə süfrəsinin barını-bəhərini artırırlar.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik nailiyyətlərin zirvəyə çatdığı il

08:15
09 Yanvar

907-ci düzəlişin ləğvi ABŞ-Azərbaycan münasibətlərini sağlamlaşdıra bilər

08:10
09 Yanvar

Ölkəmizin strateji yol xəritəsi

08:05
09 Yanvar

Haqlı və güclü olmağın Azərbaycan nümunəsi

08:00
09 Yanvar

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:46
09 Yanvar

"Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

00:45
09 Yanvar

Təhsil haqqında dövlət sənədlərinin təsvirlərinin və onların verilməsi qaydalarının təsdiq edilməsi və “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarının ləğv edilməsi barədə

00:42
09 Yanvar

“Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın təsdiq edilməsi və “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarının ləğv edilməsi barədə

00:41
09 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:40
09 Yanvar

Güləş üzrə Azərbaycan çempionatında 5 çəkidə medalçılar bəlli olub  

23:47
08 Yanvar

Baş katib ABŞ-ın BMT qurumlarından çıxmaq qərarından təəssüfləndiyini bildirib  

22:45
08 Yanvar

ABŞ Senatı Venesuelaya növbəti müdaxiləni məhdudlaşdıran qətnamə qəbul edib  

21:36
08 Yanvar

“Waymo”nun robotaksisi yeni adla təqdim olunur  

21:01
08 Yanvar

Yeni kamera texnologiyası sayəsində ənənəvi sistemlərin əsas məhdudiyyəti aradan qaldırılacaq  

20:49
08 Yanvar

“Ludens AI” yeni robotunu nümayiş etdirib  

20:02
08 Yanvar

Donald Tramp ABŞ hərbi büdcəsinin 50 faiz artırılmasını tələb edir  

19:31
08 Yanvar

ABŞ Senatında Trampın Venesuelaya qarşı daha çox hücum etmək qabiliyyətini məhdudlaşdıran qətnamə üzrə səsvermə keçiriləcək  

19:29
08 Yanvar

Rusiya XİN Ukraynada Britaniya və Fransa qoşunlarının yerləşdirilməsi planlarını şərh edib  

18:52
08 Yanvar

Deputat: 2030-cu ilədək Azərbaycanda tələbatdan dəfələrlə artıq elektrik enerjisi istehsal olunacaq  

18:24
08 Yanvar

Ali təhsil haqqında dövlət sənədlərinin verilməsi qaydası təsdiqlənib  

17:52
08 Yanvar

Rayonlarda yanvarın 9-u gündüzdən 10-u axşamadək hava yağıntılı olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ  

17:51
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!