27 Yanvar 2026 08:00
14071
SİYASƏT
A- A+
Azərbaycanın sülh və sabitlik modeli

Azərbaycanın sülh və sabitlik modeli


Bu, dünyanın qəbul etdiyi reallıqdır


Dünyanın müxtəlif bölgələrində silahlı qarşıdurmaların, siyasi gərginliklərin davam etdiyi və hətta gündən-günə qızışdığı bir dövrdə sülhün təşviqi beynəlxalq gündəmin əsas mövzularından biri kimi ön plana çıxır. Bu baxımdan, regional sabitliyin təmin edilməsi və davamlı sülhün əldə olunması üçün təsirli mexanizmlərin qurulması   istiqamətində atılan addımlar qlobal səviyyədə də diqqətlə izlənir.

Cənubi Qafqaz regionunda sülh, sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində Azərbaycanın atdığı addımlar da beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və praktiki nümunə kimi dəyərləndirilir.


Yeni və ədalətli dünya nizamının qurulması naminə


Azərbaycanın yeni və ədalətli dünya nizamının formalaşdırılmasında iştirakını göstərən mühüm hadisələrdən biri yanvarın 22-də Davosda "Sülh Şurasının Nizamnaməsi"nin ("Board of Peace Charter") imzalanması oldu. Prezident İlham Əliyev tədbirdə iştirak edərək sənədin imzalanma mərasimində yer aldı. Azərbaycanın bu nizamnaməni imzalayan ölkələr arasında yer alması dövlətimizin sülh gündəliyinin qlobal müstəvidə əhəmiyyətli rol oynadığını göstərir. Prezident 

İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişaf strategiyası, 2020-ci ildə əldə olunan hərbi-siyasi nəticələr və postmünaqişə dövründə irəli sürülən sülh təşəbbüsləri Azərbaycanın regional və beynəlxalq mövqeyini gücləndirib, onu yeni dünya nizamının qurulmasında əsas aktorlardan birinə çevirib.

Uzun illər ərzində ərazilərinin işğal altında olduğu dövrdə də Azərbaycan münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bütün beynəlxalq platformalardan bəyan edib. Sonrakı mərhələdə Bakı sülhə gedən yoldakı bütün maneələri öz qətiyyətli siyasəti ilə aradan qaldırdı. 2020-ci ildə başa çatan hərbi əməliyyatlardan sonra isə Azərbaycan dialoq və barış prosesinin təşviqini prioritet kimi irəli sürüb və postmünaqişə dövründə bu istiqamətdə əyani addımlar atıb. Hazırda tərəflər arasında məsələlərin dialoq yolu ilə müzakirə edilməsi bu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Ötən il avqustun 8-də Vaşinqtonda sülh sazişi mətninin paraflanması və bu prosesin mühüm məntiqi nəticəsidir. Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması regionda de-fakto sülhü bərqərar edib. 

Yanvarın 20-də Davos Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında çıxışı zamanı Prezident İlham Əliyev regionda təmin edilən sülhlə bağlı fikirlərini belə bölüşdü: "Düşünürəm ki, heç nə bu prosesə müdaxilə edə bilməz. Fikrimcə, əlavə görəcəyimiz işlər ondan ibarətdir ki, hər iki tərəf sülhdə yaşamağın nəticələrini göstərməlidir ki, biz də bu proses çərçivəsində cəmiyyətlərimizin tam dəstəyinin şahidi ola bilək. Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir". 

Bakının regionda sabitliyi, təhlükəsizliyi, tərəqqi və inkişafı hədəfləyən sülh gündəliyi Vaşinqtondan tam dəstək alır. Ötən ilin avqustunda ABŞ-yə tarixi səfər zamanı Prezident İlham Əliyevə Donald Trampın xüsusi rəğbət göstərməsi həm Azərbaycan liderinin sülhə verdiyi töhfələrə, həm də dövlətimizin başçısı ilə aralarında olan səmimi dostluq münasibətlərinə görə idi. Ağ Evin rəmzi açarının dövlətimizin liderinə təqdim edilməsi, "Azadlığa Dəstək Aktı"na edilən ədalətsiz 907-ci düzəlişdən Azərbaycan Prezidentinin iştirakı ilə oval ofisdə imtina edilməsi kimi rəmzi məna daşıyan jestlər də bunu göstərirdi.


Ölkəmizin dünyada sülhün təşviqində oynadığı rol diqqət çəkir


Azərbaycanın regional və qlobal sülh təşəbbüslərində iştirakı ölkənin beynəlxalq platformalarda yer alması ilə də müşahidə olunur. Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Prezident İlham Əliyevin müxtəlif dövlət və hökumət başçıları, eləcə də biznes nümayəndələri ilə görüşləri ölkənin sülh və əməkdaşlıq gündəliyinin müzakirəsi baxımından diqqət çəkdi. Eyni zamanda regionun inkişafı naminə sülh gündəliyinə daim sadiqlik nümayiş etdirməsi Azərbaycanın bu gün Sülh Şurasında yer almasının sıradan hadisə olmadığını bir daha təsdiqlədi. Təkcə regional deyil, beynəlxalq müstəvidə də qlobal sülh prosesinə daim əməli töhfələr verən ölkəmizin dünyanın sülh quruculuğunda yaxından iştirakı prinsipial siyasətin və gələcəyə yönəlik strateji xəttin təzahürüdür. 

Dünyanın nəbzinin İsveçrədə döyündüyü həmin günlərdə Davosda yaşanan müstəsna diplomatik hadisələrdən biri ABŞ rəhbəri Donald Trampın məhdud sayda görüşlərindən birini məhz Azərbaycan Prezidenti İlham Əliyevlə keçirməsi oldu. 

Yanvarın 22-də keçirilən görüşdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Həmçinin ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulandı.

Artıq regionda sülhün mövcud olduğunu bildirən Prezident İlham Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini dedi. Dövlətimizin başçısı Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd etdi.

Söhbət zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunuldu, bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd edildi. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirildi.

Bu mənada Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi də diqqətçəkən hadisədir. 

Bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib.

Bütün bunlar Azərbaycanın Cənubi Qafqazda sülh prosesinə töhfə verən təşəbbüslərinin beynəlxalq platformada qiymətləndirilməsinin təzahürləridir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göyçay, Ucar və İsmayıllıda Birinci Qarabağ müharibəsinin itkin şəhidləri dəfn edilib

15:39
19 Fevral

Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi: Biz xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət tələb edirik  

15:38
19 Fevral

Böyük Britaniya polisi Kral Çarlzın saxlanılan qardaşı ilə bağlı açıqlama yayıb – YENİLƏNİB  

15:37
19 Fevral

İtkin şəhid Nail Dənziyevlə Lerikdə vida mərasimi keçirilib  

15:36
19 Fevral

Media: Yaxın Şərqdəki ABŞ bazaları İranın potensial cavabından zəif qorunur  

15:35
19 Fevral

"Nazione" müstəqillik hərəkatının üzvü: Adanın işğalından sonra korsikalıların yüksək vəzifələrə çıxışı məhdudlaşdırıldı  

15:34
19 Fevral

ABŞ və İsrail İrana qarşı “sərt zərbələr”ə hazırlaşır: SEPAH qərargahı hədəfdədir

15:34
19 Fevral

Nazirlik: Xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini üzərinizdə götürməyin  

15:31
19 Fevral

Azərbaycanın kənd təsərrüfatı məhsullarının Qətər və Səudiyyə Ərəbistanı bazarlarına ixracı müzakirə olunub  

15:29
19 Fevral

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Ağayev Sabirabadda torpağa tapşırılıb  

15:16
19 Fevral

Ombudsman: “Amnesty International”ın Ruben Vardanyan barədə bəyanatı yanlış, qeyri-obyektiv və qərəzlidir  

15:16
19 Fevral

Qış Olimpiya Oyunlarında xizək yarışı təxirə salınıb

15:12
19 Fevral

Avropada enerji şəbəkələrinə mümkün kiberhücumlarla bağlı narahatlıq artır  

15:08
19 Fevral

Şimali Koreya 600 millimetrlik çoxsaylı raket buraxılış qurğularını təqdim edib  

15:01
19 Fevral

Bakı-Laçın avtobus reysi fəaliyyətə başlayır  

14:56
19 Fevral

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mahir Quliyev Cəlilabadda dəfn edilib  

14:43
19 Fevral

SOCAR ilə “Gran Tierra Energy Inc.” arasında Quba-Xəzəryanı regionu üzrə saziş imzalanıb

14:32
19 Fevral

Xocalının Xanabad kəndinə ilk köç olub

14:18
19 Fevral

Bəzi rayonlarda yağıntılı və küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA

13:51
19 Fevral

NATO-nun mobil təlim qrupunun heyəti ilə görüş keçirilib  

13:39
19 Fevral

Bu gecə bəzi yerlərdə yağış və qar yağacaq, yağıntılar sabah səhər tədricən kəsiləcək 

13:23
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!