18 Mart 2026 16:08
126
SİYASƏT
A- A+
Tatyana Valovaya: Qlobal Bakı Forumu xüsusi əhəmiyyət kəsb edir

Tatyana Valovaya: Qlobal Bakı Forumu xüsusi əhəmiyyət kəsb edir


Qlobal Bakı Forumu çoxtərəfli sistemdə islahatların aparılması yollarını müzakirə etmək üçün vacib beynəlxalq platformadır.

BMT-nin Cenevrədəki Ofisinin baş direktoru Tatyana Valovaya AZƏRTAC-a bildirib ki, Forumun 13-cü dəfə keçirilməsi mövcud qlobal proseslər fonunda onun əhəmiyyətini vurğulayır.

“Bu gün dünya bir-biri ilə sıx bağlı olan çoxsaylı böhranla üzləşir. Eyni zamanda, çoxtərəfli sistem məhz ən çox ehtiyac duyulduğu anda ciddi təzyiq altındadır. Bu kontekstdə Qlobal Bakı Forumu kimi platformalar xüsusilə vacibdir”, - deyə Valovaya bildirib.

O vurğulayıb ki, Forum beynəlxalq münasibətlər sahəsində yüksəksəviyyəli siyasətçiləri və ekspertləri bir araya gətirir, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müasir çağırışlara cavab verən həllərin hazırlanması sahələrində müzakirələr üçün şərait yaradır.

Ofis rəhbəri Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WF13) haqqında danışarkən bildirib ki, bu, BMT sistemindəki ən böyük tədbirlərdən biridir.

“Ümumdünya Şəhərsalma Forumu təkcə dövlətlər üçün platforma deyil. O, qeyri-hökumət təşkilatlarını, vətəndaşları, özəl sektoru və gəncləri bir araya gətirir. Bu, cəmiyyətin müxtəlif təbəqələrini müzakirələrə cəlb edən çoxtərəfli müasir kooperasiya nümunəsidir”, - deyə Tatyana Valovaya bildirib.

Onun fikrincə, belə bir tədbirin keçirilməsi şəhərlərin dayanıqlı inkişafının təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açır.

Baş direktor əmin olduğunu bildirib ki, bu cür təşəbbüslər beynəlxalq ictimaiyyətin maraqlarına uyğun olan səmərəli həll yollarının işlənib hazırlanmasına kömək edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misir enerjiyə qənaət rejiminə keçir, məsafədən iş sisteminin tətbiqi gündəmdədir  

19:55
18 Mart

Nazir müavini: IV kurs tələbələrinin XİN strukturlarında təcrübəyə cəlb olunması genişləndirilir 

19:27
18 Mart

Məsud Pezeşkian İranın kəşfiyyat nazirinin həlak olması xəbərini təsdiqləyib  

19:08
18 Mart

Gürcüstanın yeni Katolikos-Patriarxı məlum olub

19:01
18 Mart

Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub YENİLƏNİB

18:55
18 Mart

Əhalinin gəlirləri açıqlanıb

18:43
18 Mart

İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb

18:41
18 Mart

Çin şirkəti Azərbaycanla yeni investisiya imkanlarının qiymətləndirilməsində maraqlıdır  

18:31
18 Mart

Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz olub  

18:23
18 Mart

DSX: Hərbi hissələrdə Novruz bayramı qeyd olunur

18:16
18 Mart

Sahibə Qafarova Gürcüstan parlamentinin sədrinə başsağlığı verib  

18:09
18 Mart

İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

17:53
18 Mart

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz artıb

17:49
18 Mart

Yanvar-fevral ayları ərzində Azərbaycanda hər bir istehlakçı ayda 635 manat xərcləyib  

17:41
18 Mart

İqtisadi fəal əhalinin sayı açıqlanıb

17:39
18 Mart

BDU ilə XİN arasında əməkdaşlığın genişləndirilməsi üzrə fəaliyyət planı hazırlanacaq  

17:36
18 Mart

İraq Türkiyə üzərindən neft tranzitini bərpa edib

17:31
18 Mart

Ödənişli atalıq məzuniyyətinin könüllü və ya məcburi olmasına aydınlıq gətirilib

17:24
18 Mart

Premyer Liqa: “Araz-Naxçıvan” səfərdə üç xal qazanıb  

17:14
18 Mart

“Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası” İB-nin adı dəyişdirilib  

17:09
18 Mart

Gürcüstan Patriarxı Sionu Kafedralında dəfn olunacaq

17:06
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!