18 Mart 2025 08:50
429
SİYASƏT
A- A+
Ermənistanda biznesə vergi terroru

Ermənistanda biznesə vergi terroru


Paşinyan hökuməti o qədər borc götürüb ki, ölkə ağır maliyyə yükü altında qalıb


Sülh müqaviləsinin imzalanmayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Ermənistanda mövcud sosial-iqtisadi problemlər həmişə olduğu kimi, bu il də ön plana çıxıb. İndi cəmiyyət hakimiyyətdən üzləşdikləri sosial çətinliklərin həllini tələb edir. Amma bunun üçün lazımi resurslar olmadığından ölkəni aksiyalar, tətillər bürüyür. 

İqtisadi vəziyyətin pisləşməsi dövlət büdcəsinə vergi gəlirlərinin azalmasına da gətirib çıxarıb. Bu o deməkdir ki, dövlət 2025-ci ildə vətəndaşların əməkhaqqı və təqaüdlərini ödəmək üçün əlavə kredit yükünün altına girməli olacaq.

Bu azmış kimi, vergilərin artırılmasından sonra kiçik və orta biznes təhlükə altına düşüb. Bu sahədə fəaliyyət göstərən bəzi sahibkarlar hüquqları uğrunda ümidsiz mübarizə apararkən, Paşinyan hakimiyyətinin özbaşınalıqları yeni çalarlar alır. Vergilər, cərimələr və peniyalar amansızcasına artırılır. 

Bu fonda Ermənistan Ədliyyə Nazirliyi elə bir qanunvericilik təşəbbüsü ilə çıxış edib ki, onunla adi vergi müfəttişi əsassız müdaxilə və əsaslandırılmamış cərimələrlə istənilən vaxt, istənilən biznesi müflisləşmə həddinə gətirə bilər.

"4rd.am" nəşri yazıb ki, hazırda Ermənistanda biznesin yoxlamalar nəticəsində əlavə vergi öhdəlikləri barədə təqdim edilmiş inzibati aktı mübahisələndirdiyi təqdirdə, məhkəmə qərarına qədər təyin edilmiş öhdəlikləri ödəməmək imkanı var. Bu qanunvericilik təşəbbüsünün qəbulundan sonra isə bunu etməyə məcbur olacaq. Məhkəmənin qərarının necəliyini, vergi müfəttişinin öz qərarında yanılıb-yanılmadığının fərqi olmayacaq. İnzibati aktı mübahisələndirməzdən əvvəl təyin edilmiş vergi öhdəliklərinin yerinə yetirilməsi məcburi şərt olur. Yalnız bundan sonra biznes öz maraqlarını qorumaq üçün məhkəməyə müraciət edə bilər.

Bu təşəbbüsün qəbulundan sonra Ermənistanda biznes təkcə vergi müfəttişinin özbaşınalıqları ilə üzləşməyəcək və bəzən məcburi müflisləşməyə getməyəcək, bu həm də Paşinyan hakimiyyətinin əlində arzuolunmaz sahibkarları vergi məngənəsində saxlamaq və cəzalandırmaq üçün bir alətə çevriləcək.

Ermənistanda hakimiyyətin biznesi terrora məruz qoyması vergi sistemində korrupsiya risklərinin dərinləşməsinə də səbəb olacaq. Akt yazmadan əvvəl, nə qədər razı olmasalar da, sahibkarlar mümkün olan bütün vasitələrlə vergi müfəttişi ilə dil tapmağa çalışacaqlar.

Bu azmış kimi, son illər Ermənistan hökuməti o qədər borc götürüb ki, bu məsələdə fəlakətli həddə çatıb. İstər borcun kəskin artması, istərsə də qiymətlərin xeyli yüksəlməsi nəticəsində borclara xidmət çətinləşib. Ermənistan hakimiyyətinin "səyləri" ucbatından ölkə ağır maliyyə yükü altına düşüb. Məlumata görə, hər il Ermənistanın dövlət büdcəsindən borclara xidmət üçün yüz milyardlarla dram ayrılır.

Bildirilib ki, 2025-ci ildə dövlət borcunun ödənilməsi və borclara xidmət üçün 1117,1 milyard dram tələb olunacaq ki, bunun da 723,0 milyard dramı borc ödənişləri, 394,1 milyard dramı isə faiz ödənişləri olacaq. 

Son 6 ildə Ermənistan hökuməti çox borc götürüb və ölkə ağır maliyyə yükü altındadır. Bu müddət ərzində Ermənistan hökumətinin borcu təxminən iki dəfə artıb. Borc üzrə faiz dərəcəsi əvvəlki 4-4,5 faizdən 7,3 faizə yüksəlib. Bu il təkcə Ermənistan hökumətinin borcunun faizlərini ödəmək üçün 394 milyard dram lazımdır ki, bu da ötən illə müqayisədə 49 milyard çoxdur.

Müqayisə üçün qeyd edək ki, Ermənistanın 2018-ci ilin dövlət büdcəsində borclara xidmət üçün cəmi 140 milyard dram ayrılmışdı. Cari il isə 394 milyard dram ayrılacaq. Paşinyanın hakimiyyətinin 6 ilində təkcə borcun faizlərinin ödənilməsi 2,8 dəfə artaraq, 140 milyard dramdan 394 milyard drama çatıb.

Bütün bunlar Ermənistanı kifayət qədər narahat günlər gözlədiyindən, ölkənin üzləşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətinə dair hesabatını təqdim edib

02:22
14 Mart

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə

02:20
14 Mart

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 374-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:19
14 Mart

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:19
14 Mart

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş "AYNA" informasiya sistemi haqqında Əsasnamə"də və 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında 

02:18
14 Mart

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 365 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:15
14 Mart

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:14
14 Mart

Azərbaycan-Aİ münasibətləri hazırda fəal tərəfdaşlıq mərhələsindədir  

23:18
13 Mart

Xarici ölkə vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olunub  

22:53
13 Mart

Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb  

22:52
13 Mart

Cem Küçük: Orta Dəhliz Avropa ilə Asiya arasında yeni ticarət xəttini formalaşdırır və Azərbaycanın rolunu artırır  

22:10
13 Mart

Ceyhun Bayramov bu gün Türkiyəyə növbəti raket hücumunu qınayıb

21:19
13 Mart

Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri ləğv edilib  

20:57
13 Mart

Qəbələdə “Yaşıl marafon” layihəsi çərçivəsində 750-yə yaxın ağac əkilib  

20:28
13 Mart

Siqh Konfransı yekun bəyanat qəbul edib  

20:07
13 Mart

Parlamentdə Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

19:36
13 Mart

Əmək pensiyasının hesablanma qaydası necədir?  

19:28
13 Mart

Milli Məclisin növbəti iclasında müzakirə olunacaq məsələlər açıqlanıb  

18:59
13 Mart

Ekoloji məsələlər üzrə İşçi qrupun üzvləri Zəngilanda - infrastruktur layihələri və ekoloji tələblər diqqət mərkəzində saxlanılıb 

18:44
13 Mart

Muxtar Babayev: Azərbaycan tərəfi COP31-in təşkilinə hazırlıq mərhələsində Türkiyəyə öz dəstəyini göstərir 

18:39
13 Mart

Baş nazir Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə görüşüb  

18:31
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!