XII Qlobal Bakı Forumu Azərbaycanın paytaxtında keçirilərək enerji təhlükəsizliyi, regional sabitlik və İsrail-Fələstin münaqişəsi kimi əsas qlobal məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrildi.
Bu barədə AZƏRTAC-a türkiyəli politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Emir Aksoy bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın enerji geosiyasətində artan təsirini, eləcə də Cənubi Qafqazda artan diplomatik və hərbi rolunu vurğuladı. Forumda çıxışı zamanı Əliyev qeyd etdi ki, Azərbaycan təbii qazı birbaşa 12 ölkəyə ixrac edilir ki, onlardan 10-u Avropa ölkəsidir. Bu isə Rusiya-Ukrayna münaqişəsindən sonra dünya enerji bazarlarında dəyişən dinamikanı əks etdirir. Bu bəyanat Azərbaycanın Avropa İttifaqı üçün alternativ qaz təchizatçısı kimi mövqeyini möhkəmləndirdiyini göstərir və Avropanın Rusiya enerji resurslarından asılılığını azaltmaq cəhdləri fonunda xüsusi aktuallıq daşıyır. Cənub Qaz Dəhlizinin inkişafı Bakı üçün təkcə Avropa bazarlarında iştirakını gücləndirmək deyil, həm də regional enerji siyasətində müstəqilliyini artırmaq imkanı yaradıb”, - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, ABŞ və Aİ-nin Azərbaycana marağı təkcə enerji təhlükəsizliyi ilə məhdudlaşmır, ölkəni Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü kimi mövqeləndirir.
“Öz çıxışında Prezident İlham Əliyev Bakının regional sabitliyə sadiqliyini təsdiqləyərək bildirib ki, regionumuzu mövcud böhranlardan qorumaq bizim üçün həyati əhəmiyyət daşıyır. Bu bəyanat Azərbaycanın Cənubi Qafqazda təhlükəsizlik arxitekturasını müstəqil şəkildə formalaşdırmaq istəyini nümayiş etdirir. Qarabağda qazanılan qələbə ölkənin təkcə əsas enerji oyunçusu kimi deyil, həm də hərbi və diplomatik sahədə güclü qüvvə kimi statusunu möhkəmləndirib. Qlobal geosiyasi nöqteyi-nəzərdən Azərbaycanın rolunun güclənməsi regional güc balansında dəyişiklikləri əks etdirir, ABŞ-ın Cənubi Qafqazdakı təsirini artırır və Rusiyanın ənənəvi dominantlığını zəiflədir”, - deyə Mehmet Emir Aksoy bildirib.
Ekspertin sözlərinə görə, forumun mühüm mövzularından biri İsrail-Fələstin münaqişəsi olub ki, bu da beynəlxalq diplomatiyanın ən aktual problemlərindən biri kimi qalır. Azərbaycan İsraillə sıx iqtisadi və hərbi əlaqələrə malik olmaqla yanaşı, İslam dünyası ilə də tarixi münasibətlərə sahibdir və bu, ona balanslaşdırıcı güc kimi çıxış etməyə imkan yaradır. Bakının Təl-Əvivlə tərəfdaşlığı onun regional təsirini gücləndirir və İsrail ilə İslam ölkələri arasında vasitəçilik üçün imkanlar açır. Lakin Azərbaycanın bu münaqişənin həllində uğuru onun diplomatik təşəbbüslərinə beynəlxalq dəstəkdən asılı olacaq.
“Daha bir əsas mövzu Türkiyə və Azərbaycan arasındakı strateji tərəfdaşlıq olub ki, bu da regional təhlükəsizlik və enerji arxitekturasını dəyişməyə davam edir. “Bir millət, iki dövlət” konsepsiyası artıq sadəcə bir şüar deyil, əksinə, geosiyasi mənzərəni formalaşdıran reallığa çevrilib. Azərbaycanın Avropaya enerji tədarükü Türkiyənin regionun aparıcı enerji qovşağına çevrilmək ambisiyaları ilə üst-üstə düşərək Xəzər dənizindən Balkanlara qədər uzanan enerji təhlükəsizliyi dəhlizi yaradır. Geosiyasi baxımdan Türkiyə-Azərbaycan oxu Rusiyanın və İranın təsirini məhdudlaşdıran əsas amilə çevrilir.
Forumun nəticələri Azərbaycanın dünya siyasi arenasında yeni rolunu açıq şəkildə nümayiş etdirir. Ölkə təkcə Avropa üçün strateji enerji təchizatçısı kimi mövqeyini təsdiqləməklə kifayətlənmir, həm də Cənubi Qafqazda diplomatik və hərbi təsirini gücləndirərək regional təhlükəsizliyin formalaşmasında Türkiyə ilə birlikdə əsas oyunçuya çevrilir. Bu uzunmüddətli strateji dəyişiklik regionda Rusiyanın ənənəvi təsirinə ciddi bir çağırışdır”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Azərbaycanın transformasiyası onun təkcə enerji sahəsində deyil, həm də beynəlxalq diplomatiya və hərbi strategiyada artan əhəmiyyətini vurğulayır. Türkiyə ilə dərinləşən ittifaq ikitərəfli münasibətlərin hüdudlarını aşaraq, Avrasiyanın gələcəyini müəyyən edəcək güclü geosiyasi qüvvəyə çevrilir.
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında
Mərkəzi Seçki Komissiyasının 2025-ci il 12 fevral və 14 fevral tarixli iclas protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Şuşada əyləncəli bayram tədbiri keçirilib
Ukrayna Prezidentindən Tramp-Putin razılaşmasına ilk reaksiya
Ağdərə və Xocalıda İlaxır çərşənbə sevinclə qarşılanıb
Xankəndidə Novruz tonqalı alovlandırılıb
Ağalı kəndində İlaxır çərşənbəsi sevinci
Trampla Putin münaqişənin başa çatması barədə razılığa gəliblər
Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı ilə bağlı konsert proqramı təşkil edilib
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
Trampla Putin arasında telefon danışığı olub
Ordubad şəhərindəki Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNİB
Prezident İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!