18 Mart 2025 21:51
475
CƏMİYYƏT
A- A+
Ordubad şəhərindəki Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Ordubad şəhərindəki Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib


Martın 18-də Ordubad şəhərində yerləşən XVII əsrə aid Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məscid binası ilə tanışlığın ardınca Ordubad rayonunun axundu Yusif Rüstəmov “Qurani-Kərim”dən ayələr oxuyub.

Səlahiyyətli nümayəndə Cümə məscidinin istifadəyə verilməsi münasibətilə məscidə “Qurani-Kərim” hədiyyə edib, bu əlamətdar hadisənin sülhün, əmin-amanlığın təmin olunması naminə dövlətə, dövlətçiliyə xidmət edəcəyini vurğulayıb.

Axund Cümə məscidinin istifadəyə verilməsini rayonun ictimai həyatında mühüm tarixi hadisə kimi dəyərləndirib, qarşıdan gələn Novruz, Ramazan bayramları münasibətilə təbriklərini çatdırıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qeyd edib ki, XVII əsrə aid tarixi-memarlıq abidəsi sayılan Cümə məscidi xalqımıza məxsus ən dəyərli mirasdır. Məscidin bərpası üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə məlumat verilib, Mədəniyyət Nazirliyi, eləcə də bir sıra bərpaçı qurumlarla məsləhətləşmələr aparılıb.

Vurğulanıb ki, Naxçıvanın əvvəlki idarəçiliyinin yarıtmaz fəaliyyəti nəticəsində bir sıra tarixi-mədəni abidələrin, o cümlədən Qarabağlar, Gülüstan türbələrinin, Zaviyə, Cümə məscidlərinin tarixi əhəmiyyətinə ciddi zərər dəyib. Azərbaycan tarixində, mədəniyyətində heç bir təcrübəsi olmayan şirkətlərin apardığı bərpa işləri nəticəsində abidələr ilkin formasını tamamilə itirib.

Səlahiyyətli nümayəndə bildirib ki, Ordubad Azərbaycanın siyasi, mədəni və iqtisadi həyatında mühüm yer tutur. Ordubadlıların Azərbaycan dövlətçiliyində böyük xidmətləri olub. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev Ordubadı “Azərbaycanın incisi” adlandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb, qoruğun sərhədləri müəyyənləşdirilib, ərazidə olan tarixi abidələrin bərpası nəzərdə tutulub. Rayonda yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın layihə-smeta sənədləri hazırlanıb, yaxın vaxtlarda bərpasına başlanılacaq.

Qeyd olunub ki, Ordubad şəhərinin Baş planı da hazırlanıb. Ordubad Su Elektrik Stansiyasının əvvəlki dövrdə inşası zamanı layihəsi hazırlanmadığı üçün hazırda tikintisində gecikmələr yaranıb. Yaxın vaxtlarda həmin məsələ də həllini tapacaq. Gələcəkdə Ordubadın Sərşəhər məscidinin də bərpası nəzərdə tutulub. Bərpa-quruculuq prosesində əsas məqsəd əvvəlki dövrdən fərqli olaraq kəmiyyətdən çox, keyfiyyətə önəm verilməsidir.

Səlahiyyətli nümayəndə Cümə məscidinin istifadəyə verilməsi, eləcə də Novruz, Ramazan bayramları münasibətilə rayon ictimaiyyətini təbrik edib, onlara cansağlığı, işlərində uğurlar arzulayıb.

Ordubad Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, rayon ağsaqqalı Fərrux Nağızadə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafa nail olduğunu, Ordubadın da bu inkişafdan pay aldığını vurğulayıb, Cümə məscidinin bərpasına görə rayon ziyalıları adından minnətdarlıq edib.

Prezidentin səlahiyyətli nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib ki, Ordubad Cümə məscidi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na əsasən bərpa olunub. Ordubadın əsas tarixi abidələrindən biri olan Cümə məscidinin bərpası prosesinə xüsusi diqqət yetirildiyini vurğulayan Fuad Nəcəfli burada əvvəlki dövrlərdə aparılan nöqsanlı idarəetmə nəticəsində tarixi-mədəni irsə ciddi ziyan dəydiyini qeyd edib: “Biz çalışdıq ki, mümkün qədər bu izləri saxlamaqla abidənin təmir olunmasını yekunlaşdıraq və buna nail olduq. Ordubad şəhərində yerləşən şəhər məscidinin, Sərşəhərin layihələndirilməsi və bərpası ilə bağlı işlər də görülür. Ümumiyyətlə, bu kimi işlər digər memarlıq abidələrində aparılacaq”.

Səlahiyyətli nümayəndə, həmçinin qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında heç bir şəhərin Baş planı yeni deyil, hətta Naxçıvan şəhərinin ən yeni Baş planı 1983-cü ildə tərtib olunub. Bu isə dövrün tələblərinə cavab vermirdi. Ona görə də Azərbaycan Prezidentinin müvafiq tapşırığına əsasən bu işlərə start verilib. Hazırda Naxçıvan, Ordubad və Şahbuz şəhərlərində Baş planların tərtibi ilə bağlı işlər aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!