15 Mart 2025 08:20
725
SİYASƏT
A- A+
Sülh olacaq?!

Sülh olacaq?!


İlham Əliyevin şərtlərini İrəvan sözdə yox, əməldə təsdiqləsə, bununla bağlı saziş imzalana bilər


İkinci Qarabağ müharibəsindən ötən 5 ilə yaxın müddətdə qalib Azərbaycanın məğlub Ermənistana təklif etdiyi sülh sazişi hələ də yalnız müzakirə mövzusu olaraq qalır. Martın 13-də sülh danışıqlarının yekunlaşması ilə bağlı yayılan xoş xəbər sevindirici olsa da, yenə də Ermənistana inam məsələsi tərəddüdlər yaradır. 

Çünki 30 il özünü məzlum xalq kimi göstərib, dünyanı uydurmaları, yalanları ilə aldadan, Azərbaycana ancaq şər-böhtan atmaqla məşğul olan, müharibəyə təhrik edən Hayastanın sülh prosesində müsbət addım atması inandırıcı görünmür. Bu, artıq dəfələrlə sübuta yetirilmiş reallıqdır. Hər dəfə sülh müqaviləsinin imzalanması ilə bağlı gündəm yarananda Ermənistan maskalanaraq buna hazır olduğunu bəyan edir. Ancaq iş əmələ çatanda bəlli olur ki, bütün bunlar vaxt qazanmaq üçün edilən imitasiyadır. 

İndi keçək martın 13-də yayılan xəbərlərin əsas məzmununa.

Öncə XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov bəyan etdi ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşıb: "Biz bir neçə dəfə açıqlama vermişdik ki, son iki açıq maddə qalıb. Bu yaxınlarda Ermənistan tərəfi həmin açıq maddələr üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul edib, əlaqə kanalları vasitəsilə bizə çatdırıb. Ona görə mətn üzrə işlərin yekunlaşdırıldığını qeyd edə bilərik".

Nazir həmçinin söyləyir ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi Ermənistanın konstitusiyasında və digər normativ-hüquqi aktlarında ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə olan iddiaların konstitusiyada dəyişiklik yolu ilə baş tutmasıdır. Təbii ki, bu, sazişin imzalanması üçün labüd şərtdir. Bundan əlavə, keçmiş münaqişənin qalıqları olan Minsk qrupu və onun digər təsisatlarının ləğv edilməsi vacib amildir. 

Bunun ardınca Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yaydı.

Bəyanatda deyilir: "Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik. Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq".

Həmin gün Ermənistan Xarici İşlər Nazirliyi də məlumat yaydı. Məlumatda Ermənistan XİN-i Azərbaycanın sülh müqaviləsinin mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı bəyanatını təsdiqləyir. Bundan əlavə, İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanma vaxtı və yerini müzakirə etməyə hazır olduğunu bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan da həmin gün məlumatı təsdiqlədi. Parlament binası yaxınlığında jurnalistlərə açıqlama verən baş nazir dedi ki, Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətni üzrə danışıqlar, mətn üzrə razılaşma ilə başa çatıb və bu,  mühüm hadisədir. "Biz artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır, imzalanma tarixləri və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycan Xarici İşlər Nazirliyi ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqları barədə bəyanat yayıb. Onların öz ideyaları var, bizim öz ideyamız var və güman edirəm ki, bu müzakirələr zamanı biz bu ideyaları bir-birinə yaxınlaşdırmağa çalışacağıq",- deyə Paşinyan söyləyib. 

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh sazişi layihəsi preambula və 17 maddədən ibarətdir. Preambula və 15 maddə razılaşdırılmışdı. Razılaşdırılmayan iki maddə beynəlxalq məhkəmələrdə iddialardan qarşılıqlı imtina və üçüncü dövlətlərin qoşunlarının sərhəddən çıxarılması ilə bağlı idi.

Azərbaycan dəfələrlə erməni tərəfinin daha iki şərti də həyata keçirməli olduğunu xatırladıb. Birincisi, Ermənistan konstitusiyasını dəyişdirməlidir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunub.

İkinci şərt ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Rəsmi Bakı bəyan edib ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda onun qalmağına daha ehtiyac yoxdur.

Baş verən proseslər və Ermənistan tərəfindən verilən açıqlamalara etibar etsək, iki ölkənin sülh sazişini imzalamağa yaxın olduğunu söyləyə bilərik. Lakin Azərbaycan xalqında yenə də nəyəsə əsaslanaraq Ermənistanın düzgünlüyünə əmin olmaq hissi yoxdur. Sanki Hayastan tərəfinin səsləndirdiyi fikirlər həmişəki kimi tülkü maskasının arxasından deyilir.

Hər zaman həqiqətləri söyləyən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də bu məsələyə münasibəti birmənalıdır. Cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda keçirilən XII Qlobal Bakı Forumunun açılış mərasimində dövlət başçısı bir daha prosesi dəyərləndirdi: "Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bəndlərin əksər hissəsi razılaşdırılıbdır". 

Dövlət başçısı bəzi Avropa bürokratlarının Ermənistanı "sülh göyərçini" kimi təqdim etməyə çalışdıqlarını da xatırlatdı və dedi ki, həmin dairələr yəqin Hayastanın keçmiş hökumətinin, hərbi xuntanın hansı vəhşiliklər törətdiklərini yaddan çıxarıblar: "Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində ermənilər bizim şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu. Yüzdən artıq vətəndaşımızı həmin raketlərə, ixracı qadağan olunmuş "İsgəndər M" raketinə görə itirdik. Biz hələ də suala cavab almamışıq: Ermənistan ordusu "İsgəndər M" raketini necə əldə edib? Çünki Rusiyada bu raketin ixracı yasaqdır. İnanmayanlar isə, - buradan cəmi 5-10 dəqiqəlik yoldur, - getsinlər Hərbi Qənimətlər Parkına və Şuşada tapdığımız "İsgəndər M" raketini görsünlər. Biz onu artıq 2021-ci ilin yazında tapdıq, çünki o, qarın altında qalmışdı. Biz Şuşanı azad etdiyimiz zaman o, şəhərə atılmışdı".

Prezident forum iştirakçılarının diqqətinə çatdırdı ki, məhz bu, Ermənistanın baş nazirinin əmri ilə edilmişdi. Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi və bir çox digər şəhərlər dövri olaraq Ermənistanın atəşinə tutulurdu. Azərbaycan isə bunu etmədi. Yalnız işğalçı Ermənistan ordusuna qarşı mübarizə apardı: "Onlar isə mülki şəxslərlə mübarizə aparırdı. Fərq bundadır. Bu, Birinci Qarabağ müharibəsində də eyni idi. Onlar bir növ bufer zonası yaratmışdılar. Belə adlandırırdılar. Əslində isə bu, işğal olunmuş ərazilər idi. Onlar yüz minlərlə azərbaycanlını qovdular və etnik təmizləmə apardılar. Biz bunu heç vaxt yaddan çıxarmayacağıq. Sizə bir məsələni də deyə bilərəm ki, Ermənistana etimad səviyyəsi sıfıra bərabərdir. Beləliklə, biz onların hər hansı bir sözünə inanmırıq".

Əgər rəsmi İrəvan İlham Əliyevin sülh gündəliyindəki şərtlərə əməl edərək Azərbaycanla barış əldə etmək istəyirsə, reallıqlarla barışmalı, kimlərinsə diktəsi ilə hərəkət etməməli, konstitusiyasında dəyişiklik tələbini yerinə yetirməlidir. Əks təqdirdə, sülh olmayacaq!


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

X.R.Vəliyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

00:12
18 Mart

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında

00:12
18 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar cəmiyyəti ASCO-nun Dəniz Nəqliyyat Donanmasının inzibati binasının pilləkən pillələrinə və pəncərə mailliklərinə mərmərin quraşdırılması xidmətlərinin (material və işçilik daxil) satın alınması məqsədilə müsabiqə elan edir

00:10
18 Mart

Levon Mnatsakanyan: Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi – MƏHKƏMƏ  

23:18
17 Mart

Elm və təhsil naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib  

23:11
17 Mart

MN: Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub  

23:03
17 Mart

Xarici İşlər Nazirliyi Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün iftar tədbiri təşkil edib  

22:09
17 Mart

Azərbaycanla Gürcüstan arasında din sahəsində əlaqələr müzakirə olunub  

21:47
17 Mart

Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub

21:12
17 Mart

Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərini dünyaya çatdıran mükəmməl platformadır  

20:55
17 Mart

Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

20:32
17 Mart

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirilib

20:08
17 Mart

YAP-ın İdarə Heyətinin iclasında 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub

19:56
17 Mart

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçirilib  

19:29
17 Mart

Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edilib

19:19
17 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

19:17
17 Mart

Zabux kənd məktəbində Novruz şənliyi keçirilib

19:16
17 Mart

RİNN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib  

18:34
17 Mart

Bu il 420 mindən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb ediləcək  

18:07
17 Mart

Mnatsakanyan: İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb

18:05
17 Mart

Qazaxıstan ikinci və üçüncü AES-in inşa ediləcəyi məkanı müəyyənləşdirməyə başlayıb  

18:04
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!