18 Dekabr 2025 08:27
234
SİYASƏT
A- A+
Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər


Sülhsevər soydaşlarımız əzəli torpaqlarına dönüb mehriban qonşuluq münasibətləri yaratmaq istəyirlər


Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmaq istəyinin ciddiləşməsi, Qayıdış Konsepsiyasının beynəlxalq hüquq müdafiəçiləri və dünyanın tərəqqipərvər insanları tərəfindən rəğbətlə qarşılanması istər Ermənistan iqtidarında, istərsə də xaricdəki lobbisində böyük məyusluq yaradıb. Bunu böyük təhlükə hesab edirlər. 

Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün öncə  Hamburqda jurnalistlərlə görüşündə deyib ki, Azərbaycanda bir tərəfdən "Qərbi Azərbaycan" ifadəsini dilə gətirirlər, digər tərəfdən Qarabağ ermənilərinin qayıdışı məsələsinə "ilişirlər". Nikolun sözlərindən belə çıxdı ki, ifadələrin heç biri işlədilməməlidir. Buna yol verilməməsi üçün Ermənistan Azərbaycanla birlikdə nəzarət mexanizmi - "yol xəritəsi" müəyyənləşdirməlidir. 

Nikol Paşinyan birdəfəlik bilməlidir ki, hansı "yol xəritəsi"ni müəyyənləşdirirsə müəyyənləşdirsin, qərbi azərbaycanlılar öz doğma yurdlarına avtomobil yolu ilə də, dəmir yolu ilə də, hava yolu ilə də, hətta piyada dağ yolları ilə gəlməyə hazırdırlar. 

İlk növbədə Nikol Paşinyan və içi müxalifət qarışıq bütün Ermənistan ictimaiyyəti bilməlidir ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası dinc məqsədlidir və bu, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, tanklarla yox, şəxsi avtomobillərlə olacaq. Daha dəqiq desək, qayıdış müəyyən iqtisadi inkişafın, şüur təkamülünün nəticəsində, mədəni səviyyənin, konkret olaraq, ermənilərin və azərbaycanlıların dinc bərgəyaşayış qaydalarının formalaşdığı, ümumən münasibətlərin normallaşdığı mühitdə mümkündür. Bunda, problemli nə isə varmı? Təbii ki, yox.

Almaniyada fransızların və ya ingilislərin, yaxud Britaniyada almanların və ya italyanların evləri yoxdurmu? Əlbəttə, var. 

Digər tərəfdən, Ermənistan hakimiyyəti də, müxalifəti də bilir və bir daha xatırladırıq ki, Azərbaycanın qədim torpaqları olan indiki Ermənistanda doğulmuş 300 minədək Qərbi azərbaycanlı var.

Bu barədə Qərbi Azərbaycan İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli mətbuata açıqlamasında demişdir. 

- Ermənilər nə qədər böyük və düzəlməsi mümkün olmayan səhv etdiklərini hələ dərk etmirlər. Xatırlatmaq istəyirəm ki, 1905-ci ildən ta sovet hakimiyyəti qurulana kimi ermənilərin İrəvan mahalı kimi tanınan tarixi ərazilərimizdə, Naxçıvan tərəflərdə ərazi iddiaları ilə xalqımızın başına gətirdikləri müsibətlər bir yana, 1947-ci il dekabr ayının 23-də onların təkidi ilə Stalin Ermənistan SSR ərazisindən 100 min nəfər azərbaycanlı əhalinin deportasiyası barədə qərar qəbul etmiş və bu qərar 150 minə yaxın insanı evindən-yurdundan didərgin salmışdı.

İstər 1900-cü illərdə, cümhuriyyət dövründə, istərsə ermənilər tərəfindən etnik təmizləməyə məruz qalan soydaşlarımızın böyük əksəriyyəti Azərbaycanda məskunlaşsa da, keçmiş SSRİ-nin müxtəlif bölgələrinə köçənlər, qaçanlar da az olmayıb. Məsələn, Gürcüstanla sərhəddə yerləşən Dağ Borçalısına Loru mahalına aid olan dörd rayondan - Allahverdi, Cəlaloğlu, Barana və Vorontsovkadan, həmçinin  Amasiya rayonundan qovulan soydaşlarımızın bir hissəsi sığındı, indi də orada yaşayırlar.

İndi vəziyyət dəyişmişdi. 44 günlük Vətən müharibəsi ilə millətin milli ruhu özünə qayıtmış, Prezidentimiz mümkün olmayanı etmişdi. Bu gün artıq heç kəs şübhə etmir ki, biz nəinki Zəngəzura, Göyçəyə dönəcəyik, həm də tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın hər qarışına qayıdacağıq: Zəngəzurdan tutmuş Ağbabaya qədər, Vedidən tutmuş Göyçəyə qədər.

Bu günlərdə Bakıda 60-dan çox xarici ölkədən gəlmiş mütəxəssislərin iştirakı ilə keçirilən  "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III Beynəlxalq konfransda da bu barədə əsl reallıq bir daha diqqətə çatdırılmışdır.

Qərbi Azərbaycan ərazisinin əzəli Azərbaycan torpaqları olması barədə tarixi həqiqətləri daim vurğulayan Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciətində son iki yüz ildə ermənilər tərəfindən dəfələrlə deportasiya, soyqırımı və etnik təmizləmələrə məruz qalan soydaşlarımızın tarixi-mənəvi haqqının bərpa olunmasının bütün beynəlxalq konsepsiyalara uyğun olduğunu bildirmişdir.

XIX əsrin əvvəllərində imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələrindən sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi ilə azərbaycanlıların deportasiya siyasətinin əsası qoyulub. Xüsusilə də 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirilib. Deportasiya siyasəti tarixi-mədəni irsimizin məhvi ilə də müşayiət olunub, abidələrimiz dağıdılıb, qədim Azərbaycan toponimləri saxta və uydurma adlarla əvəzlənib, ermənilər tərəfindən açıq şəkildə monoetnik dövlətçilik və etnik təmizləmə siyasəti həyata keçirilib. 

Qərbi Azərbaycana qayıdış ideyası artıq beynəlxalq müstəviyə çıxarılıb. Hazırda Qərbi Azərbaycan İcmasının yeddi sənədi BMT-nin rəsmi sənədi kimi bütün dillərdə və bu beynəlxalq qurumun üzvü olan dövlətlər arasında yayılıb. 2025-ci ilin mayında Bakıda keçirilən "Qərbi Azərbaycana dönüş" mövzusunda beynəlxalq konfransın yekun sənədində qayıdış hüququnun beynəlxalq hüququn əsas prinsiplərindən biri kimi tanınması vurğulanıb, bu sənəd BMT-yə təqdim edilib və Qərbi Azərbaycandan olan azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli geri dönüşünün təmin edilməsi çağırışı edilib, eyni zamanda Ermənistanın hərəkətsizliyi pislənilib, bu məsələnin beynəlxalq gündəmdə saxlanması tələb olunub. Bu günlərdə Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda beynəlxalq konfrans zamanı 300 000-dən çox qaçqın soydaşımızın geri dönməsi məsələsi gündəmə gətirilib. 

Prezident İlham Əliyev "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində  Qərbi Azərbaycan İcmasının öz ata-baba yurdlarına qayıdacağına inandığını bəyan edib: "2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır. İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır".

1970-ci və 1980-ci illərdə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə bu proseslərin qarşısı alınıb, xalqımız növbəti deportasiya və etnik təmizləməyə məruz qalmayıb. Lakin 1987-ci ildə Ulu Öndərin Sovetlər Birliyinin rəhbərliyindən uzaqlaşdırılması Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın növbəti acı taleyinin başlanğıcı olub. 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu və ən dəhşətli mərhələsi baş tutub. Həmin dövrdə Ermənistanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə, eləcə də böyük şəhərlərdə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Həmin kəndlərdə və şəhərlərdə yaşayan soydaşlarımız 3 il ərzində Ermənistandan zorla çıxarılıb, soyqırımı və işgəncələrə məruz qalıblar.  

Konfransda bir daha vurğulanmışdır ki, soydaşlarımızın öz əzəli torpaqlarına qayıtmaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Məhz bu səbəbdən də Zəngəzurda, İrəvanda və digər əzəli Azərbaycan torpaqlarında yaşamaq hüququnu beynəlxalq birlik qarşısında qaldıran xalqımız əmindir ki, bu, Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışın davamı olaraq Qərbi Azərbaycana da sülh yolu qayıdış reallaşacaqdır. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib ki, gün gələcək soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi torpaqlarına böyük həvəs və çoşqu ilə qayıdacaqlar: "Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar".

Yeni "yol xəritəsi" hazırlamaq istəyində olan Ermənistan hakimiyyəti, habelə təşviş keçirən müxalifət və xain-xoflular bilməlidirlər ki, "yol xəritəsi", ilk növbədə, Azərbaycanın tələbləri, beynəlxalq hüququn tələbləri baxımından yaradılmalıdır. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

Elektron siqaret infarkt riskini artıra bilər  

15:11
18 Dekabr

Oman Sultanlığı Azərbaycanla kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq istəyir  

15:09
18 Dekabr

Yağış yağanda…- FOTOREPORTAJ  

14:56
18 Dekabr

Türkiyə on ayda Azərbaycandan 9,8 milyard kubmetrədək təbii qaz alıb  

14:41
18 Dekabr

Azərbaycanın sədrliyi ilə AQEM-in Xüsusi İşçi Qrupu və Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasları keçirilib  

14:37
18 Dekabr

Zilanlıda tikinti işlərinin 80 faizi başa çatıb - kənd yenidən qurulur

14:31
18 Dekabr

Elnur Əliyev: Bu ilin 9 ayında sənaye zonaları üzrə ixrac qeyri-neft-qaz ixracının 30 faizini təşkil edib 

14:25
18 Dekabr

Donald Tramp: Mən nizamsızlığa varis oldum və onu düzəldirəm  

14:18
18 Dekabr

Bu il Bakı Limanı 100 min TEU konteyner daşıyıb  

14:01
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!