07 Yanvar 2026 08:55
1167
Mədəniyyət
A- A+
Mədəniyyətin, ədəbiyyatın inkişafı dövlət siyasətində xüsusi yer tutur

Mədəniyyətin, ədəbiyyatın inkişafı dövlət siyasətində xüsusi yer tutur


Prezident İlham Əliyev daim mədəniyyət, ədəbiyyat və ictimai sahələrdə çalışanlara qayğı göstərir, onların əməyini yüksək qiymətləndirir. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə böyük tarixi şəxsiyyətlərin, mədəniyyət, elm və sənət adamlarının, yazıçı və şairlərin, ictimai-siyasi xadimlərin yubileyləri keçirilir, onların mədəniyyətimizin, ədəbiyyatımızın inkişafındakı xidmətləri orden və medallarla qiymətləndirilir. Təbiidir ki, bütün bunlar dövlətimizin bu istiqamətdə atdığı uğurlu addımların və mədəni irsimizə göstərdiyi qayğının bariz nümunəsidir. 

Azərbaycanda mədəniyyətə, ədəbiyyata, sənət və elm adamlarına, yaradıcı insanlara belə yüksək səviyyədə diqqət və qayğı göstərilməsi siyasətinin bünövrəsini Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu bu siyasəti uğurla davam etdirərək sənət adamlarının fəaliyyətini, ədəbiyyat və ictimai-siyasi xadimlərin əməyini daim  yüksək qiymətləndirir. Onların ədəbiyyat və mədəniyyətimizin inkişafındakı xidmətləri nəzərə alınaraq yubileylərinin keçirilməsi və müxtəlif orden və medallarla təltif olunmaları haqqında sərəncamlar imzalayır. 

Məhz belə yüksəksəviyyəli diqqətin, qayğının nəticəsidir ki, qədim və şərəfli tarixə, fəxr ediləsi ulu keçmişə, qürur duyulan zəngin irsə malik olan Azərbaycan mədəniyyəti, ədəbiyyatı Prezident İlham Əliyevin gələcəyə hesablanmış uzaqgörən  siyasəti, diqqət və qayğısı nəticəsində yeni inkişaf yollarında uğurla addımlayır. Bunun da sayəsində indi milli-mənəvi dəyərlərimiz müasir dövrün tələbləri səviyyəsində həm qorunur, həm də mərhələ-mərhələ gələcək nəsillərə ötürülür. Bu istiqamətdə aparılan islahatlar bir daha sabahkı uğur və zəfərlərdən xəbər verir.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafına xidmət edən sərəncamları bir daha onu göstərir ki, bu sahə hər zaman dövlət başçımızın diqqət mərkəzindədir.

Tarixdən məlumdur ki, 1926-cı ilin fevral ayında ölkəmizin paytaxtında I Türkoloji Qurultay keçirilib. Artıq bu qürurverici tarixi günün 100 illiyinin tamam olmasına az qalıb. Prezident İlham Əliyev həmin əlamətdar günün qeyd olunması ilə bağlı 22 oktyabr 2025-ci ildə sərəncam imzalayıb. Sərəncamda deyilir ki, I Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. 

Dövlət başçımızın sərəncamına uyğun olaraq hazırda I Türkoloji Qurultayın keçirilməsinin 100 illiyi ilə bağlı müvafiq tədbirlərin keçirilməsi ilə bağlı təşkilati işlər görülür. 

Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyətinin, ədəbiyyatının inkişafına böyük töhfə verən sənət adamlarının da əməyi müntəzəm olaraq layiqincə qiymətləndirilir. Həmişə olduğu kimi, 2025-ci ildə dövlət başçımızın mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında böyük xidmətləri olan sənət adamları müxtəlif orden və medallarla təltif olunmuşdur. Dövlətimizin başçısının 11 oktyabr 2025-ci il tarixli sərəncamı ilə bəstəkar Sevil Heydər qızı Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə "Şərəf" ordeni ilə mükafatlandırılıb. Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Şəfiqə Haşım qızı Məmmədova Azərbaycan Prezidenti İlham Əliyevin 29 mart 2025-ci il sərəncamı ilə "İstiqlal" ordeni ilə təltif edilmişdir. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Fəxrəddin Manaf oğlu Manafov "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə, Prezident İlham Əliyevin 22 noyabr 2025-ci tarixli sərəncamı ilə Vahid Əziz oğlu Cəfərov (Vahid Əziz) "Şərəf" ordeni ilə təltif edilmişdir. 

Görkəmli şair və yazıçıların, tanınmış ictimai-siyasi xadimlərin yubileylərinin keçirilməsi ölkəmizdə artıq ənənəyə çevrilmişdir. Belə yubileylərin keçirilməsi ziyalıların əməyinin dövlət tərəfindən qiymətləndirilməsi, onların yaradıcılığına yüksək dəyərin verilməsi, gənc nəslə tanıtdırılması və təbliğ edilməsi kimi təqdir olunur.

2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun anadan olmasının 90, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100, Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90, Azərbaycan Respublikası Elmlər Akademiyasının təsisçilərindən biri, görkəmli alim və tanınmış ictimai xadim, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 130, görkəmli alim və ictimai xadim, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120, Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 və başqa yazıçı, şair, dövlət xadimi, sənət adamlarının yubileylərinin keçirilməsi haqqında müvafiq sərəncamlar imzalamışdır. Dövlət başçımızın imzaladığı bu sərəncamlar aidiyyatı nazirlik və yaradıcı təşkilatlar tərəfindən  yüksək səviyyədə icra olunmuşdur.

Prezident İlham Əliyev yalnız müasir ədəbiyyatımızın deyil, klassik Azərbaycan ədəbiyyatının görkəmli yazıçı və şairlərinin yubileylərinin keçirilməsi haqqında da sərəncamlar imzalayır. Bütün bunlar dövlətin ədəbiyyatımıza verdiyi dəstəyin, inkişafın bariz nümünəsidir. 

Prezident İlham Əliyev 4 aprel 2025-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük maarifçilik ideyalarının banisi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. 

Dövlət başçımızın mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına böyük töhfə verəcək bu sərəncamların uyğun olaraq respublikamızın hər bir guşəsində həm müasir, həm də klassik yazıçı və şairlərin yubileyləri keçirilir, yaradıcılıqları haqqında geniş söhbət açılır. Müntəzəm olaraq keçirilən bu tədbirlər ədəbi və mənəvi dəyərlərimizin qorunması, gənc nəsillərə çatdırılması işində böyük rol oynayır. Prezident İlham Əliyevin imzaladığı bu sərəncamlar dövlət başçımızın xalqımızın ədəbi-bədii xəzinəsinə, mədəniyyətimizə, ədəbiyyatımıza verdiyi ən yüksək önəmdir və yüksək dəyərin göstəricisidir.


V.MƏMMƏDQULUOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İyulun 13-nə olan hava proqnozu açıqlanıb

13:55
12 İyul

İran XİN: Omanla Hörmüz boğazı ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlinib

13:52
12 İyul

Körfəz ölkələri raket və PUA hücumlarına məruz qalıb

13:31
12 İyul

Ölkə ərazisindəki faktiki hava acıqlanıb

12:29
12 İyul

ABŞ-nin ən nüfuzlu Respublikaçı senatoru vəfat edib

12:07
12 İyul

Futbol üzrə dünya çempionatının yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşib

11:59
12 İyul

Qətərin keçmiş əmiri vəfat edib

11:57
12 İyul

Rusiya Müdafiə Nazirliyi: 300-dən çox PUA hücumunun qarşısı alınıb

10:28
12 İyul

ABŞ Mərkəzi Komandanlığı İrana növbəti hücuma başlayıb

10:21
12 İyul

Dünya çempionatı: Argentina yarımfinala vəsiqə qazanıb

09:23
12 İyul

Dünya çempionatı: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

09:13
12 İyul

Tovuz döyüşləri: Zəfərin astanasında 

09:07
12 İyul

Prezident: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb VİDEO

23:03
11 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb VİDEO

21:15
11 İyul

Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir

20:16
11 İyul

Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - YENİLƏNİB 

19:58
11 İyul

Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır

19:44
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB

18:33
11 İyul

Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib 

18:17
11 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 

18:16
11 İyul

Bu gün Bakının 544 küçəsi yuyulub

17:57
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!