07 Yanvar 2026 18:46
334
SİYASƏT
A- A+
Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

Azərbaycan Prezidenti İlham Əliyevin müsahibələri, regional və beynəlxalq məsələlər barədə fikirləri ərəb mediasının daim diqqətində olur. Dövlətimizin başçısının yerli televiziya kanallarına verdiyi sonuncu müsahibədə Azərbaycanın Yaxın Şərqdə hansısa fəaliyyətlərdə mümkün iştirakı ilə bağlı yayılmış xəbərlər barədə səsləndirdiyi fikirlərin nüfuzlu ərəb mediası tərəfindən geniş işıqlandırılması ölkəmizin mövqeyinin həmin regionun cəmiyyətlərində daim maraq kəsb etdiyinin bir daha göstərir. Eyni zamanda, xarici mətbuata yol tapmış və Azərbaycanın guya Qəzzada sülhməramlı kontingentin tərkibində iştirak edəcəyi ilə bağlı iddialara aydınlıq gətirir.

Göründüyü kimi, Azərbaycan dünyada davam edən münaqişələrlə bağlı beynəlxalq hüquqa əsaslanan mövqe sərgiləyir. Eyni zamanda, silahlı toqquşmalardan və təbii fəlakətlərdən əziyyət çəkən insanlara da humanitar yardımını əsirgəmir. Ölkəmiz bu kontekstdə Azərbaycan sülhməramlı əməliyyatlarda yalnız mandatın aydın, hüquqi və təhlükəsizlik baxımından təmin olunduğu hallarda iştirak edə bilər. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın İraqda, buna qədər isə həm Kosovoda, həm də özlüyündə Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmək təcrübəsi vardır. Qeyd edək ki, Qəzza sektorunda isə hazırda belə bir şərtlər mövcud deyil və ölkə hərbi toqquşmalara cəlb olunmaq niyyətində olmadığını açıq şəkildə göstərir. Bu mövqe Azərbaycanın münaqişələrdə birbaşa hərbi tərəf kimi çıxış etməmək və riskləri minimuma endirmək siyasətinə uyğundur.

Bununla yanaşı, Azərbaycan humanitar məsuliyyətini ön planda saxlayır. Mülki əhalinin üzləşdiyi ağır şərait fonunda humanitar yardım göstərilməsi rəsmi Bakının beynəlxalq humanitar prinsiplərə sadiqliyini nümayiş etdirir və problemin hərbi deyil, insani tərəfinə diqqət çəkir.

Diplomatik müstəvidə Azərbaycan həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda ölkəmizin maliyyə yardımı ilə Fələstinin səfirliyi də fəaliyyət göstərir. Bütün bunlar bu dəstəyin praktik ifadəsidir.

Eyni zamanda, rəsmi Bakı Yaxın Şərqdəki mürəkkəb proseslərə ehtiyatla yanaşaraq hesab edir ki, ərəb ölkələrinin daxili və regional problemləri ilk növbədə ərəb dövlətlərinin özləri tərəfindən həll edilməlidir. Bu baxımdan Ərəb Dövlətləri Liqasının, eləcə də digər əsas regional aktorların mövqeləri həlledici əhəmiyyət daşıyır. Azərbaycanın bu balanslı yanaşması həm beynəlxalq nüfuzunu qorumağa, həm də regional sabitliyə töhfə verməyə yönəlib.

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər  

10:46
01 Fevral

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub  

23:22
31 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:03
31 Yanvar

Zelenski: Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür  

20:31
31 Yanvar

Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub edib

18:59
31 Yanvar

Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

18:03
31 Yanvar

Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib YENİLƏNİB

17:36
31 Yanvar

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ilk sessiyası keçirilib  

17:17
31 Yanvar

Xalq rəssamı Ömər Eldarov heykəltaraşlıq sənətinin incəliklərini gənclərlə bölüşüb  

16:43
31 Yanvar

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib YENİLƏNİB

16:26
31 Yanvar

Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi gücləndirilir 

15:47
31 Yanvar

Hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir

14:33
31 Yanvar

Kamran Musayev: Ötən il Azərbaycan səhiyyəsinin tarixində unudulmaz bir səhifə oldu 

14:16
31 Yanvar

Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir 

14:06
31 Yanvar

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm 

13:59
31 Yanvar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib  

13:46
31 Yanvar

Türkiyə XİN: BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatının uzadılması ilə bağlı Şimali Kipr tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik  

13:17
31 Yanvar

Sabah Bakıda hava yağmursuz olacaq, dağlıq ərazilərə qar yağacaq  

12:59
31 Yanvar

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

12:10
31 Yanvar

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

12:08
31 Yanvar

Akademik Əhliman Əmiraslanov: Orqan transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərindən asılıdır  

11:56
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!