31 Yanvar 2026 12:10
4125
Elm və texnika
A- A+
Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb


Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən həyata keçirilən fundamental elmi tədqiqatın nəticələri nüfuzlu beynəlxalq indeksli “Educational Psychology Journal” jurnalında dərc olunub. Sözügedən jurnal WorldCat, Google Scholar, ROAD və Crossref kimi aparıcı beynəlxalq elmi bazalarda indekslənir.

 “Müəllimlərin Özyetərlik Şkalasının Azərbaycan dilinə adaptasiyası: işə cəlbolunma, təşviş və iş məmnuniyyəti ilə əlaqəsi” adlı məqalə AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun elmi araşdırmalar üzrə baş koordinatoru Ülkər Zalova Nuriyeva, tədqiqat qrupunun üzvləri Rəhilə Məmmədova, Aysel Nağıyeva və Fatimə Dadaşzadə tərəfindən hazırlanmışdır.

Araşdırmanın əsas məqsədi beynəlxalq səviyyədə etibarlılığı sübut olunmuş Müəllimlərin Özyetərlik Şkalasının Azərbaycan dili və mədəni kontekstinə uyğunlaşdırılması və bu psixoloji konstruktun müəllimlərin işə cəlbolunma səviyyəsi, təşviş göstəriciləri, iş məmnuniyyəti ilə qarşılıqlı əlaqəsinin empirik əsaslarla qiymətləndirilməsi olmuşdur.

Adaptasiya edilmiş şkala 12 maddədən ibarətdir və müəllim özyetərliliyini üç əsas istiqamət üzrə ölçür: təlim strategiyalarından effektiv istifadə; sinif idarəetməsi və tədris prosesinin təşkili; şagirdlərin motivasiyasının artırılması sahəsində subyektiv effektivlik hissi.

Tədqiqatda 293 müəllim (266 qadın, 27 kişi) iştirak etmişdir. Nəticələr göstərmişdir ki, özyetərlilik səviyyəsi yüksək olan müəllimlərdə təşviş göstəriciləri əhəmiyyətli dərəcədə aşağıdır. Eyni zamanda, yüksək özyetərlilik iş məmnuniyyəti və işə cəlbolunmanın artması ilə müşayiət olunur. Bu faktlar müəllim özyetərliliyinin psixoloji rifah üçün qoruyucu faktor rolunu təsdiqləyir.

Araşdırmanın nəticələri təhsil və psixoloji xidmət sahəsi üçün mühüm praktik əhəmiyyət daşıyır. Adaptasiya olunmuş şkala ümumtəhsil müəssisələrində,  regional təhsil idarələrində, psixoloji xidmət mərkəzlərində, müəllimlərin peşə inkişaf proqramlarında obyektiv qiymətləndirmə, risk qruplarının müəyyənləşdirilməsi və məqsədyönlü psixoloji dəstək proqramlarının hazırlanması üçün etibarlı elmi alət kimi istifadə oluna bilər.

Bu tədqiqat Azərbaycan dilində standartlaşdırılmış psixoloji ölçmə vasitələrinin elmi dövriyyəyə daxil edilməsi baxımından mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin psixologiya elminin beynəlxalq akademik məkanla inteqrasiyasına dəyərli töhfədir.

https://journal.unnes.ac.id/journals/epj/article/view/36889

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

Dövlət həmişə vətəndaşının yanındadır

08:07
18 Aprel

Uşaqların hüquqları dövlət tərəfindən qanunla qorunur

08:05
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!