18 Aprel 2026 08:20
665
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr


Kənd təsərrüfatı, ticarət, tranzit daşımalar, turizm...


Xəbər verildiyi kimi, Şuşada Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclası keçirilib. Görüşdə iki ölkə arasında iqtisadi, ticarət, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı investisiya imkanlarının artırılması və biznes əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. İclas çərçivəsində regionlararası əməkdaşlıq, mədəni əlaqələrin gücləndirilməsi və qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələlərinə də toxunulub. 

Azərbaycan və Latviya arasında iqtisadi əlaqələr son illər davamlı inkişaf dinamikası nümayiş etdirir. Ticarət dövriyyəsinin artması, nəqliyyat-logistika sahəsində əməkdaşlıq və Orta dəhliz çərçivəsində birgə layihələr iki ölkə arasında iqtisadi münasibətlərin əsas istiqamətlərini təşkil edir. Latviya Azərbaycanın Avropa İttifaqı məkanında mühüm tərəfdaşlarından biri kimi çıxış edir və xüsusən tranzit daşımalar, liman infra-strukturu və yükdaşıma sahələrində əməkdaşlıq yüksək qiymətləndirilir. Eyni zamanda enerji, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində də qarşılıqlı maraqlar mövcuddur. İkitərəfli işgüzar görüşlər və biznes-forumlar bu əlaqələrin genişlənməsinə və yeni investisiya layihələrinin reallaşdırılmasına şərait yaradır.

Məhz bu strateji tərəfdaşlıq və əməkdaşlıq imkanları Şuşada keçirilən Azərbaycan-Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 9-cu iclasında müzakirə olunub. Qeyd edək ki, iclas iki ölkə arasında gələcək əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edirdi. İclasın əsas məqsədi yalnız mövcud əlaqələri gücləndirmək deyil, həm də yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və qarşılıqlı maraq doğuran layihələrin təşviq edilməsi idi. İlk növbədə tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını, innovativ texnologiyaların tətbiqini, məhsul istehsalının artırılması və ixrac potensialının genişləndirilməsi istiqamətində perspektivləri müzakirə ediblər. 

Yeri gəlmişkən, Şuşadakı iclasdan bir gün əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Armands Krauze ilə görüşmüşdür. Söhbət zamanı  nazirlər hər iki ölkə arasındakı əlaqələrin bundan sonra da möhkəmləndirilməsini müzakirə etmişlər. Qeyd olunmuşdur ki, 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlığın Qurulmasına dair Birgə Bəyannamə Azərbaycan və Latviya arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsi üçün möhkəm baza rolunu oynayır. Latviya ilə iqtisadi-ticarət tərəfdaşlığı inkişaf edir və ötən il, eləcə də 2026-cı ilin ilk iki ayı ərzində qarşılıqlı ticarət dövriyyəsinin artması buna nümunədir. Görüşdə Azərbaycanda investorlar üçün yaradılmış əlverişli fürsətlər haqqında məlumat verilmiş, üstəlik, birgə müəssisələrin yaradılması, tranzit daşımalar, turizm və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş perspektivlər olduğu qeyd edilmişdir.

Bunun davamı olan Şuşa görüşündə xüsusən kənd təsərrüfatının prioritet  sahəsi olan heyvandarlıqda birgə əməkdaşlıq imkanlarından da söz açılıb. Qeyd edilib ki, yüksəkkeyfiyyətli cins heyvanların, eləcə də süd və ətlik mal-qaranın Baltikyanı ölkələrdən, o cümlədən Latviyadan Azərbaycana gətirilməsi mümkündür. Latviyanın heyvandarlıq, süd istehsalı və meşə təsərrüfatı sahəsindəki təcrübəsi əməkdaşlıq üçün böyük imkanlar yaradır. Regionda fəaliyyət göstərən qabaqcıl hərrac mərkəzində ildə təxminən 30 min baş heyvan satılır və satılan  heyvanların böyük hissəsi Türkiyəyə ixrac olunur. Bu səbəbdən Azərbaycana cins heyvanların tədarükündə hər hansı çətinlik gözlənilmir. Nazir Armands Krauze deyib ki, kənd təsərrüfatında digər mühüm istiqamət meşəçilik sahəsidir: "İqlim dəyişikliyinin təsirlərinin azaldılması və meşələrin bərpası bu gün bütün ölkələr üçün prioritetdir. Məlum olduğu kimi, xüsusilə bu regionda işğal dövründə meşə sahələrinin əhəmiyyətli hissəsi məhv edilib və onların bərpasına ciddi ehtiyac var. Bu sahədə "Nordik texnologiyaları"nın tətbiqi imkanları nəzərdən keçirildi. Sözügedən texnologiyalar meşələrin daha sürətli və daha səmərəli şəkildə bərpasına imkan yarada bilər".

Məlumdur ki, Azərbaycanın strateji coğrafi mövqeyi təkcə ikitərəfli əlaqələrdə deyil, üçüncü ölkələrlə ticarəti asanlaşdırmaq üçün də mühüm üstünlüklər təqdim edir. Ölkəmiz Avrasiyada əsas nəqliyyat və logistika mərkəzi kimi çıxış edir və "Şərq-Qərb", eləcə də "Şimal-Cənub" dəhlizlərini birləşdirən müasir infrastrukturla təmin olunub. Orta dəhliz isə  Avropanı Mərkəzi Asiya və Çin ilə birləşdirən etibarlı və səmərəli nəqliyyat yoludur. Tədbirdə çıxış edən  Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov tərəfdaşları bu dəhlizin təqdim etdiyi imkanları araşdırmağa, eləcə də Latviya investorlarını Azərbaycandakı iqtisadi zonalarda yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.

İclasın nəticəsi olaraq tərəflər iki ölkə arasında iqtisadi, kənd təsərrüfatı, elmi-texniki və mədəni əməkdaşlığın daha da gücləndirilməsi üçün konkret addımların atılması qərarına gəliblər. Qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi, birgə müəssisələrin yaradılması, ticarət və tranzit layihələrinin inkişafı ilə bağlı planlar  gündəmdə yer alıb. Həmçinin heyvandarlıq, meşə təsərrüfatı və digər prioritet sahələrdə texnologiyaların və təcrübənin paylaşılması ilə əlaqədar perspektivlər müəyyənləşdirilib. Tərəflər Azərbaycanın strateji mövqeyi və müasir nəqliyyat dəhlizlərindəki imkanlardan yararlanaraq, regionda əməkdaşlığın daha geniş və davamlı xarakter almasını təmin etmək niyyətində olduqlarını bildiriblər. Tədbir qarşılıqlı səfərlərin və işgüzar əlaqələrin intensivləşdirilməsi üçün vacib platforma rolunu oynayıb.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında" Azərbaycan RespublikasıPrezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:42
14 May

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:40
14 May

Bildiriş

01:38
14 May

Futbol üzrə Azərbaycan Kubokunun qalibi mükafatlandırılıb

22:47
13 May

Azərbaycanın dinlərarası dialoq təşəbbüsü beynəlxalq platformada dəstəklənib  

22:36
13 May

Azərbaycan güləşçisi Avropa çempionu olub

22:22
13 May

“Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub  

22:05
13 May

Moldova Xarici İşlər Nazirliyi hava məkanının pozulmasını pisləyir

21:42
13 May

Moskvada PUA hücumlarının nəticələri barədə məlumatların yayılmasına görə cərimələr tətbiq edilir

21:35
13 May

Ombudsman Slovakiya Milli Şurasının üzvlərini qəbul edib

20:37
13 May

Zakarpatye müharibə başlayandan bəri Rusiyanın ən kütləvi hücumuna məruz qalıb

20:27
13 May

Rusiyanın aviazərbələri nəticəsində Rovnoda üç nəfər həlak olub, daha dörd nəfər yaralanıb  

20:01
13 May

QHT və media nümayəndələri WUF13-ə hazırlıq işləri ilə tanış olublar YENİLƏNİB

19:54
13 May

Azərbaycanın və Belarusun hərbi informasiya sahəsində nümayəndələri əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar  

19:45
13 May

Birinci rübdə 44,6 min şəxs reabilitasiya xidmətləri ilə təmin olunub

19:26
13 May

ABŞ ilə Çin arasında iqtisadi maraqlar

19:17
13 May

SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib  

19:16
13 May

Bəzi yerlərə intensiv yağış yağır, Şəmkirə dolu düşüb – FAKTİKİ HAVA  

19:15
13 May

Azərbaycanın 7 karateçisi Avropa çempionu olub

19:14
13 May

Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans  

19:13
13 May

Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

19:11
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!