18 Aprel 2026 08:15
636
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi


A.OVERÇUK:  "Bu ərazilər birgə layihələr üçün yeni imkanlar yaradır"


Azərbaycan və Rusiya Hökumətlərarası Komissiyasının budəfəki iclası işğaldan azad olunmuş  Zəngilan rayonunda keçirildi. Bu, komissiyanın sayca 24-cü iclası idi və özəlliyi onda idi ki, qonaqlar "ağıllı kənd"imiz  Ağalı ilə ətraflı tanış oldular. 

İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, kəndin bütün evlərinə müasir kommunikasiya xətləri çəkilib, qazlaşdırma tam təmin olunub, hər bir ev kombi sistemi ilə təchiz edilib. Bununla yanaşı, ərazidə yol və səkilərin abadlaşdırılması, ictimai binaların və infrastruktur obyektlərinin istifadəyə hazırlanması istiqamətində də işlər görülüb.

İştirakçılar eləcə də Ağbənd avtomobil körpüsü, Horadiz-Ağbənd dəmir yolu layihəsi, sərhəd-keçid məntəqəsinin infrastrukturunun tikintisi ilə tanış olublar.  Diqqətə çatdırılıb ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni qolunun əsas komponenti, Horadiz-Ağbənd dəmir yolu Zəngəzur dəhlizinin (TRIPP) mühüm halqasını formalaşdıracaq.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, iclasın Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda keçirilməsi regionda əməkdaşlığın yeni mərhələsini əks etdirir. Qeyd edək ki, Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının  həmsədrləri Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən isə Baş nazirin müavini Aleksey Overçuk olmuşlar. İclasa hər iki ölkənin müvafiq nazirlik və qurumlarının nümayəndələri qatılmışlar.

Hazırda iki ölkə arasında uğurlu əməkdaşlıq nümunələri mövcuddur və bu proses genişlənməkdədir. İkitərəfli əməkdaşlığın ardıcıl və dinamik inkişafı dövlətimizin başçısı İlham Əliyev və Rusiyanın Prezidenti Vladimir Putin tərəfindən həyata keçirilən siyasi iradə və strateji kursla müəyyən olunur. Xüsusilə 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ikitərəfli münasibətlərə mühüm təkan verir. Mürəkkəb regional şəraitə baxmayaraq, əməkdaşlıq davamlı şəkildə inkişaf edir.

Biznes dairələrinin qarşılıqlı biznes missiyalarda və beynəlxalq sərgilərdə iştiraka marağı artır. Bu da iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edir. 2025-ci ilin yekunlarına əsasən, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 4,9 milyard dollara çatıb. Tərəflər  mal çeşidinin genişləndirilməsi və ticarət həcminin artırılması üzərində birgə işləyirlər. İki ölkə arasında hesablaşmaların əsas hissəsi milli valyutalarla aparılır ki, bu da iqtisadi inteqrasiyanı daha da gücləndirir. Kənd təsərrüfatı məhsulları üzrə ticarət  xüsusi əhəmiyyət daşıyır. Belə ki, Rusiya bazarı Azərbaycan qeyri-neft ixracının əsas istiqamətlərindən biri olaraq qalır. Bir sözlə, ticarət-iqtisadi əməkdaşlığı Azərbaycan-Rusiya münasibətlərinin əsas istiqamətlərindəndir.

Təsadüfi deyil ki, Baş nazirin müavini Şahin Mustafayev öz çıxışında investisiya əməkdaşlığının müsbət dinamikasını xüsusi qeyd edib. Bildirilib ki, Rusiyanın Azərbaycana yatırdığı ümumi investisiyaların həcmi 10,5 milyard dolları, o cümlədən qeyri-neft sektorunda 2,9 milyard dolları ötüb. İnvestisiya əməkdaşlığı müsbət dinamika nümayiş etdirir və Azərbaycanda 1400-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan investisiyalarının da Rusiya iqtisadiyyatında mövqelərinin möhkəmləndiyi, sanatoriya, sənaye və istehsal layihələrinin uğurla icra olunduğu bildirilib.

Nəqliyyat-logistika sahəsi əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi dəyərləndirilir. İclasda xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının strateji əhəmiyyəti vurğulanıb, dəhliz üzrə infrastrukturun modernləşdirilməsi və rəqəmsallaşdırmanın yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracağı qeyd olunub. Bildirilib ki, 2028-ci ildən etibarən Azərbaycan ərazisindən illik daşımaların həcmi azı 5 milyon ton, sonrakı mərhələdə isə 15 milyon ton səviyyəsinə çatdırılacaq.

Araz Vadisi İqtisadi Zonasında "KamAZ" servis mərkəzinin və Qubadlının Mahruzlu kəndində Həştərxan qubernatorluğu tərəfindən uşaq bağçasının tikintisi  əməkdaşlıq nümunəsi kimi  yüksək qiymətləndirilir.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk ölkələrimiz arasında  əməkdaşlığın strateji xarakter daşıdığını qeyd edib. Nəqliyyat-logistika, sənaye və aqrar sahələrinin əsas prioritetlər olduğu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının regional və beynəlxalq ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynadığı vurğulanıb.  A.Overçuk Zəngilanda aparılan bərpa işlərini yüksək qiymətləndirərək, bu ərazilərin birgə layihələr üçün yeni imkanlar yaratdığını da bildirib.

Aparılan müzakirələr göstərdi ki, tərəflər ticarət, investisiya, maliyyə, nəqliyyat, kənd təsərrüfatı, energetika, turizm və humanitar sahələr üzrə əməkdaşlığın perspektivli olmasında maraqlıdırlar. Azərbaycanda və Rusiyada avtomobil nəqliyyatı üçün elektron beynəlxalq yük qaiməsi (e-CMR) tətbiqi üzrə şəraitin yaradılmasına dair imzalanan "Yol Xəritəsi" ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı investisiyaların təşviqini, eləcə də müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

İclasın yekunlarına dair imzalanan protokol da Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiriləcəyini, əldə olunmuş razılaşmaların ardıcıl şəkildə icrasının davam etdiriləcəyini  vurğulayır. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında" Azərbaycan RespublikasıPrezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:42
14 May

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:40
14 May

Bildiriş

01:38
14 May

Futbol üzrə Azərbaycan Kubokunun qalibi mükafatlandırılıb

22:47
13 May

Azərbaycanın dinlərarası dialoq təşəbbüsü beynəlxalq platformada dəstəklənib  

22:36
13 May

Azərbaycan güləşçisi Avropa çempionu olub

22:22
13 May

“Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub  

22:05
13 May

Moldova Xarici İşlər Nazirliyi hava məkanının pozulmasını pisləyir

21:42
13 May

Moskvada PUA hücumlarının nəticələri barədə məlumatların yayılmasına görə cərimələr tətbiq edilir

21:35
13 May

Ombudsman Slovakiya Milli Şurasının üzvlərini qəbul edib

20:37
13 May

Zakarpatye müharibə başlayandan bəri Rusiyanın ən kütləvi hücumuna məruz qalıb

20:27
13 May

Rusiyanın aviazərbələri nəticəsində Rovnoda üç nəfər həlak olub, daha dörd nəfər yaralanıb  

20:01
13 May

QHT və media nümayəndələri WUF13-ə hazırlıq işləri ilə tanış olublar YENİLƏNİB

19:54
13 May

Azərbaycanın və Belarusun hərbi informasiya sahəsində nümayəndələri əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar  

19:45
13 May

Birinci rübdə 44,6 min şəxs reabilitasiya xidmətləri ilə təmin olunub

19:26
13 May

ABŞ ilə Çin arasında iqtisadi maraqlar

19:17
13 May

SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib  

19:16
13 May

Bəzi yerlərə intensiv yağış yağır, Şəmkirə dolu düşüb – FAKTİKİ HAVA  

19:15
13 May

Azərbaycanın 7 karateçisi Avropa çempionu olub

19:14
13 May

Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans  

19:13
13 May

Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

19:11
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!