18 Aprel 2026 08:35
632
İQTİSADİYYAT
A- A+
Yaz aratı yüksək məhsuldarlığa zəmindir

Yaz aratı yüksək məhsuldarlığa zəmindir


Əvvəllər - sovetlər birliyi zamanında xüsusilə pambıq əkiləcək sahələrdə qış aratı aparılırdı. Bu da əsasən ziyanvericilərin məhvinə, torpağın zərərli maddələrdən, o cümlədən duzlardan təmizlənməsinə, habelə sahələrdə kifayət qədər nəmliyin yaranmasına şərait yaradırdı. 

Təəssüf ki, son bir neçə onillikdir ki, bu proses həyata keçirilmir. Mütəxəssislər bunu təbiətdə baş verən iqlim dəyişmələri ilə əlaqələndirirlər. Əvəzində yaz aratı Muğan zonasında öz qüvvəsində qalır. Salyan, Neftçala, Sabirabad, Saatlı fermerləri çiyid səpinində ondan geniş istifadə edirlər. Fermerlərin dediklərindən məlum olur ki, yaz aratı aparılarkən şumda olan ziyanvericilər məhv olur, torpaqda lazımi qədər münbitlik yaranır, alaq otları tez çıxır. Həmçinin səpinə hazırlıq zamanı çəkilən mala onları kökündən qopararaq məhv edir, nəhayət, toxum münbit torpağa düşür ki, bu da vaxtında və keyfiyyətli çıxış alınmasına səbəb olur. 

Qeyd edək ki, bu il Salyan rayonunda 4 şirkətlə bağlanan müqavilələr üzrə 987 fermer 7 min 743 hektarda pambıq əkib-becərəcək. Sahibkarlar hələ yanvar ayında şum, habelə sahələri suvarmaq üçün kanallar çəkdirmiş, digər hazırlıq işləri görmüşlər. İndiyədək 4 min 717 hektarda yaz aratı aparılıb. Rayonun Şorsulu kəndində yaşayan təcrübəli fermer Ələsgər Eyvazov deyir ki, yaz aratı işinin aparılmasında müəyyən qədər gerilik var. Bu da əsasən yağışların çox yağması ilə əlaqədardır. "Həmin səbəbdən səpin də ləngiyir. Aqrotexniki qaydalara görə pambıq əkini apararkən torpaqda istilik 17 dərəcədən az olmamalıdır. Hələlik isə bu temperatur yoxdur. İstiliyin aşağı olması üzündən torpaq da arata zəif düşür. Eşitdiyimə görə, bəzi ərazilərdə mülkiyyətçilər yağışdan sonra torpağı malalayıb, çiyid səpiblər. Amma bu, bir az riskli işdir". Fermer  sözlərinə bunları da əlavə etdi: "Bir də gördün havalar birdən-birə qızdı. Onda hamı gecə-gündüz tarlada olacaq. Pambıq əkənlər isə çoxdur. Əziyyəti olsa da, başqa bitkilərlə müqayisədə pambığın gəliri yaxşıdır. Üstəlik, pambıq həm də iş yeri deməkdir". 

Neftçala rayonu üzrə isə 1105 fermer pambıq əkməyi qərarlaşdırıb. Onlar pambıq istehsalı ilə məşğul olan 3 şirkətin rayonda fəaliyyət göstərən filialları ilə müqavilə bağlayıblar. Səpin aparılacaq 6 min 305 hektarın 5 min 800-də yaz aratı aparılıb. Qalan sahələrdə işlər davam edir. Əvvəlki illərdən fərqli olaraq, yaz aratı aparılarkən əkinçilər su qıtlığından əziyyət çəkməyiblər. Yağan intensiv yağışlar nəticəsində hazırda Kür çayında suyun səviyyəsi kifayət qədərdir. Fermerlər ümidlidirlər ki, pambıq əkinlərinin, eləcə də yonca və digər bitkilərin suvarılması zamanı problem olmayacaq. 

Neftçalada da fermerlər havaların istiləşməsini, torpaqda əkinçilik üçün lazım olan temperaturun yaranmasını səbirsizliklə gözləyirlər. Arzu edirlər ki, günəşli günlər və su bol olsun, daha çox məhsul yetişdirsinlər, yüksək gəlir əldə edib ailələrini firavan dolandırsınlar, elin-obanın xeyirində-şərində alnıaçıq, üzüağ iştirak etsinlər.


Seyran CAVADOV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında" Azərbaycan RespublikasıPrezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:42
14 May

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:40
14 May

Bildiriş

01:38
14 May

Futbol üzrə Azərbaycan Kubokunun qalibi mükafatlandırılıb

22:47
13 May

Azərbaycanın dinlərarası dialoq təşəbbüsü beynəlxalq platformada dəstəklənib  

22:36
13 May

Azərbaycan güləşçisi Avropa çempionu olub

22:22
13 May

“Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub  

22:05
13 May

Moldova Xarici İşlər Nazirliyi hava məkanının pozulmasını pisləyir

21:42
13 May

Moskvada PUA hücumlarının nəticələri barədə məlumatların yayılmasına görə cərimələr tətbiq edilir

21:35
13 May

Ombudsman Slovakiya Milli Şurasının üzvlərini qəbul edib

20:37
13 May

Zakarpatye müharibə başlayandan bəri Rusiyanın ən kütləvi hücumuna məruz qalıb

20:27
13 May

Rusiyanın aviazərbələri nəticəsində Rovnoda üç nəfər həlak olub, daha dörd nəfər yaralanıb  

20:01
13 May

QHT və media nümayəndələri WUF13-ə hazırlıq işləri ilə tanış olublar YENİLƏNİB

19:54
13 May

Azərbaycanın və Belarusun hərbi informasiya sahəsində nümayəndələri əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar  

19:45
13 May

Birinci rübdə 44,6 min şəxs reabilitasiya xidmətləri ilə təmin olunub

19:26
13 May

ABŞ ilə Çin arasında iqtisadi maraqlar

19:17
13 May

SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib  

19:16
13 May

Bəzi yerlərə intensiv yağış yağır, Şəmkirə dolu düşüb – FAKTİKİ HAVA  

19:15
13 May

Azərbaycanın 7 karateçisi Avropa çempionu olub

19:14
13 May

Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans  

19:13
13 May

Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

19:11
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!