18 Aprel 2026 09:05
943
Mədəniyyət
A- A+
Milli kimliyimizi yaşadan irs

Milli kimliyimizi yaşadan irs


Qədim sivilizasiyaların qovşağı olan Azərbaycan zəngin mədəni irsə malikdir. Paytaxt Bakı ilə yanaşı, respublikamızın müxtəlif bölgələrində xalqımızın tarixini, mədəniyyətini, ənənələrini, qədimliyini özündə əks etdirən tarixi abidələr bu günə qədər qorunub saxlanılır. 

Tarixi abidələr həm də mədəni turizmin inkişafı baxımından diqqət mərkəzindədir. Müxtəlif ölkələr, xüsusən turizm destinasiyalarında turistlərin üz tutduqları əsas yerlərdən biri tarixi-mədəni abidələrdir. Bir xalqın mədəniyyətini, tarixini, ənənələrini özündə yaşadan bu abidələr müxtəlif ölkələrdən gələn qonaqlara bir növ öz kimliyini təqdim edir. Bu baxımdan hər il aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. 

Azərbaycan da mədəniyyətin inkişafına önəm verən ölkə olaraq bu günü qeyd edir. Ölkəmizdə tarixi abidələrin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət tərəfindən tarix və mədəniyyət abidələrinin mühafizəsi, bərpası məqsədilə ardıcıl və sistemli tədbirlər görülür. Əsas məqsəd milli kimliyimizin əsası olan mədəni irsimizi yaşatmaq və bunu gələcək nəsillərə ötürməkdir. 

Azərbaycan torpaqlarının işğalda olduğu dövrdə həmin ərazilərdə olan mədəniyyət abidələri ziyan görüb, onların böyük qismi məhv edilib. Belə ki, Birinci Qarabağ müharibəsindən əvvəl Azərbaycanın Qarabağ bölgəsində 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri mövcud olub. 

Hesablamalara görə, işğal nəticəsində 500 tarixi-memarlıq abidəsi, 100-dən çox arxeoloji abidə, minlərcə əsərin qorunduğu 22 muzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı düşmən tərəfindən dağıdılıb. Eyni zamanda ibadət yerləri olan məscidlərin də, demək olar ki, hamısı yerlə-yeksan edilib və ya ciddi ziyan görüb. 

Bu faktlar bir daha göstərir ki, ermənilər Azərbaycana qarşı törətdiyi urbisid cinayətlərində terrorizm vasitəsilə Azərbaycan xalqının milli kimliyini, dərin köklərə bağlı mədəni irsini silmək istəyiblər. Amma onlar unudurdular ki, tarix silinmir, Azərbaycan öz köklərinə, milli-mənəvi dəyərlərinə bağlı dövlətdir və itirdiklərini geri alaraq öz mədəni irsinə yenidən qayıdacaq.  

Torpaqlarını düşmən tapdağından azad edən qüdrətli Azərbaycan  bu şəhər və kəndləri yenidən qurmaqla yanaşı, Qarabağ mədəniyyətini yenidən canlandırdı, mədəniyyət abidələrinə yeni həyat bəxş etdi. Bu baxımdan xüsusən son 6 ildə Qarabağ və Şərqi Zəngəzurda görülən işlər təqdirəlayiqdir. İşğaldan azad olunmuş ərazilərdə mədəniyyət sahəsində görülən bütün işlər - mədəniyyət festivalları, tədbirlər, abidələrin bərpası, məscidlərin tikilməsi bunun əyani sübutlarıdır.

Qarabağ və Şərqi Zəngəzurda erməni barbarları tərəfindən dağıdılan abidələr həmin gündən bərpa edilir, yenidən qurulıur. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vətən müharibəsindən sonra demişdi: "Əziz həmvətənlər, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir". 

Heydər Əliyev Fondu tərəfindən bu günədək Qarabağda bir sıra məscidlər, abidələr bərpa edilib, bəzilərində isə restavrasiya işləri davam edir. Memar Kərbəlayi Səfixan Qarabağinin müəllifi olduğu Şuşada yerləşən Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa məscidləri, Çöl Qala və Saatlı, Ağdamdakı Cümə məscidləri fond tərəfindən bərpa olunub. Bundan başqa, şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məscidi də əvvəlki vəziyyətinə qaytarılıb.

Bərpa edilən mədəniyyət nümunələri arasında digər tarixi abidələr də yer alır. Məsələn, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin ev-muzeyi və heykəli, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi də ölkəmizdə tarixi abidələrə verilən dəyərin bariz nümunələridir. 

İşğaldan azad olunmuş ərazilərdə bərpa edilən bütün abidələrdə Qarabağ memarlığının özünəməxsusluğu qorunub saxlanılıb. Bunu bərpa edilərək yenidən istifadəyə verilən "Yasəmən" hoteli, "Şirin su" hamamı, Mehmandarovların malikanə kompleksi, Mir Möhsün Nəvvabın və Xurşidbanu Natəvanın qəbirüstü abidələrinin timsalında da görə bilərik. 

Qarabağ memarlığı Azərbaycan memarlığının xüsusi bir qolunu təşkil etməklə bir məktəb yaradıb. Bu gün də Qarabağ irsinin yaşadılması üçün bərpa işlərində əvvəlki ənənənin qorunub saxlanılmasına göstərilən xüsusi diqqət həm də bu abidələr vasitəsilə milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir. 

Tarixi abidələr milli kimliyimizi yaşadan irsdir. Bu irs dövlətimiz tərəfindən layiqincə qorunur və gələcək nəsillərə ötürülür.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!