24 May 2026 15:02
190
SİYASƏT
A- A+
WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

“Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) uğurla başa çatdı. Forum çərçivəsində müxtəlif ölkələrin dövlət nümayəndələri, beynəlxalq təşkilatlar, ekspertlər və vətəndaş cəmiyyəti təmsilçiləri bir araya gələrək şəhərlərin gələcəyi, təhlükəsiz yaşayış mühiti və dayanıqlı inkişaf məsələlərini müzakirə etdilər.

Forumun sonunda qəbul edilən “Bakı Fəaliyyətə Çağırış” (Baku Call to Action) sənədi isə tədbirin əsas nəticələrini və gələcək fəaliyyət istiqamətlərini özündə əks etdirdi.

Sənəddə ilk növbədə Azərbaycanın forumun yüksək səviyyədə təşkilinə görə xüsusi təşəkkürlə qeyd olunması diqqət çəkir. Bildirildi ki, 176 ölkədən 58 mindən artıq iştirakçının qatıldığı WUF13 bu günədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşdü. Forum iştirakçıları Azərbaycan dövlətinin və xalqının göstərdiyi qonaqpərvərliyi yüksək qiymətləndirdilər. Tədbirin təşkili Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malik olduğunu bir daha nümayiş etdirdi. Bakı qlobal humanitar və intellektual müzakirələrin mərkəzi qovşağına çevrildiyini bir daha təsdiq etdi.

“Bakı Fəaliyyətə Çağırış” sənədində xüsusi vurğulanan məqamlardan biri Liderlərin Bəyanatları Sessiyası oldu. Tarixdə ilk dəfə olaraq ev sahibi ölkənin təşəbbüsü ilə təşkil edilən bu sessiyada 27 dövlət və hökumət başçısı iştirak etdi. Bu hal forumun beynəlxalq siyasi əhəmiyyətini daha da artırdı və urbanizasiya məsələlərinin artıq qlobal siyasətin əsas mövzularından birinə çevrildiyini göstərdi. Liderlərin iştirakı şəhərlərin gələcəyi ilə bağlı qərarların həm yerli, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilməsinin vacibliyini ortaya qoydu. Azərbaycanın bu yeniliyi Ümumdünya Şəhərsalma Forumlarının tarixinə böyük əhəmiyyətli addım kimi daxil oldu.

Forum zamanı münaqişədən sonrakı bərpa və yenidənqurma məsələləri də geniş müzakirə edildi. Sənəddə Azərbaycanın bu sahədəki təcrübəsi mühüm beynəlxalq nümunələrdən biri kimi qeyd olundu. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri və “ağıllı şəhər” yanaşmaları diqqət mərkəzində oldu. Azərbaycanın həyata keçirdiyi bərpa proqramlarının müasir texnologiyalara və davamlı inkişaf prinsiplərinə əsaslanması iştirakçılar tərəfindən müsbət qiymətləndirildi. Qarabağ və Şərqi Zəngəzurda sıfırdan qurulan yaşıl texnologiyalı şəhər və kəndlər, qlobal iqlim böhranı ilə mübarizədə dünyaya təqdim olunan ən real və uğurlu "yaşıl model" kimi qəbul edildi.

“Bakı Fəaliyyətə Çağırış” sənədində yenidənqurma və bərpa səylərinin koordinasiyalı şəkildə həyata keçirilməsinin vacibliyi də qeyd edildi. Bildirildi ki, münaqişədən zərər görmüş ərazilərdə dayanıqlı inkişafın təmin olunması üçün dövlətlər, beynəlxalq təşkilatlar və humanitar qurumlar arasında sıx əməkdaşlıq lazımdır. Eyni zamanda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsinin əsas prioritetlərdən biri olduğu vurğulandı. Bütün bunlar insanların sosial rifahının bərpasına və uzunmüddətli sabitliyə xidmət etməsinin göstəricisidir.

Forum çərçivəsində təqdim edilən yeniliklər sırasında Bakı Şəhər Mükafatı da xüsusi qeyd edildi. Bu təşəbbüs şəhərlərin inkişafı, innovativ idarəetmə və davamlı urbanizasiya sahəsində uğurlu təcrübələrin təbliğ edilməsinə xidmət edir. Bakı Şəhər Mükafatı gələcəkdə müxtəlif şəhərlərin müsbət təcrübələrinin paylaşılması üçün mühüm platformaya çevrilə bilər. Bu mükafat, eyni zamanda, şəhərlərin daha yaşıl, təhlükəsiz və inklüziv inkişafına stimul verir. Təsis edilən bu mükafat Azərbaycanın qlobal intellektual mülkiyyətə və şəhərsalma elminə verdiyi institusional töhfədir və Bakının adını beynəlxalq motivasiya simvoluna çevirir.

Sənəddə müharibə və münaqişələrin şəhərlərə vurduğu ağır zərərlərə də diqqət çəkildi. Vurğulandı ki, münaqişələr və urbisid nəticəsində məktəblər, xəstəxanalar, yaşayış binaları və digər mülki infrastrukturlar dağıdılır. Bununla yanaşı, ətraf mühitə və biomüxtəlifliyə ciddi ziyan dəyir. Bu proseslər milyonlarla insanın evsiz qalmasına, qaçqın və ya məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olur. Forum iştirakçıları belə halların qarşısının alınmasının beynəlxalq ictimaiyyətin əsas vəzifələrindən biri olduğunu bildirdilər. Azərbaycanın təşəbbüsü ilə "urbisid" (şəhərlərin qəsdən məhv edilməsi) termininin və onun fəsadlarının sənəddə bu dərəcədə kəsərli yer alması, gələcəkdə beynəlxalq hüquqi məsuliyyət məsələlərinin formalaşdırılması üçün güclü bir baza yaradır.

WUF13 və yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Forum Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı və ölkənin qlobal şəhərsalma gündəliyində fəal rol oynadığını nümayiş etdirdi. Müzakirə edilən məsələlər gələcəkdə daha dayanıqlı, təhlükəsiz və insan yönümlü şəhərlərin qurulmasına töhfə verəcək mühüm istiqamətlər müəyyənləşdirdi. Beləliklə, COP29-dan sonra WUF13-ə də uğurla evsahibliyi edən Bakı, planetin ekoloji və urbanistik xilası naminə qəbul edilən tarixi qərarların vahid və rəsmi coğrafiyası kimi dünya tarixinə damğasını vurdu.

 

 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

                           

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib  

19:21
23 May

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb  

17:27
23 May

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

16:59
23 May

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb  

16:27
23 May

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq  

15:54
23 May

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

15:23
23 May

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib

14:51
23 May

Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

14:37
23 May

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək  

14:01
23 May

Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib  

13:47
23 May

Dövlət Gömrük Komitəsi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi arasında açıq dialoq platforması keçirilib

13:41
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!