31 Yanvar 2026 12:08
4195
PARLAMENT
A- A+
Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub


Yanvarın 31-də Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Azərbaycan–ABŞ münasibətlərinin tarixi, mövcud əməkdaşlıq istiqamətləri və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Vurğulanıb ki, bu gün əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əzmi tərəflərin birgə bəyanatlarında və atılan praktiki addımlarda öz aydın ifadəsini tapır.

Vaşinqton sammitini dəyərləndirən komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri, bu əsnada aparılan danışıqlar, əldə olunan razılaşmalar və imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək bildirib ki, sözügedən razılaşmalar Azərbaycan ilə ABŞ arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyıb. Vurğulanıb ki, bu sənədlər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycan–Ermənistan sülh gündəliyi kontekstində də xüsusi rol oynayır və regionda sabitliyin, eləcə də əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.

Söhbətdə “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”nun əhəmiyyəti qeyd olunaraq bildirilib ki, Birləşmiş Ştatların dəstəyi ilə bu təşəbbüsün reallaşması Avrasiyanın nəqliyyat xəritəsini dəyişməklə yanaşı, daha geniş regionda əməkdaşlığın dərinləşməsinə də mühüm töhfə verəcək.

Görüş zamanı, həmçinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin Azərbaycana münasibətdə ləğv edilməsinin əhəmiyyəti vurğulanaraq, bunun ikitərəfli münasibətlərin inkişafına, qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcəyi qeyd olunub.

Sonra Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev qonaqlara parlamentin səlahiyyətləri və onun fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar barədə məlumat verib. Bildirilib ki, parlamentin fəaliyyəti qanunvericilik təşəbbüslərinin müzakirəsi və qəbulu, parlament nəzarətinin həyata keçirilməsi və beynəlxalq parlamentlərarası əməkdaşlığın inkişafı istiqamətində ardıcıl və sistemli şəkildə qurulub.

Fərid Hacıyev çıxışında, həmçinin parlamentin strukturu, ölkədəki seçki sistemi, parlamentdə təmsil olunan partiyalar, mövcud komitə və komissiyaların fəaliyyətinə də toxunub. Qonaqlara deputatların fəaliyyətini tənzimləyən qanunlar, habelə qanun yaradıcılığı prosesi və bununla bağlı prosedur qaydaları barədə də məlumat verilib.

Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri çıxış edərək son dövrlər ABŞ–Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, qarşılıqlı əməkdaşlığın dərinləşdiyini və parlamentlərarası dialoqun yeni səviyyəyə çatdığını məmnunluqla vurğulayıblar. Onlar bu müsbət dinamikanın davam etdirilməsinin hər iki tərəfin maraqlarına uyğun olduğunu bildiriblər.

Görüşdə iştirak edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, deputatlar Vüqar Bayramov, Erkin Qədirli, Sevinc Fətəliyeva və Gülşən Paşayeva qonaqları maraqlandıran sualları cavablandırıblar, Azərbaycan–ABŞ münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşərək, parlamentlərarası dialoqun genişləndirilməsinin qarşılıqlı etimadın möhkəmləndirilməsinə və ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini vurğulayıblar.

Tədbirdə Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov, parlamentin struktur bölmələrinin rəhbərləri, ABŞ-ın ölkəmizdəki diplomatik korpusunun əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ASAN xidmət” BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qabaqcıl təcrübə kimi qiymətləndirilib  

15:34
18 Mart

İraq Ceyhan limanı ilə neft ixracına başlayıb

15:33
18 Mart

Sənaye zonalarına 7 milyard manat sərmayə yatırılıb

15:31
18 Mart

KOBİA-da vətəndaşların müraciətləri dinlənilib

15:31
18 Mart

Komitə sədri: Ailə, qadın və uşaq məsələləri bütün cəmiyyətlər üçün prioritetdir  

15:30
18 Mart

Bəhreyn indiyədək İrana məxsus 130 raketi və 234 PUA-nı zərərsizləşdirib  

15:29
18 Mart

Azərbaycandan polietilen ixracı 31 faizədək artıb

15:28
18 Mart

Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşüb  

15:27
18 Mart

Dövlət Vergi Xidməti vergiödəyicilərinə müraciət edib

15:26
18 Mart

WUF13 Kiyevdə təqdim olunub

15:25
18 Mart

Almaniyada hərbi xidmətə müraciətlərin sayı xeyli artıb

15:01
18 Mart

Görkəmli şair Əli Kərimin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb  

14:40
18 Mart

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Abşeron rayonunda vətəndaşların müraciətlərini dinləyib  

14:34
18 Mart

Azərbaycanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib 

14:32
18 Mart

Pedaqoji səriştənin və psixoloji-metodik yanaşma bacarıqlarının yetərli olmaması ciddi problemdir

13:57
18 Mart

Şavkat Mirziyoyev: Azərbaycan və digər ölkələrin mütəxəssisləri İslam Sivilizasiyası Mərkəzinin yaradılmasında fəal iştirak ediblər  

13:57
18 Mart

Polad Bülbüloğlu: İstedadlı uşaqları tapmaq, kəşf etmək və onlara imkan yaratmaq lazımdır 

13:55
18 Mart

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflər irəli sürüblər  

13:33
18 Mart

Sabah bəzi yerlərdə az çiskin və yağıntı olacaq, arabir duman müşahidə ediləcək

13:31
18 Mart

Azərbaycanın 23 vətəndaşı Almaniyadan geri qəbul olunub

13:31
18 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir

13:01
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!