30 Dekabr 2025 08:25
357
İQTİSADİYYAT
A- A+
2025-ci il sosial müdafiə sahəsində növbəti uğurlarla yadda qaldı

2025-ci il sosial müdafiə sahəsində növbəti uğurlarla yadda qaldı


Prezident İlham ƏLİYEV: "Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır" 


Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində 2025-ci ildə də mühüm addımlar atılıb, irəliləyişlər əldə olunub. Dövlət başçısının tapşırıqlarına əsasən, bu ilin əvvəlindən növbəti, 2018-ci ildən isə 5-ci sosial islahat paketi həyata keçirilərək əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə artım dinamikası davam etdirilib.

3 milyon vətəndaşı əhatə edən, illik əlavə olaraq 4 milyard manat vəsaitin ayrıldığı bu islahat paketi nəticəsində minimum əməkhaqqı 345 manatdan 400 manata çatıb. Bir çox qurumlarda çalışanların və hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların, habelə dövlət qulluqçusu olmayan işçilərin maaşlarında artımlar edilib.

Son illər icra olunan bütün sosial islahat paketlərində olduğu kimi, 2025-ci ilin sosial islahat paketində də pensiya artımları mühüm yer tutub. Minimum pensiya 280 manatdan 320 manata qaldırılıb. Həmçinin bu ilin əvvəlindən bütün pensiyaların ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilərək 8,1 faiz artırılması təmin olunub. 1,1 milyon pensiyaçının sosial müdafiəsinin gücləndirilməsində növbəti addım olan bu artım üçün illik əlavə olaraq 534 milyon manat ayrılıb. İlin əvvəlindən sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da 2,2 faiz indeksləşdirilərək artırılıb. 

Ölkəmizdə şəhid ailələrinə, əlilliyi olan şəxslərə, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirən zaman və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə daim xüsusi diqqət göstərilir. Bu baxımdan, 2025-ci il də istisna olmayıb. Cari ilin sosial islahat paketi çərçivəsində bu kateqoriyalardan olan vətəndaşlara yönələn sosial müavinət, təqaüdlərdə də artımlar edilib. Eyni zamanda Azərbaycanın Milli qəhrəmanlarına, beşdən çox uşağı olan qadınların və müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına və digər bir sıra kateqoriyadan olanlara ödənilən müavinət və təqaüdlər artırılıb.

Ümumilikdə 2018-2025-ci illərdə icra olunan, 4 milyondan çox vətəndaşı əhatə edən, illik əlavə olaraq 7,6 milyard manat vəsaitin ayrıldığı 5 sosial islahat paketi nəticəsində minimum pensiya 3 dəfəyə yaxın artırılaraq 110 manatdan 320, minimum əməkhaqqı 3,1 dəfə artırılaraq 130 manatdan 400 manata qaldırılıb. Bu dövrdə orta aylıq pensiya 208 manatdan 540 manata (o cümlədən yaşa görə orta aylıq pensiya 234 manatdan 576 manata), orta aylıq əməkhaqqı 545 manatdan 2025-ci il noyabrın 1-nə olan tarixə 1086,3 manata çatıb. 

Əməkhaqlarının, məşğulluq imkanlarının davamlı artımı nəticəsində əməkhaqqı fondunda da 3,2 dəfə artım qeydə alınıb. Müavinət, təqaüd ödənişləri üçün illik vəsait isə 5 dəfə artıb. Pensiya təminatı istiqaməti üzrə ayrılan illik vəsaitlərin həcmi də 2018-ci ilə nisbətən 2 dəfə artaraq 7,2 milyard manatı ötüb.

Gələn il Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə ödəniləcək vəsaitin 8 milyard manata yaxın hissəsini pensiyalara ayrılan vəsait təşkil edəcək və pensiyalarda artım dinamikası davam edəcək. Proqnoz göstəricilərə görə, gələn il pensiyaların indeksasiyasının təqribən 9,2 faiz səviyyəsində olması, orta aylıq pensiyanın 9,2 faiz artımla 590, yaşa görə orta aylıq pensiyanın 629 manata çatması gözlənilir.

Aztəminatlı ailələrin sosial müdafiəsində mühüm rola malik olan ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığın artırılması üçün 2018-2025-ci illərdə mühüm addımlar atılmaqla bu yardımın hər ailəyə düşən orta aylıq məbləği də 2,4 dəfə artaraq 175 manatdan 425 manata çatıb.

Eyni zamanda bu günlər dövlətimizin başçısının imzaladığı "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" sərəncamla həmin ailələrə - 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan 76 min ailənin (335200 nəfər ailə üzvü) hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 200 manat məbləğində birdəfəlik maddi yardım verilir. Bu sərəncam bayram ərəfəsində aztəminatlı ailələrin maddi təminatına önəmli dəstəkdir.

2025-ci ilin mühüm nailiyyətlərindən biri də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, 160 sosial xidmət "bir pəncərə"dən, müasir və çevik, tam şəffaf şəkildə təqdim edilməsinə imkan verən və bu gün beynəlxalq səviyyədə ən qabaqcıl təcrübələrdən biri kimi yüksək qiymətləndirilən DOST konsepsiyası üzrə xidmətlərin infrastrukturunun işğaldan azad edilmiş ərazilər üzrə daha da genişləndirilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2022-ci ildə Zəngilanın Ağalı kəndində "Smart DOST" məntəqəsi, 2023-cü ildə Bərdədə Qarabağ Regional DOST Mərkəzi, 2024-cü ildə Şuşa DOST filialı açılıb. Bu il həmçinin Kəlbəcər və Füzulidə DOST məntəqələri əhalinin istifadəsinə verilib.

Ölkəmizdə əhalinin məşğulluğunun təminatı da əsas diqqət verilən sahələrdəndir. Təkcə 2025-ci ilin 11 ayında 530 mindən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib, o cümlədən 16,5 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesləri yaradılıb. Ümumilikdə ötən dövrdə 111 min şəxs özünüməşğulluq proqramına cəlb edilib, proqramın dəstəyi ilə onlar üçün kiçik ailə təsərrüfatlarının qurulması təmin olunub. ƏƏSMN tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan "Məşğulluğa dəstək layihəsi" özünüməşğulluq proqramının genişlənməsinə, həssas əhali qruplarının kiçik biznesə çıxışına mühüm dəstəkdir. Bu layihəyə cəlb olunaların sayı I faza üzrə (2020-2025-ci illər) 26,7 min nəfər təşkil edib. Layihənin 2026 - 2029-cu illər üzrə II fazası üzrə daha 30 min şəxs üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər yaradılacaq.

Bu gün dövlət məşğulluq siyasətinin başlıca istiqamətlərindən Böyük qayıdış proqramına uyğun olaraq doğma yurdlarına köçürülən vətəndaşların məşğulluğunun təmin edilməsidir. Bu istiqamətdə işğaldan azad edilmiş ərazilərimizdə işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində aktiv məşğulluq proqramları daim genişləndirilir. 

Onu da qeyd edək ki, müvafiq sığorta ödənişləri ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsində də önəmli rola malik olan İşsizlikdən Sığorta Fondunun xərcləri gələn il cari illə müqayisədə 5,7 milyon manat çox olmaqla 266,4 milyon manata çatacaq. Fondun vəsaiti hesabına növbəti il ümumilikdə 450 minədək şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunacaq. İşsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradan özünüməşğulluq proqramının icrasının davam etdirilməsində də İşsizlikdən Sığorta Fondunun dəstəyi davam edəcək. Belə ki, gələn il 15 min ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatların qurulması nəzərdə tutulur. Onlardan 8 mini üçün fondun vəsaiti hesabına, qalan 7 mini üçün Dünya Bankı layihəsi çərçivəsində təsərrüfatlar yaradılacaq.

Tarixi Zəfərlə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketinin icrası sahəsində də bu il növbəti addımlar atılıb. Ümumilikdə postmüharibə dövründə bu sosial islahat paketi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 noyabr 2025-ci il tarixə bu kateqoriyadan olan 132 min nəfərə 406 min xidmət göstərilib.

Həmçinin 106 min nəfərə sosial ödəniş (pensiya, müavinət, təqaüd) təyin edilib, onlara yönələn müavinət və təqaüdlər orta hesabla 2 dəfədən çox artırılıb. Eləcə də postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara 6,9 min mənzil və 567 avtomobil verilib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ümumilikdə ötən dövrdə 16 minə yaxın mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7,7 min avtomobil verilib. 

Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları olan 28,7 min nəfərin məşğulluğuna dəstək göstərilib (o cümlədən 13,4 min nəfərözünüməşğulluq proqramına cəlb edilib), 11 min nəfərə 93 min sosial-psixoloji dəstək, reabilitasiya xidməti göstərilib, 500-dək hərbçiyə isə 620 yüksəktexnologiyalı protez verilib.

Sosial sahələr üzrə xidmətlərin rəqəmsallaşdırılması, "e-sosial" portalının, "Əmək və Məşğulluq" altsisteminin funksional imkanları artırılması işləri də 2025-ci ildə davam edib, yeni inklüziv layihələr işə salınıb. Bu layihələr beynəlxalq səviyyədə yüksək qiymət alır. Məsələn, ƏƏSMN-in 2025-ci ilin iyul ayında başladığı, eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edən, "virtual körpü" funksiyası yerinə yetirən "Səsiniz olaq" onlayn surdotərcümə xidməti Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən yaxşı təcrübə elan edilib. Aparılan sosial islahatlar dövlət xidmətlərinin "ASAN xidmət indeksi" üzrə qiymətləndirilməsində də yüksək qiymət alıb. Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qiymətləndirmədə artıq 3 ildir 1-ci yeri tutur. Bu il nazirlik daha 70-dən çox beynəlxalq mükafat və sertifikata layiq görülüb.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi yardım ödənilib

12:23
30 Dekabr

“AzerGold” QSC Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib

12:22
30 Dekabr

Azərbaycan ilə Somalinin diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilir

12:07
30 Dekabr

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə

12:04
30 Dekabr

Vəkillər Kollegiyası 50-dən çox normativ hüquqi akt layihəsinə rəy və təkliflər təqdim edib

11:59
30 Dekabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

11:37
30 Dekabr

Gürcüstandan il ərzində 1300-dən çox xarici ölkə vətəndaşı deportasiya olunub

11:32
30 Dekabr

Çin kosmosa yeni peyk buraxıb

11:16
30 Dekabr

Ötən gün 35 cinayətin açılması təmin olunub

11:14
30 Dekabr

Milli Məclisin payız sessiyasının son plenar iclası keçirilir

11:12
30 Dekabr

Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il şənliyi keçirilib

11:10
30 Dekabr

Deputat: 2026-cı ildə də qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalacaq

11:08
30 Dekabr

Azərbaycanla Qırğızıstan arasında şəhərsalma və memarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

11:05
30 Dekabr

Səhiyyə Nazirliyi bayram və istirahət günləri ilə əlaqədar əhaliyə müraciət edib

10:33
30 Dekabr

Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb

09:33
30 Dekabr

BDYPİ bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət edib

09:17
30 Dekabr

İran hər hansı potensial təcavüzə sərt cavab verəcəyinə söz verib

08:55
30 Dekabr

Tədqiqat: Günəş işığı kişilərdə depressiya riskini azaldır

08:46
30 Dekabr

Qarabağ və Şərqi Zəngəzurda görülən işlər daha bir əzəmətli zəfərimizdir

08:45
30 Dekabr

Ukrayna 2026-cı ildə ABŞ yardımı alacaq ölkələrin siyahısına daxil edilib

08:43
30 Dekabr

Tramp: ABŞ Türkiyəyə F-35 təyyarələrinin tədarükünü ciddi şəkildə nəzərdən keçirir

08:41
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!