19 May 2026 08:40
1378
SİYASƏT
A- A+
Azərbaycan-Bolqarıstan: "Həmrəylik Halqası" ilə genişlənən tərəfdaşlıq

Azərbaycan-Bolqarıstan: "Həmrəylik Halqası" ilə genişlənən tərəfdaşlıq


Bolqarıstan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında həmin respublikanın Prezidenti İliyana Yotova və 10-dan artıq müxtəlif bələdiyyələrinin rəhbərləri, həmçinin Şuşa şəhəri ilə qardaşlaşmış Veliko Tırnovo şəhərinin meri səviyyəsində təmsil olunur. Mayın 17-də Prezident İlham Əliyev ali qonaq - Bolqarıstanın Prezidenti ilə görüşüb.

Bolqarıstanın dövlət başçısı İliyana Yotova hazırda dünyada müharibələrin və münaqişələrin olduğu bir şəraitdə aktual mövzuya həsr olunmuş bu mühüm tədbirin  Azərbaycanda keçirilməsini böyük hadisə kimi qiymətləndirib. Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bu xüsusda "Həmrəylik Halqası" (STRING) layihəsinin önəmi qeyd edilib. Ölkələrimiz arasında səmərəli əməkdaşlığın qarşılıqlı hörmət və etimad əsasında möhkəmləndiyi vurğulanıb, enerji, həmçinin elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əlaqələrin perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan və Bolqarıstan arasında iqtisadi əlaqələr əsasən enerji, ticarət, nəqliyyat, kənd təsərrüfatı və turizm sahələrini əhatə edir. Nəqliyyat və tranzit sahəsində ölkələrimiz Qara dəniz hövzəsi imkanlarından istifadə etməklə əlaqələrini yükdaşımaların həcmini artırmağa və yeni nəqliyyat dəhlizləri yaratmağa çalışır. Kənd təsərrüfatı məhsullarının mübadiləsi, əczaçılıq sənayesində birgə müəssisələrin qurulması və innovativ texnologiyaların tətbiqi istiqamətində addımlar atılır. İki ölkənin Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyası iş adamları üçün əlverişli şərait yaradaraq qeyri-neft sektoru üzrə ticarət dövriyyəsini artırmağı hədəfləyir.

İki ölkə arasında strateji tərəfdaşlıq xüsusilə Avropanın enerji təhlükəsizliyinə verilən töhfələr sayəsində dinamik şəkildə inkişaf edir. Başqa sözlə, energetika sektoru  iqtisadi əlaqələrin özəyini təşkil edir. Azərbaycan təbii qazının (xüsusilə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru -  IGB vasitəsilə) Bolqarıstana nəqli bu ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır.

Xatırladaq ki, IGB 2022-ci il oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində açılıb və   Prezident  İlham Əliyev mərasimdə iştirak edib.

Enerji əməkdaşlığında "Həmrəylik Halqası" layihəsi xüsusi önəm kəsb edir. Bu, Azərbaycan təbii qazının mövcud boru kəmərləri vasitəsilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyaya nəqlini genişləndirməyi hədəfləyən strateji enerji təşəbbüsüdür. İlkin mərhələdə ildə 5 milyard kubmetr qazın tədarükü planlaşdırılır ki, bu da Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsinə mühüm töhfə verir.

 Layihənin əsas xüsusiyyətləri nədən ibarətdir? Burada marşrut Azərbaycan qazının Türkiyə, Bolqarıstan və Rumıniya üzərindən Mərkəzi və Cənub-Şərqi Avropaya ötürülməsini  nəzərdə tutur. Beləliklə, layihə iştirakçı tərəflərin -  Azərbaycan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Türkiyə arasında əməkdaşlığa əsaslanır.

Məqsəd  isə  mövcud interkonnektorların (boru birləşmələrinin) potensialından istifadə edərək "Cənub qaz dəhlizi"nin ötürücülük qabiliyyətini artırmaq və Avropanın təbii qaza olan tələbatını qarşılamaqdır. 

Azərbaycan-Bolqarıstan arasında "yaşıl enerji" əməkdaşlıq və tərəfdaşlığının da perspektivləri böyükdür. Bir il əvvəl Bolqarıstan hökuməti Bolqarıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin enerji nazirlikləri arasında "yaşıl enerji"nin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun layihəsini təsdiqləyib. Memorandumun tərəfləri birgə "yaşıl enerji" layihələrini təşviq etmək, lazımi infrastruktur qurmaq, bilik və texnologiya mübadiləsini sürətləndirmək və qarşılıqlı faydalı təşəbbüsləri təşviq etmək barədə razılığa gəliblər.

Dörd ölkənin enerji nazirlikləri sistemlər arasında əlaqəni təkmilləşdirmək imkanlarının araşdırılması, elektrik enerjisinin ötürülməsi və ticarət imkanlarının genişləndirilməsi üçün birgə investisiya layihələrinin həyata keçirilməsində dövlət və özəl sektor qurumları arasında daha sıx əlaqələri asanlaşdıracaq. Memorandumda enerji infrastrukturunun təkmilləşdirilməsi və bərpaolunan enerjidən istifadənin artırılması nəzərdə tutulur. Sənəd üç il müddətinə bağlanılıb və tərəflərdən hər hansı biri onu ləğv etməyi qərara almazsa, yenidən növbəti üç il üçün qüvvədə olacaq.

Göründüyü kimi, Bolqarıstan Azərbaycanın "yaşıl enerji" layihələrində əsasən transmilli enerji dəhlizləri, birgə müəssisələr və elektrik enerjisinin idxalı və tranziti vasitəsilə iştirak edir. Bu əməkdaşlıq  bir neçə istiqamətləri əhatə edir.  Avropaya "yaşıl elektrik enerji"sinin ötürülməsini nəzərdə tutan dəhliz layihəsinin əsas tərəflərindən biri də məhz Bolqarıstandır. Bolqarıstan hökuməti Azərbaycandan Avropaya "yaşıl enerji"nin təchizatı üzrə birgə müəssisənin yaradılması təşəbbüslərinə və sazişlərə qoşulub. 

Bu ölkə özünün inkişaf etmiş elektrik ötürmə sistemindən istifadə etməklə, "yaşıl enerji"nin Qara dənizdən keçərək digər Avropa ölkələrinə ötürülməsində həm alıcı, həm də mühüm tranzit rolunu oynayır. 

İki ölkə arasında təkcə enerji ticarəti deyil, həm də universitetlər və özəl sektor səviyyəsində bərpaolunan enerji, nüvə texnologiyaları, "yaşıl enerji" təchizatı zənciri və enerji təhlükəsizliyi sahələrində elmi-texniki əməkdaşlıq həyata keçirilir. 

Ölkələrin enerji nazirlikləri arasında bu məsələlərin müzakirəsi və layihələrin icrası Azərbaycanın Energetika Nazirliyi və Bolqarıstanın Energetika Nazirliyi vasitəsilə strateji tərəfdaşlıq çərçivəsində davam etdirilir. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:50
14 İyun

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

10:03
14 İyun

Dünya birjalarında neft ucuzlaşıb

09:58
14 İyun

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

09:37
14 İyun

Dünya çempionatı: Braziliya millisi xal itirib

09:11
14 İyun

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

07:35
14 İyun

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

01:33
14 İyun

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

19:51
13 İyun

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

19:15
13 İyun

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub 

18:36
13 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

17:56
13 İyun

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”  

17:39
13 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

17:26
13 İyun

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

17:03
13 İyun

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

16:58
13 İyun

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

16:47
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!