18 Dekabr 2025 12:01
358
SİYASƏT
A- A+
Obyektiv və humanist yanaşmanın göstəricisi

Obyektiv və humanist yanaşmanın göstəricisi

Azərbaycanda insan hüquqlarının müdafiəsi dövlət quruculuğu prosesinin prioritet istiqamətlərindən birini təşkil edir. Müstəqillik qazandıqdan, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insan hüquq və azadlıqlarının təminatında ciddi dönüş yaranıb, mütərəqqi məhkəmə-hüquq islahatları aparılıb. Ulu Öndərin təməlini qoyduğu humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyev hər zaman mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutaraq əlamətdar tarixi günlərdə əfv sərəncamları imzalayır. Prezident İlham Əliyev tərəfindən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları bu günə qədər minlərlə ailəyə sevinc bəxş edib.

Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq Prezident İlham Əliyev  amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümidi özündə əks etdirir.

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqlədi. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, bəlli kateqoriya üzrə məhkumlar müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. 

Əfv hüququ insan hüquqları sisteminin mühüm hissəsidir. Təbii ki, amnistiya aktı dövlətə xəyanət, milli təhlükəsizliyə qarşı fəaliyyətdə ittiham olunan şəxslərə şamil edilə bilməz. Ümumiyyətlə, heç bir siyasi status, heç bir müxalif fəaliyyət qanun qarşısında toxunulmazlıq yaratmır. Bu səbəbdən amnistiya aktı ətrafında manipulyasiya cəhdləri də əsassızdır.

Əfv prosesi insan həyatına dəyər verən, ikinci şans prinsipinə əsaslanan bir yanaşmadır. Azərbaycan dövləti hər zaman humanist dəyərləri əsas götürür.  Hər bir məhkum və ya onun ailəsi üçün əfv ümidi, bəzən həyatın tamamilə dəyişməsinə səbəb olur. Bu ümidin arxasında isə hüquqi əsaslandırma, obyektiv qərar və dövlətin ali humanist iradəsinin icrası dayanır. Cəza çəkən şəxslərin cəmiyyətə yenidən qaytarılması olduqca vacibdir. 

Konstitusiya və Suverenlik ilinin xalqımız üçün əhəmiyyətini nəzərə alaraq irəli sürülən amnistiya aktı həm də zəfər yaddaşımızın, təkcə azadlıqdan məhrum olunan şəxslərin doğmalarının deyil, bütün xalqımızın bu günə münasibətinin formalaşdırılması baxımından təqdirəlayiq addımdır.

Şəhid ailələri, qazilər və onların ailə üzvləri hər zaman dövlətin, cənab Prezidentin diqqətindədir. Azərbaycan xalqı Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatları zamanı yüksək əzm, möhkəm iradə, vahid amal ətrafında birləşmək, bütün gücünü və imkanlarını səfərbər etmək, əsgərinə, şəhid və qazilərinə sonsuz ehtiram kimi ali xüsusiyyətlərini nümayiş etdirmişdir. Təsadüfi deyil ki, yeni Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. 

Amnistiya qərarları bilavasitə qanunvericilik sisteminə tədbiq olunduğundan, nəticə olaraq belə bir addım həm hüquq sisteminin humanistləşməsində, həm də ərazi bütövlüyü və suverenliyini bərpa etmiş xalqımızı humanizmə, sülhə, əminamanlığa, qarşılıqlı etimada səsləyir. “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar cənab Prezdent tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktı Azərbaycan xalqının qələbə ilə bütünləşdiyi dövrdə müstəsna əhəmiyyət kəsb edir. Amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə bu akt ən böyük amnistiya olacaq. 

Ölkəmizdə humanizm ənənələrinin inkişaf etdirilməsinə dövlətimiz hər zaman həssaslıqla yanaşıb. Ədalətin və hüququn aliliyi idealları hər bir cəmiyyət üçün önəmlidir. Bütün bu addımlar bir daha Azərbaycanda insan hüquqlarının müdafiəsinin dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil etdiyini təsdiqləyir.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın investisiya coğrafiyası genişlənir

08:40
30 Yanvar

Azərbaycanın enerji strategiyasının ideya, təcrübə və sənəd vəhdəti 

08:35
30 Yanvar

Qarabağ Universitetində 2025/2026-cı tədris ilinin payız semestri: strateji fəaliyyətlər və nəticələr

08:30
30 Yanvar

Sülhə və barışa xidmət etməyən addım

08:25
30 Yanvar

Heç bir təhdid Azərbaycanı yolundan döndərə bilməz

08:20
30 Yanvar

Azərbaycan qlobal təşəbbüslərdə daha fəaldır

08:15
30 Yanvar

Beynəlxalq sülh platformasında Azərbaycanın rolu artır

08:10
30 Yanvar

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

08:05
30 Yanvar

O gedən qatarın dalınca baxma

08:00
30 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 iyul tarixli 264 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”da dəyişiklik edilməsi haqqında

01:25
30 Yanvar

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 75-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 272 nömrəli və “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 avqust tarixli 463 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:24
30 Yanvar

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT MƏSLƏHƏTÇİNİN İXTİSASINA ƏSASLANAN SEÇİM (MİƏS)

01:23
30 Yanvar

REQUEST FOR EXPRESSIONS OF INTEREST CONSULTANT’S QUALIFICATIONS BASED SELECTION (CQS)

01:22
30 Yanvar

Stiv Uitkof Ukrayna ilə Rusiya arasında sülh sazişinin tezliklə bağlanacağını bildirib  

22:36
29 Yanvar

ABŞ Senatında qismən şatdaunun qarşısını almaq üçün test səsverməsi uğursuz olub  

22:35
29 Yanvar

ABŞ Prezidenti Vladimir Putindən Kiyevə bir həftə hücum etməməyi xahiş edib  

22:25
29 Yanvar

Almaniyadan Azərbaycana 18 zubr yola salınıb  

21:58
29 Yanvar

Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər  

21:43
29 Yanvar

Rusiya XİN: Moskva yalnız real təklifləri nəzərdən keçirməyə hazırdır  

21:36
29 Yanvar

WUF13 tədbirinə hazırlıq çərçivəsində dövlət qurumlarının nümayəndələri üçün dayanıqlılıq üzrə məlumatlandırma sessiyası keçirilib  

20:35
29 Yanvar

Aİ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salıb

19:48
29 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!