№ 27
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 75-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 272 nömrəli və “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 avqust tarixli 463 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 789 (Cild I); 2024, № 7, maddə 904) ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci bəndin birinci cümləsinə “və fiziki şəxsləri,” sözlərindən sonra “bələdiyyələr,” sözü əlavə edilsin;
1.2. 1.3-cü bəndə “digər qeyri-kommersiya qurumlarına” sözlərindən sonra “, bələdiyyələrə (bələdiyyə orqanlarına)” sözləri əlavə edilsin;
1.3. 1.4-cü bəndin birinci cümləsinə “fiziki şəxsi,” sözlərindən sonra “bələdiyyələr,” sözü əlavə edilsin;
1.4. 1.6-cı bəndin ikinci cümləsinə “fiziki şəxslərinə” sözlərindən sonra “, habelə bələdiyyələrə” sözləri əlavə edilsin;
1.5. 4.1-ci bəndin birinci cümləsinə “fiziki şəxsə” sözlərindən sonra “, habelə bələdiyyəyə” sözləri əlavə edilsin;
1.6. həmin Qaydaya 2 nömrəli əlavənin – “Qrant müqaviləsinin (qərarının) qeydə alınmasına dair ərizənin forması (hüquqi şəxs üçün)”nın və 4 nömrəli əlavənin – “Qrant müqaviləsində (qərarında) edilmiş dəyişikliyin qeydə alınmasına dair ərizənin forması (hüquqi şəxs üçün)”nın adında “(hüquqi şəxs üçün)” sözləri “(hüquqi şəxs, habelə bələdiyyə (bələdiyyə orqanı) üçün)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 oktyabr tarixli 416 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1881 (Cild I); 2024, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın 1.3-cü bəndinə “şəxslərinə” sözündən sonra “, habelə bələdiyyələrə” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 353 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1087 (Cild I); 2024, № 3, maddə 302, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın 1.3-cü bəndinə “şəxslərinə” sözündən sonra “, habelə bələdiyyələrə” sözləri əlavə edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 27 yanvar 2026-cı il