18 Fevral 2026 08:45
181
SİYASƏT
A- A+
Azərbaycan-Serbiya strateji tərəfdaşlığı daha da genişlənir

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı daha da genişlənir


Son günlər respublikamız üçün mühüm siyasi hadisələrlə əlamətdardır. Belə ki, Prezident İlham Əliyevin həm Münxen Təhlükəsizlik Konfransında iştirakı, həm də Serbiyaya rəsmi səfəri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun növbəti təcəssümü oldu. 

Serbiya Azərbaycanın yaxın siyasi və iqisadi tərəfdaşlarından biridir. İki ölkə arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də təsis olunub və həmin tarixdən etibarən ölkələrimiz arasındakı əlaqələr ardıcıl inkişaf edib. Bakı ilə Belqrad arasında siyasi dialoq daim yüksək səviyyədə olub, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər formalaşıb.

2011-ci il iyunun 8-9-da Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri əlaqələrin tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Serbiyanın dövlət başçıları da müxtəlif dövrlərdə Azərbaycana səfər edərək əməkdaşlığın inkişafına əhəmiyyətli töhfələr veriblər. Prezident İlham Əliyev də bir neçə dəfə Serbiyaya səfər edib. Bu səfərlər iki ölkə arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb. 

Bütün bu qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlərdə ikitərəfli münasibətlərin genişləndirilməsi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri geniş müzakirə olunub. Müxtəlif istiqamətlər üzrə imzalanan sənədlər və əldə edilən razılaşmalar əlaqələrin sistemli və məqsədyönlü şəkildə inkişaf etdiyini bir daha təsdiqləyir.

Bu gün Azərbaycan ilə Serbiya arasında siyasi münasibətlər yüksək səviyyədə olmaqla yanaşı, davamlı dialoq və qarşılıqlı dəstək prinsipləri üzərində qurulub və strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Məhz bu mənada dövlətimizin başçısının Serbiyaya rəsmi səfəri də mühüm əhəmiyyət kəsb edib. Bu səfər iki dost ölkə arasında formalaşmış etimadın, strateji tərəfdaşlığın və siyasi iradənin növbəti təsdiqidi. Belqradda dövlətimizin başçısının yüksək səviyyədə, xüsusi ehtiramla qarşılanması, Serbiya Prezidentinin qarşılanma mərasimində şəxsən iştirak etməsi iki ölkənin və onların rəhbərlərinin dostluğunun göstəricisidir. Bu səfər onu nümayiş etdirdi ki, Azərbaycan həm təhlükəsizlik, həm enerji, həm də siyasi dialoq müstəvisində etibarlı tərəfdaşdır.

Belqradda keçirilən görüşlərdə münasibətlərin dərinliyi və gələcək perspektivləri bəyan edildi. Aleksandar Vuçiçin Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirləri səmimiyyətin, dostluğun təcəssümüydü. O, Azərbaycan Prezidentinin təcrübəsini, uzaqgörənliyini və liderlik keyfiyyətlərini xüsusi vurğuladı. Bu, iki lider arasında şəxsi etimadın dövlətlərarası münasibətlərə necə müsbət təsir göstərdiyini bir daha nümayiş etdirdi.

Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsinin dəfələrlə artması, xidmət sektorunda əməkdaşlığın genişlənməsi və qarşılıqlı investisiyaların həcminin yüksəlməsi əlaqələrin inkişafının real nəticələrdir. Xüsusilə də 2012-ci illə müqayisədə xidmətlər sahəsində ticarət dövriyyəmizin 16 dəfə artması əməkdaşlığın dinamik inkişafını sübut edir. Bu göstərici davamlı siyasi dialoqun iqtisadi müstəvidə real nəticəyə çevrilməsinin bariz nümunəsidir.

Enerji sahəsində əməkdaşlıq da səfər zamanı müzakirə edilən əsas məsələlərdən biri oldu. Azərbaycan Serbiyanın enerji təhlükəsizliyində əsas tərəfdaşdır. Serbiyaya təbii qaz ixracının başlanması və həcmin artırılması ilə bağlı razılaşmalar iki ölkə arasında sıx münasibətlərdən xəbər verir. Serbiyada 500 meqavatlıq elektrik stansiyasının birgə inşası isə əməkdaşlığın yeni mərhələsidir. Bu layihə həm iqtisadi, həm də strateji məzmun daşıyır. 

Belqradda Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi tərəfdaşlıqda yeni bir mərhələdir. Müasir beynəlxalq münasibətlər sistemində çeviklik, qarşılıqlı məsləhətləşmə və koordinasiya əsas şərtlərdir. Strateji Tərəfdaşlıq Şurasının fəaliyyəti qarşılıqlı etimadın və uzunmüddətli strateji baxışın göstəricisidir. 

Səfər çərçivəsində paraflanan sənədlər də əməkdaşlığın çoxşaxəli xarakterini təsdiqləyir. Qida təhlükəsizliyi, elektrik stansiyasının tikintisi, iqtisadiyyat nazirlikləri arasında memorandum, media və kommunikasiya sahəsində əməkdaşlıq, mədəniyyət üzrə 2026-2030-cu illəri əhatə edən proqram, idman sahəsində anlaşma, tibbi sığorta sistemləri üzrə əməkdaşlıq, bütün bu istiqamətlər göstərir ki, münasibətlər həm də cəmiyyətlərin müxtəlif sahələrini əhatə edir. Bu isə əlaqələrin dayanıqlılığını daha da artırır. Bakı-Belqrad birbaşa aviareyslərinin açılması iki xalq arasında təmasları intensivləşdirəcək. Turizm, biznes, tələbə mübadiləsi və mədəni əlaqələr üçün yeni imkanlar yaranacaq. Serbiya Prezidentinin Bakının gözəlliyi, təhlükəsizliyi və inkişafı barədə səsləndirdiyi fikirlər Azərbaycanın müasir, sabit və cəlbedici ölkə imicinin beynəlxalq aləmdə yüksək qəbul olunduğunu bir daha təsdiqləyir: "Mən Serbiyanın bütün vətəndaşlarına şəxsən deyə bilərəm ki, Bakı gözəl şəhərdir. Onlar orada bir çox yeniliklər görə bilərlər. Şəhər Xəzər dənizinin sahilində yerləşir. O, təmiz, səliqəli şəhərdir. Mən nə zaman Bakıya səfər edirəm, yeni möcüzələr görürəm, Prezident Əliyevin Azərbaycan hökuməti ilə bir yerdə inşa etdiyi yeni və gözəl yerləri görürəm".

Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında müxtəlif sənədlər imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. 

Bu səfər siyasi baxımdan da mühüm mesajlar verdi. Vurğulanmalıdır ki, Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu prinsipial mövqe münasibətlərin əsas göstəricilərindən biridir. Dövlətçilik anlayışına verilən önəm hər iki ölkənin ortaq dəyəridir. Prezident İlham Əliyevin Serbiyanın milli bayramı olan Dövlətçilik Günü münasibətilə təbriki də bu mənada xüsusi əhəmiyyət daşıyır. Həmin bayram ərəfəsində Azərbaycan nümayəndə heyətinin qəbul edilməsini xüsusilə vurğulayan dövlətimizin başçısı bunu yüksək münasibətlərin təzahürü kimi qiymətləndirdi. 

Prezident İlham Əliyevin Münxen görüşləri və Serbiyaya rəsmi səfəri göstərir ki, dövlətimizin başçısının liderliyi ilə həyata keçirilən ardıcıl siyasət ölkəmizin nüfuzunu daha da artırır, milli maraqlarının qorunmasını təmin edir. Eyni zamanda, qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq və uzaqgörən diplomatiya Azərbaycanın beynəlxalq arenadakı uğurlarının əsasını təşkil edir. Bu səfərlər həm də Azərbaycanın artan siyasi çəkisinin və qlobal miqyasdakı nüfuzunun aydın nümayişidir. 


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb  

10:30
18 Fevral

Ramazan ayında qidalanmaya xüsusi diqqət yetirilməlidir

09:50
18 Fevral

Çempionlar Liqası: “Qarabağ” tarixi oyunda İngiltərə klubuna qarşı

09:48
18 Fevral

Bu gündən kolleclərə sənəd qəbuluna start verilir

09:46
18 Fevral

Ramazan ayının başlanması ərəfəsində Quterreş birliyə və həmrəyliyə çağırıb  

09:45
18 Fevral

ABŞ prezidentliyinə keçmiş namizəd Cessi Cekson vəfat edib

09:45
18 Fevral

Çempionlar Liqasının pley-off mərhələsi: “Real” qələbə qazanıb

09:43
18 Fevral

Vens: Prezidentin masasında İranla bağlı bütün variantlar var

09:42
18 Fevral

Turizmə yatırılan sərmayə öz bəhrəsini verir

09:40
18 Fevral

Teatra bağlı ömür

09:35
18 Fevral

“Həpimiz bir günəşin zərrəsiyiz”

09:30
18 Fevral

Masallıda rəqəmsal mühitdə uşaqları zərərli informasiyadan necə qorumalı sualına cavab axtarılıb

09:25
18 Fevral

Neftçalada su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi mövzusunda növbəti tədbir keçirilib

09:20
18 Fevral

Bərdə bələdiyyəsinin fəaliyyəti razılıq doğurur

09:15
18 Fevral

Şirvan: kiçik qəsəbədən böyük şəhərə

09:10
18 Fevral

Ağsaqqalların təcrübəsinə həmişə ehtiyac var 

09:05
18 Fevral

Ağstafalı fermerlər yaz-tarla işlərini sürətləndirirlər

09:00
18 Fevral

Startaplar - kiçik ideyadan böyük uğura imza atanlar

08:55
18 Fevral

"Azəri" 21 ildir Azərbaycanın "qara qızıl" xəzinəsidir

08:50
18 Fevral

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı daha da genişlənir

08:45
18 Fevral

Azərbaycanın xarici siyasəti sülhsevərliyin nümunəsidir

08:40
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!