04 Aprel 2026 08:05
250
CƏMİYYƏT
A- A+
"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"


Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və YAP Zəngilan Rayon Təşkilatının birgə təşkilatçılığı ilə rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur" mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Elmar Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Zəngilan şəhər Şəhidlər xiyabanını və müasir müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra rayon ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin vətənpərvərlik mövzusunda ərsəyə gətirdikləri rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

YAP Zəngilan Rayon Təşkilatının sədri Natiq Quluzadə geniş məruzə ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi arenasında milli maraqların ən sadiq müdafiəçisi missiyasını uğurla yerinə yetirib. Sədr vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbələr partiyanın cəmiyyətdəki monolit birliyini və nüfuzunu daha da möhkəmləndirib. O, rayon təşkilatının gələcək fəaliyyətində gənclərin milli-ideoloji tərbiyəsinin strateji istiqamətlərdən biri olduğunu vurğulayıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov YAP-ın yaranma tarixini müstəqil dövlətçiliyimizin xilası baxımından mühüm dönüş nöqtəsi kimi səciyyələndirib. Millət vəkili qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində Azərbaycan 1990-cı illərin əvvəllərində yaşanan dərin böhrandan çıxaraq misilsiz tərəqqi yoluna qədəm qoyub. O, işğaldan azad edilmiş Zəngilanda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini dövlətimizin iqtisadi gücünün və quruculuq siyasətinin real ifadəsi kimi dəyərləndirib.

YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov çıxışında partiyanın formalaşmasında ziyalıların və siyasi xadimlərin təşəbbüsü ilə yaradılmış "91-lər" hərəkatının üzvlərinin fədakarlığını xüsusi vurğulayıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası siyasi təşkilat olaraq xalqın sabaha olan inamını təcəssüm etdirir. V.Novruzov bildirib ki, partiyanın tarixi uğurlarının təməlində ideoloji sabitlik dayanır və dövlətçilik təcrübəsinə malik veteranlarla gənc nəsil arasındakı qarşılıqlı əməkdaşlığın davamlılığı xüsusi əhəmiyyət daşıyır.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası cəmiyyətdə etimad və dayanıqlı sabitlik mühiti formalaşdırıb. Qeyd olunub ki, bu etimad hər bir milli hədəfdə özünü doğruldur. Belə ki, partiyanın uğurlu fəaliyyəti siyasi idarəetmə ilə yanaşı, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində və milli-mənəvi dəyərlərin qorunmasında həlledici rol oynayır.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva partiyanın xilaskarlıq missiyasından danışaraq bildirib ki, düzgün müəyyən edilmiş strateji hədəflər artıq Azərbaycanı qlobal arenada suveren və güclü mövqeyə malik dövlətə çevirib. O, gənclərin partiyanın ictimai-siyasi həyatında fəallığını yüksək dəyərləndirərək, bu dinamikanın milli-mənəvi dəyərlərin hifz olunmasında əsas hərəkətverici qüvvə olduğunu söyləyib.

YAP Mərkəzi Aparatının məsul əməkdaşı Elmar Məmmədov Yeni Azərbaycan Partiyasının regionun aparıcı siyasi təşkilatı kimi böyük nüfuz qazandığını bildirib. O qeyd edib ki, əldə olunan hər bir uğurun əsasında xalqın öz Liderinə olan sonsuz inamı dayanır. Vurğulanıb ki, YAP Zəngilan Rayon Təşkilatı ideoloji işin təşkilində səmərəli fəaliyyət göstərir.

Partiya veteranı Asif Orucov Yeni Azərbaycan Partiyasının 750 mindən çox üzvünün olduğunu bildirərək, xalqımızın Zəfər tarixində Heydər Əliyev ideyaları əsasında yetişən gənclərin müstəsna rol oynadığını diqqətə çatdırıb. O, xalq-iqtidar-ordu birliyinin dövlətimizin əbədi müstəqilliyinin əsas təminatçısı olduğunu ifadə edib.

Birinci Qarabağ müharibəsi qazisi Zakif Abbasov çıxışında şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində işğal altında qalmış torpaqlarını azad edib.

Daha sonra rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə fəxri fərman və hədiyyələr, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə isə partiya vəsiqələri təqdim edilib. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paris ətrafında minlərlə sakin irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyasına çıxıb  

13:03
06 Aprel

Peşəkar Çövkən Liqasında III tura yekun vurulub

12:40
06 Aprel

ABŞ və İran sülh təklifini nəzərdən keçirir

12:40
06 Aprel

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır 

12:34
06 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub YENİLƏNİB

12:27
06 Aprel

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

12:09
06 Aprel

NASA astronavtları Yer kürəsindən 406 min 773 kilometr uzağa uçacaqlar

12:08
06 Aprel

Yaxın Şərqdəki müharibə nəticəsində Avropada yaranan böhran getdikcə dərinləşir  

12:04
06 Aprel

Qazaxıstanda rekord: orta ömür uzunluğu 76 yaşa yaxınlaşır  

11:56
06 Aprel

Fövqəladə hallar naziri Keşlədə görülən təhlükəsizlik tədbirləri ilə yerində tanış olub  

11:54
06 Aprel

Bakıda intensiv yağışlar fəsadlar törədib: qurumlar gücləndirilmiş rejimdə işləyir  

11:48
06 Aprel

“Axios”: İranın enerji infrastrukturuna genişmiqyaslı zərbə planı hazırlanıb

11:33
06 Aprel

Son iki gündə 74 cinayətin açılması təmin edilib

11:32
06 Aprel

Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB

11:25
06 Aprel

Media: Aİ-yə üzv ölkələrə büdcə böhranı təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

11:21
06 Aprel

Türkiyənin üzən elektrostansiyası Kubada enerji böhranı ilə mübarizəyə kömək edəcək  

11:17
06 Aprel

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb

11:08
06 Aprel

Prezident İlham Əliyev Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib  

10:59
06 Aprel

Odessanın yaşayış məntəqələrinə hücumlar insan tələfatı ilə nəticələnib 

10:57
06 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:54
06 Aprel

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib 

10:48
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!