04 Aprel 2026 09:30
532
CƏMİYYƏT
A- A+
Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir


Mina təhlükəsi müasir dünyanın ən ağrılı humanitar problemlərindən biri olaraq qalır. Hər il 4 aprel tarixi dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur. 2005-ci il dekabrın 8-də BMT Baş Assambleyasının qətnaməsi ilə təsis edilən bu tarix minaların və müharibənin partlayıcı qalıqlarının yaratdığı təhlükəyə diqqət çəkmək məqsədi daşıyır.

Minalar insan həyatını təhlükəyə atmaqla yanaşı, ölkələrin sosial-iqtisadi inkişafına ciddi maneələr yaradır. Xüsusilə münaqişədən zərər çəkmiş bölgələrdə yaşayış məntəqələrinin bərpası, kənd təsərrüfatı fəaliyyətinin yenidən qurulması və insanların öz evlərinə qayıdışı bu təhlükə səbəbindən ləngiyir.

Azərbaycan mina təhlükəsindən əziyyət çəkən dövlətlər sırasındadır. Ermənistanın 30 ilə yaxın davam edən işğalı dövründə, eləcə də postmünaqişə mərhələsində ölkəmizin əraziləri minalarla çirkləndirilib. Ermənistan 44 günlük Vətən müharibəsindən sonra da mina terrorunu davam etdirib. Hətta postmünaqişə dövründə Laçın və Kəlbəcər rayonlarında 2021-ci il istehsalı olan minlərlə piyada əleyhinə minanın aşkar olunması bu təhlükənin davam etdiyini təsdiqləyib. İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkanlarda baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyini sübut edir. Bu da öz növbəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı mövcud etnik nifrət və dözümsüzlüyün növbəti təzahürü kimi diqqət çəkir.

Ölkəmiz tərəfindən bu təhdidə son qoymaq məqsədilə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsinə dair dəfələrlə çağırışlara baxmayaraq, bu ölkə bir müddət, ümumiyyətlə, belə xəritələrin mövcudluğunu inkar edib. Sonradan beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində İrəvanın təqdim etdiyi minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25 faiz idi. Ermənistan tərəfindən mina təhdidinə münasibətdə sərgilənən davranış postmünaqişə dövründə bölgədə dayanıqlı sülh və etimad quruculuğu istiqamətində görülən tədbirlərə  daha bir zərbədir.

Mina təhlükəsi bu gün də vətəndaşlarımızın həyat və sağlamlığı üçün ciddi təhdid olaraq qalır. Xüsusilə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesində bu problem əsas maneələrdən biridir. Bərpa və yenidənqurma işlərinin ləngiməsi də məhz bu təhlükə ilə bağlıdır.

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında 4 Aprel  Beynəlxalq Mina Təhlükəsi barədə Maarifləndirmə Günü ilə bağlı paylaşım edib. "Dünya irəliyə doğru addımladığı halda, Azərbaycan hər gün səssiz və görünməz bir təhlükə ilə yaşamağa davam edir. 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin təxminən 12 faizi 1,5 milyondan çox mina ilə çirkləndirilib. 2020-ci ildən sonra sülh dövründə 400-dən çox mülki şəxs həlak olub və ya ağır yaralanıb. Mina çirklənməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa işlərinə, həmçinin keçmiş  təhlükəsiz və rahat şəraitdə qayıdışına mane olur. Bunlar, sadəcə, rəqəmlər deyil. Bunlar yarımçıq qalan həyatların, dağılan ailələrin, oğurlanan gələcəklərin hekayəsidir. Minalardan təmizləmə yalnız texniki proses deyil. Bu ədalətdir. Bu insan ləyaqətidir. Bu, insanların öz evlərinə təhlükəsiz qayıtmaq hüququdur", - deyə Hikmət Hacıyev bildirib. 

Paylaşımda qeyd olunub ki, 10 noyabr 2020-ci il tarixindən 1 aprel 2026-cı ilədək mina partlayışları nəticəsində ümumilikdə 421 nəfər zərər çəkib. Zərərçəkənlərdən 72 nəfər həlak olub, 349 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Mina qurbanlarının 228 nəfəri mülki şəxsdir. Onlardan 57 nəfər həyatını itirib, 171 nəfər yaralanıb. Hərbi qulluqçular arasında isə 193 nəfər mina partlayışlarının qurbanı olub. Onlardan 15 nəfəri həlak olub, 178 nəfər yaralanıb. 

Ümumilikdə isə 1991-ci ildən bu günədək Azərbaycanda mina qurbanlarının sayı 3400 nəfəri ötüb. Onların arasında 362 nəfər uşaq və gənc, 38 nəfər isə qadın olub. Bütün bu faktlar mina probleminin bu gün də aktual olaraq qaldığını göstərir.

Beynəlxalq hüquq da bu məsələyə xüsusi həssaslıqla yanaşır. 1997-ci ildən "Piyada əleyhinə minaların istifadəsi, ehtiyatı, istehsalı və təhvilinin qadağan edilməsi və onların məhvi haqqında" Konvensiyanın imzalanmaya açıldığı vaxtdan bəri 164 ölkə onu ratifikasiya edib və ya bu sənədə qoşulub. Bu, misli görünməmiş koalisiyanın məlumat kampaniyası piyada əleyhinə minaların mülki şəxslərə təsiri barədə ictimaiyyətin məlumatlılığını artırıb və ümumi qadağan edilmə tədbirləri üçün qlobal dəstəyi səfərbər edib. Dünyanın müxtəlif bölgələrində müharibələrin mirası kimi qalan partlayıcı qalıqlar zaman-zaman yeni faciələrə səbəb olur. Buna görə də beynəlxalq ictimaiyyətin bu istiqamətdə daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərməsi olduqca vacibdir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi

11:53
29 May

Azərbaycan neftinin qiyməti 100 dollar olub

11:34
29 May

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

11:17
29 May

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

11:09
29 May

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

10:47
29 May

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

10:24
29 May

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

10:09
29 May

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

09:58
29 May

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

09:41
29 May

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

21:57
28 May

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

21:40
28 May

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

20:33
28 May

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

20:28
28 May

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

19:56
28 May

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

19:24
28 May

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

19:23
28 May

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

19:21
28 May

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

19:19
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!