20 Fevral 2026 08:00
2103
SİYASƏT
A- A+
Ölkəmiz böyük dövlətlərlə etibarlı tərəfdaşlıq münasibətlərinə malikdir

Ölkəmiz böyük dövlətlərlə etibarlı tərəfdaşlıq münasibətlərinə malikdir


Azərbaycanın xarici siyasət kursu dəqiq, praqmatik və çoxvektorludur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı dünyanın bir-biri ilə rəqabət aparan nəhəng güc mərkəzləri - ABŞ, Avropa İttifaqı və Çin üçün eyni dərəcədə cəlbedici, etibarlı və vazkeçilməz tərəfdaşa çevrilib. Qərb üçün enerji təhlükəsizliyinin can damarı sayılan Azərbaycan, Şərq aləmi, xüsusilə, Çin üçün qlobal ticarətin yeni siması olan Orta dəhlizin strateji qapısıdır. 

Əlbəttə, bu uğurun sirri Azərbaycanın, sadəcə, coğrafi mövqeyində və təbii resurslarında deyil, həm də dövlətimizin başçısının uzaqgörən xarici siyasət strategiyasında və "Sözümüz imzamızdır" prinsipi ilə hərəkət edərək hər iki qütbdə yüksək şəxsi nüfuz qazanmasındadır. Onu da vurğulayaq ki, əgər bir ölkənin başında uzaqgörən lider yoxdursa, o dövlətin sahib olduğu təbii sərvətlər öz xalqına rifah və əmin-amanlıq gətirməyəcək. Bu paradoksal mənzərəni dünyanın bir çox ölkəsində görmək mümkündür. 


Azərbaycan-Çin tərəfdaşlığı yeni məzmun qazanır 


Azərbaycanın dünya nəhənglərindən olan Çinlə əməkdaşlığı son dönəmlərdə daha da genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin fevralın 17-də Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı səmimi təbrik məktubu Bakı-Pekin arasında yüksəksəviyyəli ikitərəfli əlaqələrin, sarsılmaz dostluğun və dərinləşən strateji tərəfdaşlığın növbəti sübutudur. Bu məktub sadəcə bayram təbriki deyil, iki ölkə arasında yüksək siyasi dialoqun, qarşılıqlı hörmətin və gələcəyə yönəlmiş böyük planların rəsmi təzahürüdür. Çin xalqını Bahar bayramı münasibətilə təbrik edən Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında möhkəm təməllər üzərində qurulmuş hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsi və yeni məzmun qazanmasının sevindirici olduğunu qeyd edib. Dövlət başçısı vurğulayıb ki, siyasi dialoqun intensivliyi və qarşılıqlı anlaşma bu münasibətlərin daha sürətli inkişafına və möhkəmlənməsinə şərait yaradır. 

Bakı-Pekin münasibətləri Avrasiyanın iqtisadi və logistik xəritəsini dəyişən strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Azərbaycan Çinin təşəbbüsü olan "Bir kəmər, bir yol" layihəsini dəstəkləyən ilk ölkələrdən biridir. İki ölkə arasındakı ən strateji bağ Orta dəhliz adlanan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. Çindən gələn yüklər Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Avropaya daha qısa müddətdə çatdırılır. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı Çin mallarının paylanma mərkəzinə çevrilməkdədir. Son dövrlərdə Çin şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində və digər bölgələrində bərpaolunan enerji layihələrində, nəhəng günəş-elektrik stansiyalarının tikintisində podratçı və investor kimi çıxış edirlər. 

İki ölkə arasında sarsılmaz prinsiplərdən biri də suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmətin nümayiş etdirilməsidir. Azərbaycan "Vahid Çin" siyasətini qətiyyətlə dəstəkləyir. Çin isə hər zaman Azərbaycanın suverenliyini və müstəqilliyini tanıyan, beynəlxalq hüququn normalarına hörmət edən mövqe nümayiş etdirir. Ötən ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində hərtərəfli strateji tərəfdaşlıq qurulması haqqında Birgə Bəyanat, vizasız rejimin tətbiqi haqqında sənəd və əməkdaşlıq sazişləri imzalanıb. Dövlət başçısı 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də Pekinlə strateji tərəfdaşlığı və imzalanmış sənədləri Azərbaycanın xarici siyasətinin və diplomatiyamızın böyük uğuru adlandırıb. Pekinlə bərəbərhüquqlu əməkdaşlığın qurulması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisidir. Məhz buna görə Si Cinpin Azərbaycan Liderini Çinin ən yaxın dostu hesab edir. 


Qərb dünyası da Bakıya böyük etimad göstərir  


Prezident İlham Əliyevin böyük məharətlə həyata keçirdiyi Azərbaycanın balanslı xarici siyasət strategiyası ölkəmizi müasir beynəlxalq münasibətlər sistemində qlobal güc mərkəzləri arasında əvəzedilməz körpü və yüksək etibarlı tərəfdaş statusuna yüksəldib. Bu gün hər iki qütbün hegemon güc mərkəzlərinin Azərbaycan Liderinə xüsusi diplomatik hörmət və sarsılmaz etimad göstərməsi dövlətimizin yalnız regional proseslərə təsir edən nüfuzlu və güclü ölkə deyil, həm də qlobal miqyasda strateji qərarlara təsir edən bir mərkəz olduğunu təsdiqləyir. Qərb dünyası üçün Azərbaycan, xüsusilə Avropanın enerji təhlükəsizliyi arxitekturasını yenidən formalaşdıran və qitənin enerji xəritəsini köklü surətdə dəyişən ən mühüm strateji tərəfdaşdır. 

"Cənub qaz dəhlizi" vasitəsilə Avropanın enerji diversifikasiyasına və resurs təhlükəsizliyinə verilən fundamental töhfə həm Brüssel, həm də Vaşinqton tərəfindən ən yüksək səviyyədə qiymətləndirilir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycanı "vazkeçilməz və etibarlı tərəfdaş" adlandırması bu nüfuzun ən bariz rəsmi təsdiqidir. Eyni zamanda Azərbaycanın qlobal sülhə verdiyi töhfələr, Əfqanıstandakı sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlıq və ABŞ-nin mühüm logistik ehtiyacları üçün açılan strateji hava dəhlizi Bakı ilə Qərb arasında hərbi-strateji səviyyədə dərin etimad mühiti formalaşdırıb. Digər tərəfdən, Azərbaycanın Şərqə, dünya nəhəngi olan Çinə açılan qapı rolunu oynaması bu balans diplomatiyasını daha da zənginləşdirir. 

Azərbaycanı qlobal arenada unikal və etibarlı tərəfdaşa çevirən ən mühüm məqam odur ki, rəsmi Bakı heç bir qütbün maraqlarını digərinə qurban vermir, əksinə, bütün tərəflərlə qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan paralel münasibətlər qurmağı bacarır. Bu uzaqgörən yanaşma sayəsində Bakı bu gün həm Vaşinqton, həm Brüssel, həm də Pekinlə eyni dərəcədə səmərəli, bərabərhüquqlu və açıq danışıqlar apara bilən dünyadakı nadir paytaxtlardan birinə çevrilib. Çinin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Orta dəhlizin mərkəzi logistik qovşağına çevrilməyimiz Azərbaycanın Şərq qütbü üçün də əhəmiyyətini artıraraq ölkəmizi Avrasiyanın iqtisadi arteriyasına çevirib. 

Bütün bu nailiyyətlər, şübhəsiz ki, Azərbaycan Liderinin şəxsi diplomatiyasının, dünya siyasətinin nəbzini düzgün tutmaq bacarığının və ölkəmizin hər keçən gün artan iqtisadi-hərbi qüdrətinin məntiqi nəticəsidir. Belə çoxvektorlu və praqmatik siyasət Azərbaycanı həm Qərbin enerji təhlükəsizliyi, həm də Şərqin qlobal ticarət ambisiyaları üçün kəsişmə nöqtəsi halına gətirərək, dövlətimizin beynəlxalq nüfuzunu zirvəyə daşıyıb.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib YENİLƏNİB

20:30
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər  

19:53
16 Mart

UNESCO İran, Livan və İsraildə mədəni irsə dəyən ziyanı qiymətləndirir

19:43
16 Mart

Rusiyadan Azərbaycana turist axını ötənilki azalmadan sonra bərpa oluna bilər

19:39
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

19:36
16 Mart

Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub  

19:21
16 Mart

BƏƏ-də neft hasilatı iki dəfədən çox azalıb

18:34
16 Mart

Əlcəzair, Avstraliya və Hindistan vətəndaşları İrandan təxliyə olundu

18:33
16 Mart

DİN-də sıra baxışı - 129 nəfər növbəti mərhələyə buraxılıb

18:32
16 Mart

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib

18:16
16 Mart

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

17:53
16 Mart

Kosmosda ulduzların “ölümü” ilə müşayiət olunan parıltı müşahidə edilib

17:51
16 Mart

Ukrayna yeni ballistik raketin sınaqlarına başlayır

17:31
16 Mart

Xocavəndin Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib  

17:29
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:29
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Xocavəndin Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar

17:28
16 Mart

BMT-nin iqlim rəsmisi: Müharibə və yüksək enerji qiymətləri bərpaolunan mənbələrin əhəmiyyətini artırır  

17:02
16 Mart

Avrokomissar: Rusiyadan enerji idxalını dayandıracağıq

17:01
16 Mart

Donald Tramp NATO müttəfiqlərinə xəbərdarlıq edib: Hörmüz boğazında təhlükəsizlik təmin edilməsə, daha pis proseslər baş verə bilər  

16:59
16 Mart

SOMDA-nın əməkdaşları peşə bayramını qeyd ediblər

16:58
16 Mart

Peter Siyyarto: Ukrayna “Drujba” kəməri ilə bağlı görüşdən imtina edib

16:57
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!