30 Yanvar 2026 08:05
287
SİYASƏT
A- A+
Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır


Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi istiqamətindəki  səylərinə görə 2026-cı il üzrə "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb. Dövlətimizin başçısının müəyyənləşdirdiyi strateji xətt ölkəmizin dayanıqlı inkişafı ilə yanaşı, regionda sülhün və sabitliyin bərqərar olmasını təmin edib. İnkişafının yeni mərhələsində inamla addımlayan Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində bütün istiqamətlərdə fundamental dəyişikliklərə, tarixi uğurlara imza atıb. 

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, ölkəmizin güclü iqtisadi potensialı formalaşıb, müasir cəmiyyət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə olunub, əhalinin rifahı  əsaslı şəkildə yüksəlib, təhlükəsizlik və müasir ordu quruculuğu sahəsində mühüm nəticələr əldə edilib. Ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, Azərbaycan regional və qlobal miqyasda strateji əhəmiyyətə malik etibarlı tərəfdaş kimi güclü mövqe qazanıb. "Möhtərəm Prezidentimizin müəyyənləşdirdiyi praqmatik və nəticəyönümlü siyasət nəticəsində ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin edən Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərini uğurla həyata keçirir. Böyük qayıdış prosesinin ardıcıl və təhlükəsiz şəkildə davam etdirilməsi nəticəsində bu gün 70 mindən çox insanın Qarabağ və Şərqi Zəngəzurda yaşayışı təmin olunub. İşğal dövründə dağıdılmış şəhər və kəndlərimiz ən müasir standartlara uyğun şəkildə bərpa olunur", - deyə deputat əlavə edib.

Komitə sədri qeyd edib ki, Azərbaycanda qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması ölkə rəhbərinin müəyyənləşdirdiyi siyasətin prioritet istiqamətlərindəndir. Azərbaycanda yaradılan əlverişli investisiya mühiti dünyanın ən nüfuzlu şirkətlərinin ölkəmizə olan marağını daha da artırır. Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr bunun əyani təzahürüdür. 

Deputat deyib ki, Prezident İlham Əliyev ölkəmizin gələcəyi olan gənclərimizin potensialından səmərəli istifadə olunmasını müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biri kimi müəyyənləşdirib: "Sağlam, vətənpərvər, savadlı gəncliyimizin formalaşması, gənc ailələrin sosial təminatının yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycanın dünyada tolerantlıq və multikulturalizm məkanı kimi tanınması, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqi istiqamətlərində mühüm addımlar atılır. Dövlətimizin başçısının rəhbərliyi ilə bu sahədə görülən işlər nəticəsində Azərbaycan müxtəlif mədəniyyətlərin formalaşdığı, dinlərin qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşadığı nümunəvi ölkə kimi beynəlxalq aləmdə yüksək nüfuz qazanıb".

Ş.İsmayılov vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə yüksək uğurlara imza atan Azərbaycan bu gün regionun sabit və dayanıqlı inkişafının əsas təminatçısıdır. Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu sülh gündəliyi beynəlxalq birliyin tam dəstəyini qazanıb və bu gün regionumuzda sabitlik, əmin-amanlıq hökm sürür, yeni əməkdaşlıqlar, tərəfdaşlıqlar üçün geniş imkanlar açılır. 

Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidentinin nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi də dövlət başçısının ölkəmizdə inkişafın təmin olunmasına, ədalət prinsiplərinə, beynəlxalq hüquqa, qarşılıqlı hörmətə əsaslanan müdrik siyasətinə, sülhün və sabitliyin təmin olunması, mədəniyyətlər və sivilizasiyalar arasında körpülərin qurulması istiqamətində gördüyü işlərə dünya birliyinin verdiyi yüksək qiymətin bariz təzahürüdür. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib  

09:24
30 Yanvar

ABŞ Prezidenti: Hazırda İrana doğru üzən çoxlu sayda gəmimiz var  

09:23
30 Yanvar

Cənubi Qafqaz üzrə “3+3” formatında üçüncü görüşə hazırlıq davam edir  

09:22
30 Yanvar

Ukrayna Prezidenti qış yardım paketi üçün Almaniya Kanslerinə təşəkkür edib  

09:21
30 Yanvar

Almaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb  

09:20
30 Yanvar

Zelenski enerji infrastrukturuna hücumların dayandırılması səylərinə görə ABŞ-a təşəkkür edib  

09:19
30 Yanvar

Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib  

09:18
30 Yanvar

Millət atası - Hacı Zeynalabdin Tağıyev

09:10
30 Yanvar

Konsepsiya böyük tarixi əhəmiyyətə malik proqramdır

09:05
30 Yanvar

Müasir əkinçilikdə aqrokimya: reallıqlar, problemlər

09:00
30 Yanvar

Keçən il 53 ölkənin 17 mindən çox vətəndaşı müalicə üçün Naftalanı seçmişdir

08:55
30 Yanvar

Mingəçevir: ötən ili uğurla, yeni ilə ümidlə

08:50
30 Yanvar

Qobustan qayaları - ilk memarlıq nümunəmiz

08:45
30 Yanvar

Azərbaycanın investisiya coğrafiyası genişlənir

08:40
30 Yanvar

Azərbaycanın enerji strategiyasının ideya, təcrübə və sənəd vəhdəti 

08:35
30 Yanvar

Qarabağ Universitetində 2025/2026-cı tədris ilinin payız semestri: strateji fəaliyyətlər və nəticələr

08:30
30 Yanvar

Sülhə və barışa xidmət etməyən addım

08:25
30 Yanvar

Heç bir təhdid Azərbaycanı yolundan döndərə bilməz

08:20
30 Yanvar

Azərbaycan qlobal təşəbbüslərdə daha fəaldır

08:15
30 Yanvar

Beynəlxalq sülh platformasında Azərbaycanın rolu artır

08:10
30 Yanvar

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

08:05
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!