18 Mart 2025 08:15
3894
SİYASƏT
A- A+
İlham Əliyevdən Ermənistana barış çağırışı

İlham Əliyevdən Ermənistana barış çağırışı


Prezident bir daha bəyan etdi ki, sülh sazişi imzalanana qədər regionda sabitlik olmayacaq


Ötən həftə Azərbaycan daha bir beynəlxalq toplantıya evsahibliyi etdi. Martın 13-dən 15-dək paytaxtımızda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XII Qlobal Bakı Forumu keçirildi. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. Builki forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirdi: "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi".

Öncə onu qeyd edək ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara evsahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, Prezident İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.

Forumda "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı", "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" və "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzularında panellər təşkil olundu. 

Beynəlxalq tədbir dünya liderlərini, nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll yollarının müzakirə olunduğu vacib platforma rolunu oynadı. 

İldən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. 

Prezident İlham Əliyev qlobal forum çərçivəsində "Euronews" TV kanalına müsahibəsində dünya düzəninin yenidən düşünülməsini, vacibliyini bildirib, dünyanın qlobal səviyyədə üzləşdiyi əsas çağırışların nədən ibarət olduğunu dəyərləndirib. Dövlət başçısı bildirib ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesinin baş verməsidir. Çünki bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədirlər: "Əlbəttə, biz hələ ki qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq".

Regionda baş verən dəyişikliklərlə bağlı fikirlərini bildirən dövlət başçısı vurğulayıb ki, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdür və bütün diqqətlər buna yönəlməlidir: "Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi, qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni biz belə bir təcrübəyə malikik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik".

Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən sülh sazişinə gəlincə isə, İlham Əliyev qalib komandan kimi reallıqları açıqlayıb. "Müharibə yalnız sülh sazişi imzalananda bitir", - deyən dövlət başçısı qeyd edib ki, hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləsi yoxdur. 

Düzdür, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.

Göründüyü kimi, qalib tərəf olmasına baxmayaraq, Azərbaycan Prezidenti yenə də humanizm prinsiplərini əsas tutaraq Ermənistanı sülh sazişini imzalamağa dəvət edir. 

Bir sözlə, qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

Rusiyanın bir sıra ərazilərinə dron hücumu olub

10:54
19 Aprel

İran: Hücumlar nəticəsində 3500 insan həlak olub

10:46
19 Aprel

Avropada inflyasiya sürətlənib

10:39
19 Aprel

Macarıstanda seçki nəticələri rəsmən elan edilib

10:29
19 Aprel

Yumurta min bir dərdin dərmanıdır

10:21
19 Aprel

İranla ABŞ arasında uranla bağlı fikir ayrılığı davam edir

10:16
19 Aprel

Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat və enerji təhlükəsizliyi üzrə əməkdaşlıq nəzərdən keçirilib  

10:11
19 Aprel

Azərbaycanın D-8 daxilində aktiv fəaliyyəti yüksək qiymətləndirilir

10:01
19 Aprel

Nazirlər təhlükəsizlik çağırışlarının aradan qaldırılmasında dialoq və diplomatiyanın rolundan danışıblar

09:53
19 Aprel

Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq çoxşaxəli xarakter daşıyır

09:41
19 Aprel

TDT-nin gücü onun birliyində, ortaq dəyərlərində və ümumi baxışında əks olunub – nazirlərin qeyri-rəsmi iclası  

09:36
19 Aprel

Azərbaycan-Türkmənistan münasibətləri: Hörmət və etimada əsaslanan tərəfdaşlıq möhkəmlənir

09:29
19 Aprel

Media: Şimali Koreya bir neçə ballistik raket buraxıb

09:27
19 Aprel

Portuqaliyalı nazirə sülh gündəliyi və atılan addımlar barədə məlumat verilib

09:21
19 Aprel

Azərbaycan ilə Əlcəzair münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

09:13
19 Aprel

Azərbaycan Afrika qitəsi ölkələri ilə əlaqələrin daha da inkişafına xüsusi əhəmiyyət verir

09:08
19 Aprel

Azərbaycan ilə İordaniya arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər artırılır

08:59
19 Aprel

Azərbaycanın NATO ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirilib

08:47
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!