18 Mart 2025 08:25
326
SİYASƏT
A- A+
Azərbaycan Cənubi Qafqaza dayanıqlı sülh və sabitlik gətirmək istəyir

Azərbaycan Cənubi Qafqaza dayanıqlı sülh və sabitlik gətirmək istəyir


Ermənistanla fərqimiz də bundadır


44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün başlamış danışıqlar rəsmi İrəvanın ölkəmizin ədalətli şərtlərinə əməl etmək istəməməsi səbəbindən bir neçə ildir ki, uzanır. Ermənistan sülh müqaviləsini imzalamamaq üçün müxtəlif bəhanələr gətirir, heç bir əsası olmayan yalanlar uydurur. Bu yalan və bəhanələrdən artıq dünya da bezib. 

Qəribəsi isə odur ki, Ermənistan rəhbərliyi üzdə özünü sülh tərəfdarı kimi göstərir, arxada isə silahlanmaya üstünlük verir. Başqa sözlə, dil sülh deyir, əl başda Fransa olmaqla Qərb ölkələrindən, Hindistandan silah daşıyıb gətirir. Təbiidir ki, rəsmi İrəvan bu silahları muzeydə nümayiş etdirmək üçün almır. Amma Ermənistan nə qədər ordusunu silahlandırsa da, gec-tez Azərbaycanla sülh müqaviləsini imzalamağa məhkumdur. Ona görə ki, bu gün sülh Azərbaycandan çox Ermənistana lazımdır, ən azından Cənubi Qafqazın "dalan ölkə"si statusundan qurtulmaq üçün. O üzdən nə qədər bəhanələr gətirsə də, danışıqlar prosesindən yayınsa da, Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülh sazişini imzalamaqdan başqa yolu yoxdur. 

Ötən il iki ölkə arasında keçirilən bir sıra görüşlərdə müəyyən uğurlar əldə olunsa da, Ermənistanın törətdiyi təxribatlar səbəbindən sülh müqaviləsi imzalanmadı. Bütün ümidlər növbəti ilə dikildi. 2025-ci ilin ilk günlərindən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məqsədilə müəyyən görüşlər keçirildi, müvafiq müzakirələr aparıldı, ümidverici nəticələr əldə olundu. Hətta bu nəticələr ilin sonunadək iki ölkə arasında sülh müqaviləsinin imzalanması ümidlərini verir. 

Amma nə edəsən ki, rəsmi İrəvanın ipi ilə quyuya düşmək risklidir. Ona görə də yaxşı olardı ki, Ermənistan hakimiyyəti erməni cəmiyyətini bu mühüm prosesə hazırlasın, müəyyən zəruri təbliğat işləri aparsın, anlatsın ki, müharibədən məğlub çıxmış bir ölkənin sülh sazişinin imzalanmasını yubatması qəbuledilməzdir, sülhə, əmin-amanlığa alternativ olaraq müharibəni seçməyin aqibəti növbəti faciədir. İşğalçılıq siyasəti yürüdən Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətini təkcə indi hakimiyyətdə olanlar deyil, sıravi vətəndaşlar da unutmamalıdırlar. İndi sülh sazişi ətrafında düşünmək, götür-qoy etmək üçün yaxşı şans var və bu şans vaxtında qiymətləndirilməlidir. Çünki sülhə, qarşılıqlı əməkdaşlığa zəmin yaradacaq bu fürsət sabah olmaya da bilər.

Deyəsən, son vaxtlar hiss olunur ki, Ermənistan düşdüyü ağır vəziyyəti düzgün anlamağa çalışır. Ona görə də danışıqlar prosesində müəyyən ümidverici addımlar atır. Verilən məlumatlara görə, artıq Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar prosesi yekunlaşıb. Martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı qeyd olunub: "Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq".

XII Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanması ilə bağlı fikirlərini iştirakçılarla bölüşərək demişdir: "Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən, razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bəndlərin əksər hissəsi razılaşdırılıb".

Amma Ermənistanda baş verən son hadisələr bir daha göstərir ki, bu ölkədə heç də hamı sülhü dəstəkləmir. Hakimiyyətin, xalqın və kilsənin dedikləri üst-üstə düşmür. Belə olmasaydı, sülh müqaviləsini imzalamağa yaxın olduğu bır vaxtda erməni kilsəsi sərsəm-sərsəm antisülh bəyanatları verməzdi. Katalikos II Qaregin xalqı mübarizəyə səsləyərək bildirib ki, Ermənistan guya təhlükədədir və hər an Azərbaycan onu işğal edə bilər. Tarixboyu şahidi olmuşuq ki, din sülh, həmrəylik, şəfqət ideyalarını dəstəkləyib, müharibələrin, qarşıdurmaların əleyhinə çıxış edib. Erməni kilsəsində və keşişlərində isə belə mövqe heç vaxt müşahidə olunmayıb. Onlar zaman-zaman həmişə xalqını qəsbə, işğala, separatçılığa, müharibəyə, qan tökməyə çağırıb. Qarabağda antiterror əməliyyatına qədər də kilsə xadimləri erməniləri qan tökməyə səsləyirdi. Deyəsən, onlar başda  II Qaregin  olmaqla bu gün də adət-ənənələrinə sadiqdirlər. Əslində isə, baş keşişin həqiqətdən, reallıqdan uzaq olan bu təbliğatı Paşinyanın əleyhinədir. Çünki neçə vaxtdır ki, kilsə baş nazirlə yola getmir. 

Azərbaycan bu gün Ermənistana hücum etməyə hazırlaşmır. Ümumiyyətlə, tarixi faktlar da sübut edir ki, Azərbaycan heç vaxt Ermənistana hücum etməyib. Əksinə, həmişə onların bizim torpaqlarda gözü olub. Tarixin bir çox dönəmlərində isə işğal məqsədilə hücumlar da ediblər.  Zamanında da layiqli cəzasını alıblar. Buna baxmayaraq, Azərbaycan qalib ölkə kimi Ermənistanla danışıqları davam etdirmək, Cənubi Qafqaza sülh və sabitlik gətirmək istəyir. Elə Ermənistanla fərqimiz də bundadır.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir  

13:08
26 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:04
26 Aprel

Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB 

13:04
26 Aprel

Prokurorluq əməkdaşları iki hektar ərazidə 1250-dən çox ağac əkiblər  

13:00
26 Aprel

Azərbaycan neftinin qiyməti artıb

12:56
26 Aprel

DİN: Ötən gün vətəndaşların bank kartlarından 23 min manatdan çox pul oğurlanıb

12:54
26 Aprel

Səudiyyə Ərəbistanının “əş-Şarq əl-Avsət” qəzeti Azərbaycan Prezidentinin Çinə səfərindən yazıb  

12:51
26 Aprel

ABŞ və Rusiya Moskva ilə Kiyev arasında birbaşa danışıqların mümkünlüyünü müzakirə ediblər  

12:49
26 Aprel

“Tagesschau”: Azərbaycan - Çin strateji tərəfdaşlığı çərçivəsində nəzərdə tutulan fəaliyyət Aİ üçün böyük əhəmiyyət daşıyır  

12:43
26 Aprel

Milli Qəhrəman Albert Aqarunovun anım gününə həsr olunmuş tədbir keçirilib  

12:42
26 Aprel

Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

12:31
26 Aprel

Respublika Gənclər Kitabxanasında “Professor Mir Cəlal Paşayev” adlı virtual kitab sərgisi hazırlanıb

12:29
26 Aprel

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstanda soydaşlarımızla görüşüb  

12:27
26 Aprel

Sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır

12:25
26 Aprel

Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib

12:07
26 Aprel

“Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib  

12:05
26 Aprel

Xankəndidə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Simulyasiya Konfransı keçirilir  

11:53
26 Aprel

Dünya bazarında qızılın ucuzlaşması davam edir

11:33
26 Aprel

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanda mühakimə olunan Ruben Vardanyanla və digər 15 erməniəsilli şəxslə rəftar ilə bağlı Ermənistanın iddialarını rədd edib  

11:15
26 Aprel

Zelenski Papa Fransisklə vida mərasimində iştirak etmək üçün Romada səfərdədir  

10:58
26 Aprel

Ucaboyluluq diqqətçəkən olsa da...

09:10
26 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!