23 İyun 2026 08:35
130
İQTİSADİYYAT
A- A+
Xəzərin "yara"sı bağlanıb, suları durulub

Xəzərin "yara"sı bağlanıb, suları durulub


Dübəndidə neft sızması aradan qaldırılıb


Bir neçə gün əvvəl Xəzərdə qeydə alınan neft sızması dənizin ekoloji vəziyyəti ilə bağlı narahatlıqları bir daha gündəmə gətirdi. Bu da təbiidir. Çünki bu cür hadisələr su hövzələrinin çirklənməsi, dəniz canlılarının məhv olması və sahilyanı ekosistemlərin balansının pozulması kimi ciddi nəticələrə səbəb ola bilər. Ona görə də Xəzər regionunda neft-qaz sektorunda müşahidə olunan intensivlik fonunda belə sızmaların qarşısının alınması və operativ şəkildə aradan qaldırılması xüsusi əhəmiyyət daşıyır.

Xəbər verildiyi kimi, Xəzərə neft sızması Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada müəyyən edilib. Hadisənin miqyası və sızmanın mənbəyi ilə bağlı operativ araşdırmalar aparılıb. Mütəxəssislər əraziyə baxış keçirərək çirklənmənin yayılma sahəsini müəyyən ediblər. "Azneft" İstehsalat Birliyindən (İB) verilən məlumata görə, hadisənin ilkin mərhələsində neftin açıq çıxış nöqtəsi vizual olaraq müəyyən edilmədiyindən mümkün çirklənmə mənbələri bir neçə istiqamətdə araşdırılıb. Aparılan nəzarətli diaqnostik yoxlamalar nəticəsində sızmanın mənbəyinin "Azneft" İB-yə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib.

Mənbə təsdiqləndikdən dərhal sonra həmin kəmər üzrə neft nəqli dayandırılıb və vəziyyətin daha çox genişlənməsinin qarşısı alınıb. Hadisənin operativ idarə olunması məqsədilə "Azneft" İB tərəfindən xüsusi qərargah yaradılıb və insident nəzarət altına götürülüb. Qurumun dalğıc xidməti tərəfindən aparılan yoxlamalar zamanı sualtı neft kəmərində mexaniki zədələnmələr aşkar edilib. Bu zədələnmələrin xarici təsir nəticəsində, ehtimal ki, lövbərlə təmas zamanı yarandığı bildirilir. Zədənin müəyyən olunmasından sonra dərhal təmir-bərpa işlərinə start verilib və sızma aradan qaldırılıb. 

Əslində, belə hadisələr təkcə Xəzərə xas deyil, bu, dünya okeanları və dənizlərində zaman-zaman təkrarlanan ekoloji problemdir. Neft-qaz hasilatı platformalarında baş verən texniki sızmalar, gəmi qəzaları, sənaye tullantılarının dənizə nəzarətsiz axıdılması, eləcə də dəniz dibində təbii şəkildə baş verən neft və qaz sızmaları problemin əsas mənbələridir.  Hər il dünya miqyasında onlarca, bəzən isə daha çox irili-xırdalı neft sızması və bənzər hadisə qeydə alınır. Məsələn, 2010-cu ildə Meksika körfəzində baş verən "Deepwater Horizon" qəzası nəticəsində milyonlarla barel neft dənizə sızaraq ABŞ tarixində ən böyük ekoloji fəlakətlərdən birinə çevrilmişdi. ABŞ hökumətinin hesablamalarına görə, Meksika körfəzinə 4,9 milyon barel neft atılıb və nəticədə dəniz canlılarının yaşayış mühitinə fəlakətli ziyan dəyib. Bu, azmış kimi  partlayış zamanı 11 nəfər  də itkin düşüb. Həmin hadisə uzun illər bölgənin dəniz ekosisteminə ciddi ziyan vurmuşdu. Bu gün də Nigeriya sahillərində neft hasilatı və nəqli zamanı baş verən sızmalar Qvineya körfəzində genişmiqyaslı çirklənmələrə səbəb olur. Arktika və Şimal dənizi bölgələrində isə sərt iqlim şəraiti qəza risklərini artırır və təmizləmə işlərini çətinləşdirir. 2024-cü ildə Qara dənizdə fırtına səbəbindən göyərtəsində 29 ekipaj üzvü olan iki tanker qəzaya uğramış və neft sızması qeydə alınmışdır.

Bu cür hadisələr bir daha göstərir ki, neft-qaz hasilatı ilə bağlı işlərdə nəzarət mexanizmlərinin gücləndirilməsi, texniki təhlükəsizlik standartlarının yüksəldilməsi və operativ müdaxilə imkanlarının genişləndirilməsi olduqca vacibdir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Problem tam həllini tapacaq

09:30
23 İyun

“Abad həyət” layihəsi köhnə məhlələrə yeni həyat verir

09:25
23 İyun

Kəndimizdə yaşamaq getdikcə daha rahat olur

09:20
23 İyun

Qalib Azərbaycan əsgərı başımızın tacıdır

09:15
23 İyun

Müasir dövrdə kənd təsərrüfatının inkişafı yeni yanaşma tələb edir

09:13
23 İyun

Ziyadxan bayraq aşiqi idi

09:10
23 İyun

44 gün bir əlində cərrah bıçağı, bir əlində avtomat oldu

09:05
23 İyun

Yağışlar baramaçılığa təsir etsə də...

09:00
23 İyun

"Azərbaycanda alman memarlığı"

08:55
23 İyun

Kəndlinin çörəyi öz əlindədir

08:50
23 İyun

Aqrar Təlim Mərkəzi Xocalı və Ağdərədə növbəti təlim proqramlarına başlayıb

08:45
23 İyun

Hacıqabul Sənaye Parkında 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib

08:43
23 İyun

Torpağa bağlananda bolluq da olur, güzəran da

08:40
23 İyun

Xəzərin "yara"sı bağlanıb, suları durulub

08:35
23 İyun

Hamı Samux əriyinin sorağına gəlmişdi

08:30
23 İyun

İİB-nin Bakı toplantıları, startap müsabiqəsi və regional aqrar müşavirələr  

08:25
23 İyun

Prezident İlham Əliyevin innovativ davamlı inkişaf siyasətində dövlət qulluğunun strateji rolu

08:20
23 İyun

Orta dəhliz boyunca problemlər araşdırılır

08:15
23 İyun

"İƏT tədbirinin Bakıda keçirilməsi Azərbaycanın islam dünyasında artan nüfuzunu əks etdirir

08:10
23 İyun

"Parlament diplomatiyası Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir"

08:05
23 İyun

Böyük qayıdış və Azərbaycanın strateji gələcəyi

08:00
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!