23 İyun 2026 08:10
138
SİYASƏT
A- A+
"İƏT tədbirinin Bakıda keçirilməsi Azərbaycanın islam dünyasında artan nüfuzunu əks etdirir

"İƏT tədbirinin Bakıda keçirilməsi Azərbaycanın islam dünyasında artan nüfuzunu əks etdirir


Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası öz işinə başlayıb. 40-dan çox ölkənin parlament nümayəndə heyətinin, 10-dan çox ölkə spikerinin və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda müzakirələr aparılır. Tədbirdə 400-dən artıq nümayəndə iştirak edir.

Milli Məclisin deputatı Vüqar RƏHİMZADƏ qəzetimizə açıqlamasında deyib ki, İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir: "Azərbaycanın son illər ardıcıl şəkildə böyük beynəlxalq tədbirlərə evsahibliyi etməsi təsadüfi deyil. Ölkəmiz artan qlobal nüfuzu, siyasi sabitliyi, təhlükəsizlik mühiti, müasir infrastruktur imkanları ilə müxtəlif beynəlxalq platformalar üçün cəlbedici mərkəzə çevrilib. Bu, Azərbaycanın müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar arasında dialoq qurmaq qabiliyyətinə olan etimadın da göstəricisidir. Xüsusilə son dövrlər Azərbaycanın qlobal və regional əhəmiyyətli tədbirlərin keçirilməsi üçün seçilməsi ölkəmizin dünyada diplomatik çəkisinin artdığını göstərir.  Bu fonda demək olar ki, Azərbaycan artıq təkcə regional deyil, həm də daha geniş coğrafiyada əməkdaşlıq və dialoq platforması kimi nüfuz qazanıb". 

Deputat qeyd edib ki, Bakı müxtəlif mövqelərə malik ölkələri eyni masa ətrafında toplamaq, qarşılıqlı anlaşmanı təşviq etmək və praktiki əməkdaşlıq gündəmini irəli aparmaq baxımından mühüm mərkəz statusunu möhkəmləndirir. İƏT Parlament İttifaqının sessiyasının Bakıda keçirilməsi də məhz bu etimadın və beynəlxalq nüfuzun növbəti təzahürüdür. "İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının Bakıda keçirilməsi həm də Azərbaycanın islam dünyası ilə əlaqələrinin inkişafına verdiyi önəmi, islam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətindəki təşəbbüslərini və təşkilat daxilində artan nüfuzunu əks etdirir. Tədbirdə onlarca ölkədən parlament nümayəndə heyətlərinin iştirakı ölkəmizin beynəlxalq əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha təsdiqləyir", - deyə o əlavə edib. 

Ötən həftə Bakının İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarına uğurla evsahibliyi etdiyini xatırladan V.Rəhimzadə bildirib ki, belə nüfuzlu tədbirlərin məhz Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq təşkilatlar və tərəfdaş dövlətlər tərəfindən etimad göstərilən platforma kimi qəbul olunduğunu nümayiş etdirməklə yanaşı, qlobal dialoq məkanı kimi mövqeyini daha da gücləndirir. "Bu cür tədbirlər, eyni zamanda, Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılması və yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Əlcəzair İordaniyanı üstələyib

09:35
23 İyun

"Ləzginka"nın ritmi məğrurluğa çağırışdır

09:35
23 İyun

Problem tam həllini tapacaq

09:30
23 İyun

“Abad həyət” layihəsi köhnə məhlələrə yeni həyat verir

09:25
23 İyun

Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 462 milyon dollarlıq razılaşmalar əldə edib

09:21
23 İyun

Kəndimizdə yaşamaq getdikcə daha rahat olur

09:20
23 İyun

Qalib Azərbaycan əsgərı başımızın tacıdır

09:15
23 İyun

Müasir dövrdə kənd təsərrüfatının inkişafı yeni yanaşma tələb edir

09:13
23 İyun

Ziyadxan bayraq aşiqi idi

09:10
23 İyun

44 gün bir əlində cərrah bıçağı, bir əlində avtomat oldu

09:05
23 İyun

Yağışlar baramaçılığa təsir etsə də...

09:00
23 İyun

"Azərbaycanda alman memarlığı"

08:55
23 İyun

Kəndlinin çörəyi öz əlindədir

08:50
23 İyun

Aqrar Təlim Mərkəzi Xocalı və Ağdərədə növbəti təlim proqramlarına başlayıb

08:45
23 İyun

Hacıqabul Sənaye Parkında 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib

08:43
23 İyun

Torpağa bağlananda bolluq da olur, güzəran da

08:40
23 İyun

Xəzərin "yara"sı bağlanıb, suları durulub

08:35
23 İyun

Hamı Samux əriyinin sorağına gəlmişdi

08:30
23 İyun

İİB-nin Bakı toplantıları, startap müsabiqəsi və regional aqrar müşavirələr  

08:25
23 İyun

Prezident İlham Əliyevin innovativ davamlı inkişaf siyasətində dövlət qulluğunun strateji rolu

08:20
23 İyun

Orta dəhliz boyunca problemlər araşdırılır

08:15
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!