23 İyun 2026 08:25
128
İQTİSADİYYAT
A- A+
İİB-nin Bakı toplantıları, startap müsabiqəsi və regional aqrar müşavirələr  

İİB-nin Bakı toplantıları, startap müsabiqəsi və regional aqrar müşavirələr  


Həftəboyu iqtisadi sahədə bir sıra mühüm proseslər baş verib və vacib qərarlar qəbul olunub. Qlobal bazarlardakı tendensiyalar, makroiqtisadi göstəricilərdəki dəyişikliklər və müxtəlif sektorlarda baş verən yeniliklər iqtisadi gündəmin əsas mövzularını təşkil edib. Aşağıdakı icmalda həftənin ən vacib iqtisadi hadisələri və onların təsirləri təhlil olunur.

İqtisadi gündəmə damğa vuran ən mühüm hadisələrdən biri Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları oldu. Regional əməkdaşlıq, dayanıqlı inkişaf və investisiya imkanlarının müzakirə edildiyi tədbir həmin günlərdə ictimaiyyətin diqqət mərkəzində idi. İllik toplantılar çərçivəsində keçirilən tədbirlərdə halal iqtisadiyyatın inkişafı, etik və dayanıqlı maliyyələşdirmə, kiçik və orta biznesin "yaşıl keçid"ə uyğunlaşdırılması, regional inteqrasiya və investisiya imkanları əsas müzakirə mövzuları olub. "Dayanıqlı rifah naminə regional inteqrasiya" mövzusuna həsr edilən forumda üzv ölkələrin hökumət nümayəndələri, özəl sektor təmsilçiləri və beynəlxalq maliyyə institutlarının rəhbərləri iştirak edərək iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.

Azərbaycanın evsahibliyi etdiyi toplantılar çərçivəsində 14-cü Özəl Sektor Forumu və HELF/AZHAB Forumu 2026, eləcə də  8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib. Tədbirlərdə innovativ maliyyələşdirmə mexanizmləri, dayanıqlı inkişaf məqsədlərinə nail olunması, regional iqtisadi inteqrasiya və Azərbaycanın investisiya potensialı ətrafında fikir mübadiləsi aparılıb. Bu müzakirələr ölkənin beynəlxalq iqtisadi əməkdaşlıq platformalarında artan rolunu bir daha nümayiş etdirib.

* * *

İnnovasiya və sahibkarlığın inkişafına yönəlmiş mühüm tədbirlərdən biri də "İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026" olub. İİB-yə üzv ölkələrdən startapları, investorları və inkişaf tərəfdaşlarını bir araya gətirən müsabiqə innovasiya, süni intellekt, maliyyə və sahibkarlıq sahələrində perspektivli layihələrin təqdimatı üçün beynəlxalq platforma rolunu oynayıb.

Müsabiqənin final mərhələsində 12 startap öz layihələrini beynəlxalq investorlar və ekspertlər qarşısında təqdim edib. Nəticədə "BioSell" birinci, "Bayuti" ikinci, "Park Hub" isə üçüncü yerə layiq görülüb. Bununla yanaşı, süni intellekt, iqlim və davamlılıq, maliyyə inklüzivliyi, qadın sahibkarlığı, sosial təsir və regional inteqrasiya istiqamətləri üzrə 6 startap xüsusi mükafatlarla təltif olunub. Azərbaycandan 220-dən çox müraciətin daxil olduğu müsabiqə innovativ sahibkarlığın təşviqi, startapların investorlara çıxış imkanlarının genişləndirilməsi və ölkənin innovasiya ekosisteminin beynəlxalq əməkdaşlıq platformalarına inteqrasiyası baxımından əhəmiyyətli hadisə kimi yadda qalıb.

* * *

Ötən həftə sahibkarlığın inkişafı və yerli biznesin təşviqi istiqamətində mühüm tədbirlərdən biri də Bakıda keçirilən "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi" idi. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı ilə keçirilən sərgidə inşaat, qida, informasiya-kommunikasiya texnologiyaları, təhsil, sənaye, kənd təsərrüfatı, logistika və tekstil daxil olmaqla müxtəlif sahələri təmsil edən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirib. Tədbirdə dövlət qurumlarının nümayəndələri və biznes ictimaiyyətinin təmsilçiləri iştirak edərək ölkədə sahibkarlığın inkişafı, yerli məhsulların ixrac potensialının artırılması və "Made in Azerbaijan" brendinin təşviqi məsələlərini müzakirə ediblər.

Sərgi çərçivəsində təşkil olunan B2B və B2G görüşləri sahibkarlar üçün həm özəl sektor nümayəndələri, həm də dövlət qurumları ilə birbaşa əlaqələrin qurulmasına imkan yaradıb. Mikro və kiçik sahibkarların iştirakına dəstək məqsədilə xüsusi stend də ayrılıb. Artıq yeddinci dəfə təşkil olunan sərgi yerli şirkətlərin tanıdılması, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və bizneslər arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir.

* * *

Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsi istiqamətində atdığı addımlar da  həftənin əsas iqtisadi gündəm mövzuları sırasında yer alıb. Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) energetika nazirlərinin 6-cı iclasında Azərbaycanı energetika nazirinin müavini Kamal Abbasov təmsil edib. İclasda qlobal enerji sistemində baş verən dəyişikliklər fonunda enerji təhlükəsizliyi, dayanıqlılıq, təmiz enerji texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Tədbirdə Azərbaycanın etibarlı enerji tərəfdaşı və mühüm tranzit ölkə kimi regional enerji əlaqələrinin inkişafına verdiyi töhfə vurğulanıb. Həmçinin ölkəmizin 2032-ci ilədək 8 QVt bərpaolunan enerji gücünün yaradılması, eləcə də "yaşıl enerji" dəhlizləri və interkonnektor layihələrinin həyata keçirilməsi istiqamətindəki planları diqqətə çatdırılıb. Bununla yanaşı, "Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin strateji əhəmiyyəti qeyd olunaraq, bu təşəbbüsün regionlararası enerji əlaqələrinin gücləndirilməsinə və Orta dəhliz boyunca enerji ötürülməsi imkanlarının genişlənməsinə töhfə verəcəyi bildirilib.

* * *

Həftəboyu "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi ilə bağlı regional müşavirələr keçirilib. Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilən dövlət proqramına uyğun olaraq, ölkənin müxtəlif iqtisadi rayonlarında aqrar sahənin inkişafı, məhsuldarlığın artırılması, əlavə dəyər zəncirinin gücləndirilməsi və ixracyönümlülüyün genişləndirilməsi istiqamətində müşavirələr təşkil olunub. İsmayıllı rayonunda Dağlıq Şirvan iqtisadi rayonu üzrə keçirilən görüşdə Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov iştirak edib. Ağcabədidə Qarabağ iqtisadi rayonu üzrə təşkil olunan müşavirədə Kənd Təsərrüfatı Nazirliyi rəsmiləri proqramın əsas prioritet istiqamətlərini təqdim ediblər. Quba rayonunda Quba-Xaçmaz iqtisadi zonasını əhatə edən görüşdə taxılçılıq, bağçılıq və heyvandarlıq sahələrinə dəstək mexanizmləri müzakirə olunub, Şəmkir rayonunda isə Qazax-Tovuz iqtisadi rayonu üzrə regional inkişaf məsələləri diqqət mərkəzində olub.

Müşavirələr çərçivəsində müasir texnologiyaların tətbiqi, suvarma sistemlərinin təkmilləşdirilməsi, eləcə də balıqçılıq və akvakultura təsərrüfatlarının inkişafı kimi istiqamətlər üzrə fermerlərə geniş məlumat verilib. Bu görüşlər dövlət proqramının icrasının sürətləndirilməsi və aqrar sektorun dayanıqlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Göründüyü kimi, ötən həftə ölkənin iqtisadi gündəmi beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirak, innovasiya və sahibkarlığın təşviqi, regional iqtisadi inkişaf təşəbbüsləri, eləcə də enerji və kənd təsərrüfatı sahələrində həyata keçirilən strateji tədbirlərlə yadda qalıb. Bu proseslər Azərbaycanın iqtisadi dayanıqlılığının gücləndirilməsi, neftdənkənar sahənin inkişafı və qlobal iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran və ABŞ arasında danışıqlardan sonra dörd işçi qrupu yaradılıb

09:43
23 İyun

"Yaşıl dərə"də bələdiyyə parkı salınıb

09:40
23 İyun

Dünya çempionatı: Əlcəzair İordaniyanı üstələyib

09:35
23 İyun

"Ləzginka"nın ritmi məğrurluğa çağırışdır

09:35
23 İyun

Problem tam həllini tapacaq

09:30
23 İyun

“Abad həyət” layihəsi köhnə məhlələrə yeni həyat verir

09:25
23 İyun

Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 462 milyon dollarlıq razılaşmalar əldə edib

09:21
23 İyun

Kəndimizdə yaşamaq getdikcə daha rahat olur

09:20
23 İyun

Qalib Azərbaycan əsgərı başımızın tacıdır

09:15
23 İyun

Müasir dövrdə kənd təsərrüfatının inkişafı yeni yanaşma tələb edir

09:13
23 İyun

Ziyadxan bayraq aşiqi idi

09:10
23 İyun

44 gün bir əlində cərrah bıçağı, bir əlində avtomat oldu

09:05
23 İyun

Yağışlar baramaçılığa təsir etsə də...

09:00
23 İyun

"Azərbaycanda alman memarlığı"

08:55
23 İyun

Kəndlinin çörəyi öz əlindədir

08:50
23 İyun

Aqrar Təlim Mərkəzi Xocalı və Ağdərədə növbəti təlim proqramlarına başlayıb

08:45
23 İyun

Hacıqabul Sənaye Parkında 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib

08:43
23 İyun

Torpağa bağlananda bolluq da olur, güzəran da

08:40
23 İyun

Xəzərin "yara"sı bağlanıb, suları durulub

08:35
23 İyun

Hamı Samux əriyinin sorağına gəlmişdi

08:30
23 İyun

İİB-nin Bakı toplantıları, startap müsabiqəsi və regional aqrar müşavirələr  

08:25
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!