23 İyun 2026 08:15
137
İQTİSADİYYAT
A- A+
Orta dəhliz boyunca problemlər araşdırılır

Orta dəhliz boyunca problemlər araşdırılır


Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib ki, Orta dəhliz boyunca nəqliyyat infrastrukturunun daha koordinasiyalı və prioritet şəkildə inkişaf etdirilməsi zəruridir.

Nazir müavini həmçinin vurğulayıb ki, dəhlizdən faydalanmaq potensial olaraq iqtisadi mərkəzə çevrilmək və daha yüksək gəlir əldə etmək imkanları yaradır: "Koordinasiyalı infrastruktur investisiyası əsas ön şərt olaraq qalsa da, Orta dəhlizin tam potensialı yalnız rəqəmsal və yumşaq əlaqəlilik tədbirlərində paralel irəliləyiş vasitəsilə reallaşdırıla bilər. Bu istiqamətdə mühüm addım keçən il Prezident fərmanı ilə yaradılmış vahid pəncərə informasiya sisteminin tətbiqidir. Bu təşəbbüslər nəqliyyat operatorlarını, limanları, gömrük orqanlarını və digər maraqlı tərəfləri vahid rəqəmsal ekosistemə inteqrasiya etmək, kağızsız prosedurları, real vaxt rejimində yük izləməsini və fasiləsiz məlumat mübadiləsini təmin etmək məqsədi daşıyır".

R.Hümmətov onu da qeyd edib ki, Azərbaycan Orta dəhlizi və bütün nəqliyyat ekosisteminin dayanıqlılığını gücləndirmək məqsədilə böyük infrastruktur layihələrinin icrasını sürətləndirir: "Mühüm bir mərhələ 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton Bəyannaməsinin imzalanması ilə başlandı.  Belə ki, 15 milyon ton gözlənilən tutumu ilə Zəngəzur dəhlizinin (TRIPP) yaradılmasına doğru mühüm addım atıldı. Ölkəmiz Orta dəhlizin qlobal  marşruta  çevrilməsi və daha çox yüklərin daşınması üçün daim yeni həll yolları arayır. Azərbaycan bu istiqamətdə bir neçə irimiqyaslı infrastruktur həlli təşəbbüsünü irəli sürüb. Məsələn, Bakı limanının ikinci mərhələdə genişləndirilmə işlərini aparmaqla illik tutumu 25 milyon ton yükə çatdırmaqla konteyner daşımasının 500 000 TEU-ya qaldırılması nəzərdə tutulur. Bu, həmçinin azad iqtisadi zona daxilində ixtisaslaşdırılmış aviasiya klasterinin yaradılmasını, milli dəmir yolu şəbəkələrinin tam elektrikləşdirilməsi və modernizasiyasını, eləcə də yeni yüksəktutumlu magistral yolların və dəmir yolu xətlərinin inşasını əhatə edir. Belə infrastrukturun təkmilləşdirilməsi Orta dəhlizə olan beynəlxalq və institusional marağı artırıb".

Bu informasiyanı təsadüfən xatırlatmadıq. Dünyada baş verən gərgin geosiyasi proseslər yeni ticarət marşrutlarının axtarışına səbəb olub. O üzdən Asiya ilə Avropa arasında etibarlı yeni marşrutun yaradılması zərurəti ortaya çıxıb. Bununla bağlı Orta dəhlizin üzərindən aparılan ticarət əməliyyatlarının həcmini üçqat artırmaq üçün 10 prioritet layihə açıqlanıb. Mərkəzi Asiya üçün prioritet vəzifələrdən biri Almatı şəhəri ətrafından keçən dəmir yolu xəttinin tikintisidir. Hazırda bütün yük qatarları ölkənin ən böyük şəhərinin mərkəzi hissəsindən keçir. Yeni dəmir yolu xəttinin tikintisi şəhərin nəqliyyat qovşağına düşən yükü əhəmiyyətli dərəcədə azaltmağa, həmçinin qatarların hərəkət sürətini artırmağa imkan verəcək.

Eyni zamanda Özbəkistan və Qazaxıstan arasında yeni dəmir yolu marşrutunun açılması yükgöndərənlərə birbaşa istədikləri istiqamətlərdən istifadə etmək imkanı verəcək. Bu, ticarət tərəfdaşlarını sərhəd keçidlərində uzunmüddətli yubanmalardan xilas edəcək. Hazırda sərhədi keçmə proseduru xeyli vaxt aparır. 

Ekoloji amil xüsusi diqqətə layiqdir: iqlim dəyişiklikləri nəticəsində Xəzər dənizinin su səviyyəsi aşağı düşməkdə davam edir. Bu isə limanların fəaliyyətinə mənfi təsir göstərir. Odur ki, Aktau limanının yükaşırma səmərəliliyini artırmaq üçün avadanlıqların yenilənməsinə və yanalma qurğularının potensialının artırılmasına kəskin ehtiyac var.

Yeni reallıqlar marşrut boyunca bir sıra problemlərin olduğunu da üzə çıxarır. İlk növbədə Qara dəniz regionunda əsas problem Gürcüstanda çatdırılma müddətlərinin artmasına səbəb olan lokomotivlərin çatışmazlığını aradan qaldırmaqdır. Yeni vaqonların və dartı hərəkət heyətinin alınması bütün dəhlizin buraxılış qabiliyyətini və ümumi iş səmərəliliyini prinsipial şəkildə artırmağa imkan verəcək. Paralel olaraq, yerli stansiyanın genişləndirilməsi və Axalkalaki-Türkiyə sərhəd sahəsində dəmir yolu infrastrukturunun modernləşdirilməsinin həyata keçirilməsi də vacibdir.

Dəniz limanlarında da genişmiqyaslı yenidənqurma işlərinin görülməsi tələb olunur. Gürcüstanın Poti limanı 2023-cü ildən öz buraxılış imkanlarını tükədib. Limanda icra olunacaq yenidənqurma işləri onun dəniz yükləri üçün yükaşırma gücünün artırılması, daha çox sayda konteyner gəmisinə xidmət göstərməyə və konteynerlərin tranzit vaxtını azaltmağa imkan verəcək. Mütəxəssislər hesab edirlər ki, Orta dəhlizin dəmir yolu infrastrukturunda təxirəsalınmaz həll tələb edən ən kritik məhdudiyyətli yer Sivas-Qars-Gürcüstanla sərhəd sahəsidir və onun modernləşdirilməsi ən qısa müddətdə həyata keçirilməlidir.

İstanbul ərazisində logistik sıxlıqların qarşısını almaq üçün Üçüncü körpü vasitəsilə Bosfor boğazı üzərindən yüksək buraxılış qabiliyyətli yerüstü dəmir yolu xəttinin tikintisi nəzərdə tutulur. Avropa istiqamətində Rumıniya və Bolqarıstanın liman və dəmir yolu infrastrukturuna irimiqyaslı investisiyaların qoyulması zərurəti yaradır ki, bu da həmin ölkələrin Mərkəzi Avropa ilə daxili və transsərhəd nəqliyyat əlaqələrini möhkəmləndirməyə imkan verəcək.

Nəhayət, Orta dəhliz boyu onuncu ən mühüm tədbir ticarət şəraitinin kompleks yaxşılaşdırılmasına nail olmaqdır. Bunun üçün sərhəd prosedurlarının idarə edilməsinin təkmilləşdirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və bütün proseslərin rəqəmsal transformasiyasının sürətləndirilməsi həyata keçirilməlidir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Problem tam həllini tapacaq

09:30
23 İyun

“Abad həyət” layihəsi köhnə məhlələrə yeni həyat verir

09:25
23 İyun

Kəndimizdə yaşamaq getdikcə daha rahat olur

09:20
23 İyun

Qalib Azərbaycan əsgərı başımızın tacıdır

09:15
23 İyun

Müasir dövrdə kənd təsərrüfatının inkişafı yeni yanaşma tələb edir

09:13
23 İyun

Ziyadxan bayraq aşiqi idi

09:10
23 İyun

44 gün bir əlində cərrah bıçağı, bir əlində avtomat oldu

09:05
23 İyun

Yağışlar baramaçılığa təsir etsə də...

09:00
23 İyun

"Azərbaycanda alman memarlığı"

08:55
23 İyun

Kəndlinin çörəyi öz əlindədir

08:50
23 İyun

Aqrar Təlim Mərkəzi Xocalı və Ağdərədə növbəti təlim proqramlarına başlayıb

08:45
23 İyun

Hacıqabul Sənaye Parkında 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib

08:43
23 İyun

Torpağa bağlananda bolluq da olur, güzəran da

08:40
23 İyun

Xəzərin "yara"sı bağlanıb, suları durulub

08:35
23 İyun

Hamı Samux əriyinin sorağına gəlmişdi

08:30
23 İyun

İİB-nin Bakı toplantıları, startap müsabiqəsi və regional aqrar müşavirələr  

08:25
23 İyun

Prezident İlham Əliyevin innovativ davamlı inkişaf siyasətində dövlət qulluğunun strateji rolu

08:20
23 İyun

Orta dəhliz boyunca problemlər araşdırılır

08:15
23 İyun

"İƏT tədbirinin Bakıda keçirilməsi Azərbaycanın islam dünyasında artan nüfuzunu əks etdirir

08:10
23 İyun

"Parlament diplomatiyası Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir"

08:05
23 İyun

Böyük qayıdış və Azərbaycanın strateji gələcəyi

08:00
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!