09 May 2026 08:10
130
SİYASƏT
A- A+
Vətənə və xalqa həsr olunan ömür

Vətənə və xalqa həsr olunan ömür


Hər bir xalqın və dövlətin taleyində lider amili müstəsna rol olnayır. Məhz cəsarətli, uzaqgörən və təəssübkeş liderlərin sayəsində ayrı-ayrı xalqlar çətinliklərdən qurtularaq nicat tapıblar.  Bu mənada Heydər Əliyev Azərbaycan və xalqımız üçün kimdir sualının cavabı çox genişdir. Ümumiləşmiş olaraq, Ulu Öndərimizin həyatını bütünlüklə xalqa, dövlətə, Vətənə həsr olunan ömür kimi səciyyələndirə bilərik. Bu gün ümummilli səviyyədə dərk olunur ki, Heydər Əliyev Azərbaycan üçün bütün zamanların ölməz Lideri olaraq yaşayacaq. Bu parlaq şəxsiyyət-Liderin yeri və rolu, qoyduğu silinməz izlər respublika həyatının bütün sahələrində real olaraq  aydın görünür.

Ulu Öndər Heydər Əliyev uzaqgörən olduğu qədər də milli təəssübkeş idi, bu Vətənin, xalqın oğlu olduğuna görə sonsuz qürur duyurdu. Heydər Əliyev Azərbaycana bir-birindən fərqli qütblərdə dayanan iki ideoloji formasiyada rəhbərlik edib. Lakin şərait, ideoloji tələblər müxtəlif olsa da, Heydər Əliyevin milli ruhu və uzaqgörənliyi onun Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə - istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində respublikamızın böyük uğurlar əldə etməsinə yol açıb. Keçmiş sovet dövrü milli respublikalar, o cümlədən də Azərbaycan üçün bir sıra qadağalarla səciyyələnirdi. 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev isə rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Ulu Öndər Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş ittifaqın aqrar region çərçivəsindən çıxardaraq yüksəktexnologiyalı sənaye inkişafına istiqamətləndirdi. Eyni zamanda milli-mədəni irsin xalqın özünüdərk hissinin yüksəlməsində rolunu yüksək qiymətləndirən Heydər Əliyev ənənələrin qorunub saxlanılmasını, Bakıda ədəbiyyat və incəsənət xadimlərinə abidələrin ucaldılmasını, klassik şair və yazıçıların əsərlərinin nəşrini daim diqqət mərkəzində saxlayırdı ki, bütün bunlar da insanlarda milli mənsubiyyətə görə sonsuz qürur yaradırdı. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca "Müasir Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı. Heydər Əliyevin azərbaycanlı gəncləri keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərməsi uzaqgörənliyin və milli təəssübkeşliyin zirvə nöqtəsi sayıla bilər. Ümumilikdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 17-18 minədək yüksəkixtisaslı azərbaycanlı mütəxəssis hazırlandı. Həmin mütəxəssislər sonradan müxtəlif sahələrdə çalışmaqla müstəqil dövlət quruculuğuna öz töhfələrini verdilər.

Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən bütün dünya azərbaycanlılarının ümummilli ideologiya ətrafında birləşdirilməsi, xalqın milli-mənəvi vəhdətinə nail olunması qırmızı xətt kimi keçirdi. 1982-ci ildə keçmiş ittifaq dövlətinin rəhbərliyinə irəli çəkilən Heydər Əliyev doğma vətəndən kənarda yaşasa da, Azərbaycanın inkişafını və problemlərini diqqət mərkəzində saxlayırdı. 1987-ci ildə isə keçmiş SSRİ rəhbərliyində tutduğu vəzifələrdən getməsinə baxmayaraq, Heydər Əliyevin qəlbi yenə də Azərbaycanla döyünürdü. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda törədilən qanlı faciəni xatırlayaq. 20 Yanvar qətliamı imperiya qüvvələri tərəfindən törədilmişdi. Belə vəziyyətdə Heydər Əliyev heç nədən çəkinməyərək, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda törədilən qırğını qətiyyətlə pislədi.

Tale elə gətirdi ki, həmişə Azərbaycanın müstəqilliyini arzulayan, bütün şüurlu fəaliyyətini bu istiqamətdə quran Ulu Öndər Heydər Əliyev respublikamızın  müstəqilliyini qorumaq missiyasını da elə özü yerinə yetirdi. Heydər Əliyevin Azərbaycanın real müstəqilliyinə nail olmaq üçün açıq müstəvidə mücadiləsi onun həyatının Naxçıvan dövründən başladı. Xatırlayaq ki, muxtar respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Onun çağırışı ilə Naxçıvanın  1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaratdı.

Sonrakı mərhələdə - 1993-cü ilin yayından etibarən Ümummilli Liderimiz Azərbaycan naminə fəaliyyətini Bakıda davam etdirdi.  O dövrün mənzərəsini göz önündə canlandıraq. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi  səciyyələndirən əsas cəhətlər idi. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi.

Respublikanın gələcəyi üçün həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Heydər Əliyev şəxsi həyatı  üçün təhlükələrə baxmayaraq,  bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi və bu gəliş respublikamızın qurtuluş tarixinin başlanğıcı oldu. Az sonra ölkə prezidenti seçilən Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu.  Ölkə sabitliyə, inkişafa və sosial rifaha istiqamətləndi.

Ulu Öndər Heydər Əliyevin ən böyük amalı Azərbaycanın müstəqilliyinin qorunması və ərazi bütövlüyümüzün təmin olunması idi. Onun qəlbində Ermənistanın işğalına son qoyulacağına, ərazi bütövlüyümüzün gec-tez bərpa olunacağına, xalqımızın Şuşaya, Kəlbəcərə, Laçına, Ağdama və digər yurd yerlərimizə qayıdacağına böyük inam var idi. Heydər Əliyevin səyləri və diplomatik məharəti sayəsində 1994-cü ilin mayında atəşkəsə nail olunması, eləcə də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycana öz gücünü səfərbər etmək, iqtisadiyyatını gücləndirmək və yüksək döyüş qabiliyyətinə malik ordu qurmaq üçün imkanlar açdı.

2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyev Ulu Öndərimizin siyasətini davam etdirərək ötən dövrdə bu imkanlardan səmərəli istifadə etməklə respublikamızı yeni inkişaf mərhələsinə yüksəltdi. Respublikamızda müasir ordu formalaşdırıldı. Ölkəmiz ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına da məhz yaradılan potensial sayəsində öz gücünə nail oldu.

Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin varisliyini yüksək səviyyədə təmin etməklə güclü Azərbaycan formalaşdırmağa nail olub. Hazırda respublikamız dünyaya nümunəvi inkişaf modeli təqdim edir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkədə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır.

Ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən Azərbaycan yenə də kənardan dəstək almadan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirir. Göz önündə yeni, daha abad, daha müasir Qarabağ və Şərqi Zəngəzur formalaşır. Bütün bunlar isə o anlama gəlir ki, Azərbaycanda Heydər Əliyev ideyaları yaşayır və bundan sonra da yaşayacaq!


Samir VƏLİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Adını "Şəhid" yazan kəşfiyyatçı

09:10
09 May

Azərbaycan faşizmə qarşı dözümsüz olduğunu 1941-1945-ci illərdə də sübut etmişdir

09:05
09 May

Qorxmaz döyüşçü, vətənpərvər müəllim

09:00
09 May

Qüdrətli yol

08:55
09 May

Tarixin silinməz yaddaşı

08:50
09 May

Xəritə manipulyasiyaları reallıqları dəyişmək gücündə deyil 

08:47
09 May

Seçim erməni xalqınındır: barış, yoxsa savaş

08:45
09 May

Azərbaycanla əməkdaşlıq Avropanın gələcək enerji hədəflərinə uyğundur

08:40
09 May

Avropa Parlamentinin riyakar mövqeyi şəxsi ambisiyalara xidmət edir

08:35
09 May

BNF-yə Azərbaycanın rəhbərliyi dövrü başa çatdı

08:30
09 May

Tarix yazan Lider

08:27
09 May

Heydər Əliyev: zaman, şəxsiyyət və əbədiyyət

08:25
09 May

Zəfər ordusunun təməlini Heydər Əliyev qoymuşdur

08:20
09 May

Xilaskarlığın Naxçıvandan başlanan missiyası 

08:15
09 May

Vətənə və xalqa həsr olunan ömür

08:10
09 May

Azərbaycanın qürur salnaməsi

08:05
09 May

Azərbaycana etimad və maraq çox yüksəkdir

08:00
09 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:21
09 May

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:20
09 May

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 395-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:19
09 May

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:18
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!