09 May 2026 08:55
840
Mədəniyyət
A- A+
Qüdrətli yol

Qüdrətli yol


Zəngilanın dağlarla əhatələnmiş Qaragöl kəndinin gözəlliyini sözlə ifadə etmək mümkün deyil. Bu torpaq həm də qəhrəmanların ruhunun rişələndiyi yerdir. Burada göylərə ucalan ağacların görkəmi də göz doydurur, könül açır. İllah da palıd ağacları...

Onu tanıyanlar belə deyir: Qüdrət təbiətin bir parçasıdır. 1921-ci ilin yazında, təbiət oyanarkən bu kənddə gəlib dünyaya. Ad insanın xarakterini müəyyənləşdirir. Qüdrət qüdrət xarakteri ilə ayları il, illəri ömür edib. Bu adı şərəflə daşıya-daşıya yaşayıb. Bu adın yükünü həm döyüşdə, həm zəhmətdə ləyaqətlə çəkib. Qüdrət Bəndəliyev bir kənddə doğulsa da, bir elin qəhrəmanı ola bildi. Hələ məktəbdə oxuyarkən təhsilini yarımçıq qoyub kolxozun ağır işlərinə getmişdi. Sonra Şayıflı kənd orta məktəbində natamam təhsil almışdı.

Xatırlayıram, 1985-ci ildə 1941-1945-ci illər müharibəsində qələbənin 40 illiyi münasibətilə "Kənd həyatı" qəzetinin "Şöhrət" ordenli həmyerlilərimiz" rubrikası üçün qəzetin əməkdaşı yaxın dostum Lətif Babayevə (Şüküroğluna) və mənə (1981-ci ildən 1989-cu ilədək "Kənd həyatı"nın ştatdankənar müxbiri kimi fəaliyyət göstərmişəm) birlikdə Qüdrət Bəndəliyev haqqında yazı hazırlamaq tapşırılmışdı. Mən Zəngilan rayon partiya komitəsi tərəfindən bu təsərrüfata təhkim olunduğuma görə sovxozun ərazisinə yaxşı bələd idim, işçilərini adbaad tanıyırdım. Qüdrət Bəndəliyev briqadir olduğuna görə təsərrüfat işlərinə yekun vurulanda hər dəfə onunla da görüşüb yaxından söhbət etmək imkanım olurdu.

1985-ci il aprelin 29-da səhər tezdən Bakı-Qafan qatarı ilə Şayıflıya gəldik. Sovxozda təsərrüfat briqadiri işləyən qəhrəmanımız haqqında lazımi məlumatları əldə etdik. Sonra briqadanın iş yerində olduq. Hərtərəfli tanımağa imkan yarandı. 

Qüdrət Bəndəliyevlə söhbətlərimizdən yaddaşımda çox hadisələr qalıb: Gəncliyinin ən gözəl çağında müharibəyə çağırılıb. 1941-ci ilin dekabrında döyüşlərə gedib. Kimsədən fərqlənmək istəməsə də, fərqlənib, cəsur, igid əsgər kimi tanınıb. 1943-cü ilin fevralınadək Uzaq Şərqdə xidmət edib. Qarlı, qaranlıq sərhədlərdə xidmət edən Qüdrət düşmənin üzünü görmədən hər an döyüşə hazır vəziyyətdə dayanıb. Həmin illər onun xarakterini formalaşdıran, ruhunu polad kimi möhkəmlədən dövr olub.

O vaxtlar SSRİ-nin başqa yerlərində - qan içində boğulan ərazilərində onun kimi on minlərlə döyüşçüyə ehtiyacı vardı. Qüdrət də 1943-cü ilin fevralında tarixin ən qanlı döyüş ünvanlarından birinə - Stalinqrad cəbhəsinə göndərildi. Stalinqrad döyüşləri həm də sınaq idi, ölümün, səbrin, dözümün sınağı. Burada Qüdrət təkcə güllə atmağı deyil, ümidlə yaşamağı da öyrəndi.

Stalinqrad döyüşlərində tarixi qələbədən sonra o, bir qrup silah yoldaşları ilə birlikdə Oryol-Kursk istiqamətində gedən döyüşə göndərilir. Bu döyüşlərdə sanki zaman dayanmışdı. Qüdrət bu savaşda təkcə canıyla deyil, ruhuyla da döyüşdü. 

Az sonra sovet qoşunlarının zəfər yürüşləri başladı. Bir-birinin ardınca Avropanın onlarca şəhər və kəndi faşist işğalından azad edildi. Buxarest uğrundakı döyüşlərdə fərqləndiyinə və göstərdiyi qorxmazlığa görə Qüdrət "İgidliyə görə" medalı ilə təltif olundu. 

Onun döyüş yolu Macarıstandan da keçib. Macarıstan ərazisində döyüşən 6-cı tank diviziyasının kəşfiyyat dəstəsinə xüsusi tapşırıq verilib: Yaxınlıqdakı körpünü düşmənin partlatmasına imkan verməmək. Üç nəfərlik dəstənin rəhbəri çavuş Qüdrət Bəndəliyev təyin edilib. Kəşfiyyatçılar körpünü partlatmaq istəyən iki düşmən zabitini tutub hərbi hissəyə gətiriblər. Qüdrət Bəndəliyev Budapeştin azad edilməsi uğrundakı döyüşlərdə göstərdiyi igidliyə görə 3-cü dərəcəli "Şöhrət" ordeni ilə təltif edilib. Sonra "Qırmızı Ulduz" ordeninə layiq görülüb. Cəsur döyüşçü Almaniya təslim olduqdan sonra Çexoslavakiyaya hücuma keçən hitlerçi diviziyanın zərərsizləşdirilməsində də iştirak edib, Uzaq Şərqdə yapon militaristlərinin darmadağın edilməsində də. Döyüş əməliyyatlarında göstərdiyi igidliyə görə "Yaponiya üzərində qələbə" medalı alıb.

1946-cı ilin sentyabrında tərxis edilib Qaragöl kəndinə qayıdan Qüdrət kolxozda anbardar, kənd sovetinin sədri işləyib. Amma bu vəzifələr ömrünü torpağa verən, sədaqətini torpaqda tapan, torpağın dilini bilən bir el adamının könlünə yatmırdı. O illər "kabinet işi" deyilən bir anlayış vardı. Bu anlayış müəyyən mənada rahat vəzifə demək idi. Bir sevdiyi kəlam var idi Qüdrət kişinin: "Torpaq deyir öldür məni, dirildim səni". Bu kəlamla illər yaşayan Qüdrət kişi el-obanın cavanlarına torpağı, Vətəni sevdirib. Cavanlar Qüdrət kişi ilə söhbətləşəndə elə bilərdilər ki, Vətən haqqında, torpaq haqqında bir əsər dinləyirlər. "Ən rahat kabinet torpaqdı, oğul. Torpağa dirsəklənən şöhrətə dirsəklənir, əli torpağa toxunan elə bilir ki, müqəddəsliyə toxundu. Torpağı əkib-becərənlərə rəncbər deyirlər. Mənə elə gəlir ki, bu söz torpağa ömür verən deməkdi...". Bu kəlamlar indi də yaddaşlardadır.

1964-cü ildən 1993-cü ilin oktyabrınadək sovxozda 1 nömrəli briqadaya rəhbərlik edən Q.Bəndəliyev son nəfəsinə kimi zəhməti ömrün mənası bildi. O, 1970-ci il oktyabrın 12-də "Rəşadətli əməyə görə" medalı, iki dəfə "Sosializm yarışının qalibi", "Kommunist əməyi zərbəçisi" döş nişanları ilə təltif edildi. Lakin onun üçün ən böyük mükafat insanların etimadı, el-oba sevgisi idi.

1995-ci il iyulun 4-də Bakıda dünyasını dəyişən Qüdrət Bəndəliyev, təkcə Qaragöl kəndinin deyil, bütün Zəngilanın yaddaşında əbədi yaşayır. Çünki onun yolu qüdrət, igidlik, zəhmət, sədaqət yolu idi.

  

Bayram MƏMMƏDOV,

istefada olan polkovnik-leytenant,  Əməkdar müəllim

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

09:31
30 May

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur 

09:24
30 May

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

09:10
30 May

Çinin “Şencou-21” missiyasının astronavtları Yerə qayıdıblar 

23:39
29 May

Müstəqillik Günü San-Pauloda xüsusi işıq proyeksiyası və vizual nümayişlə qeyd olunub

22:36
29 May

Vladimir Putin: Ukraynadakı vəziyyət döyüş meydanında müəyyənləşir

22:19
29 May

Vladimir Putin Ermənistanın Aİİ-dən mümkün çıxışına münasibət bildirib  

21:57
29 May

BMT-nin Baş Qərargahında Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

21:12
29 May

Xankəndidə çay və qəhvə festivalı 

20:31
29 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!