09 May 2026 08:30
521
İQTİSADİYYAT
A- A+
BNF-yə Azərbaycanın rəhbərliyi dövrü başa çatdı

BNF-yə Azərbaycanın rəhbərliyi dövrü başa çatdı


Bir il gələcəyin nəqliyyat sisteminin qurulmasında mühüm mərhələ oldu


Bəri başdan deyək ki, Beynəlxalq Nəqliyyat Forumu  (BNF) qlobal əməkdaşlığın, təcrübə mübadiləsinin və innovativ strategiyaların  müzakirə olunduğu platformadır. Tədbir ölkələr arasında nəqliyyat siyasətinin koordinasiyasını gücləndirir, təhlükəsiz, davamlı və səmərəli nəqliyyat sistemlərinin yaradılmasına yol açır. Bundan başqa, statistik məlumatları toplayır və təhlil edir, eləcə də ölkələr arasında təcrübə mübadiləsinə imkan verir. 

Məlumat üçün onu da bildirək ki, BNF 2006-cı ildə yaradılıb və Baş qərargahı Parisdədir. Forumun fəaliyyəti əsasən 70-dən çox üzv dövlətin  nəqliyyat sahəsindəki siyasətlərini əlaqələndirmək və təkmilləşdirmək üzərində qurulub. Hər il təşkil olunan konfrans və toplantılar fikir mübadiləsi və strateji qərarların formalaşmasına zəmin yaradır. Forumun iş prinsipləri hərtərəfli və davamlıdır. Avtomobil, dəmir yolu, hava və su nəqliyyatı sahələrində hazırlanan tövsiyələr ictimaiyyət və dövlət qurumları üçün yol göstərən bir mənbədir. BNF  hər il keçirilir və ən böyük tədbiri "İllik forum" adlanır. Bu forum adətən mayın sonunda və ya iyunun əvvəlində təşkil olunur.  Bir neçə gün davam edən tədbirin   gündəmində əsasən qlobal nəqliyyat siyasəti, təhlükəsizlik, ekoloji davamlılıq və texnoloji inkişaf mövzuları yer alır.

Forum bu il Azərbaycanın prezidentliyi ilə mayın 6-8-də Almaniyanın Leypsiq şəhərində keçirilib. Azərbaycanın prestijli bir tədbirə  rəhbərlik etməsi ölkəmizin regional və beynəlxalq nəqliyyat sahəsində strateji mövqeyini gücləndirir. Leypsiqdə toplaşan nazir və ekspertlər qlobal miqyasda əhəmiyyətli qərarlar və tövsiyələr üzərində fikir mübadiləsi apararaq, gələcəyin nəqliyyat siyasətinin əsas istiqamətlərini müəyyənləşdiriblər. Tədbir  "Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi" mövzusunda keçirilən sammitlə yekunlaşıb. Qeyd edək ki, ötənilki sammitdə  2025 - 2026-cı illər üzrə BNF-yə prezidentlik Çilidən Azərbaycana  ötürülüb. Azərbaycan bu vəzifəyə 2023-cü ildə üzv dövlətlərin yekdil qərarı ilə seçilib və prezidentlik missiyasını üzərinə götürüb.

Azərbaycanın rəhbərliyi dövründə qazanılan uğurlar forum iştirakçılarının diqqət mərkəzində olub. Nəqliyyat Nazirləri Şurasının 18-ci iclasında isə iki əsas siyasət tövsiyəsi qəbul edilib: beynəlxalq yükdaşımaların rəqəmsallaşdırılması və şəhər nəqliyyatının inkişafı. Bu təşəbbüslər beynəlxalq nəqliyyatın sürətli, şəffaf və dayanıqlı olması, eləcə də inklüziv və davamlı şəhərlərin formalaşmasına xidmət edir. "İnkişafın sütunları  - idarəetmə, innovasiya və əməkdaşlıq" mövzusunda keçirilən açıq görüş də səmərəli olub. Ölkəmizin təşəbbüsü ilə ilk dəfə təşkil olunan prezidentliyin brifinqində Azərbaycan nümayəndə heyəti həyata keçirilən işlər barədə beynəlxalq mediaya məlumat verib. Unutmadan onu da deyək ki,  Qana, Panama və Peru təşkilata yeni üzv kimi qoşulublar.

BNF-yə prezidentlik dövrü başa çatan ölkəmiz həmin  mərhələni yüksək nəticələrlə yekunlaşdırıb. Azərbaycanın bu etimada layiq görülməsi, əlbəttə ki, təsadüfi deyil. Onun beynəlxalq əməkdaşlıqda fəal rolunun, nəqliyyat sahəsində artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının təbii nəticəsidir. Rəhbərlik dövründə Azərbaycanın təşəbbüsü ilə bir sıra mühüm beynəlxalq tədbirlər təşkil edilib və qlobal nəqliyyata fayda verən strategiyalar irəli sürülüb. Özəlliklə də  "Beynəlxalq yükdaşımaların rəqəmsallaşdırılması" və "Şəhər nəqliyyatının təkmilləşdirilməsi" kimi siyasət tövsiyələri üzv dövlətlər tərəfindən məmnunluqla qəbul edilib. Eyni zamanda ölkəmizin "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərində həyata keçirdiyi strateji layihələr və islahatlar yüksək qiymətləndirilib, Azərbaycanın bu dəhlizlərdə açar ölkə  rolu vurğulanıb.

Prezidentlik dövründə  Azərbaycan  rəqəmsallaşma, dayanıqlı və "ağıllı nəqliyyat" sistemlərinin tətbiqini, eləcə də geniş coğrafiyada əməkdaşlıq və investisiya imkanlarını artırıb, ölkəmizin Avrasiyada strateji mövqeyini bir qədər də  möhkəmləndirib. Forum çərçivəsində müəyyən edilmiş beş əsas prioritet ön planda yer alıb: beynəlxalq nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması, şəhər nəqliyyatının optimallaşdırılması, yeni üzvlərin cəlb olunması, beynəlxalq yükdaşımalar üçün icazələrin genişləndirilməsi və bilik mübadiləsi.

Bütün bunlar göstərir ki, Azərbaycanın BNF-yə uğurlu rəhbərliyi onu qlobal nəqliyyat sahəsində daha  fəal və nüfuzlu mövqeyə çıxarıb. Qlobal miqyasda səmərəli, təhlükəsiz və ekoloji cəhətdən davamlı nəqliyyat sistemlərinin yaradılmasına yönəlmiş strateji missiyasını uğurla həyata keçirib. Bu da ona dəlalət edir ki, topladığı təcrübə gələcəkdə Azərbaycanın beynəlxalq platformalarda yeni təşəbbüslərlə çıxış etməsinə zəmin yaradacaq. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb

11:37
17 İyun

Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb

11:36
17 İyun

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

11:35
17 İyun

Bu ilin beş ayında sığortaedənlərin sayı açıqlanıb

11:21
17 İyun

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır  

11:16
17 İyun

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

11:07
17 İyun

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

11:07
17 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

11:01
17 İyun

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

10:57
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq  

10:48
17 İyun

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

10:41
17 İyun

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

10:39
17 İyun

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb  

10:31
17 İyun

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

10:23
17 İyun

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

10:08
17 İyun

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq  

10:07
17 İyun

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

10:03
17 İyun

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb  

10:01
17 İyun

Azərbaycan nefti 82 dollara satılır

09:57
17 İyun

Ermənistanda seçkisonrası siyasi gərginlik davam edir

09:55
17 İyun

"Azərenerji"də qanvermə aksiyası keçirilib

09:50
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!