Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya resurs bazalarının ölkənin analoji informasiya sistemləri və ehtiyatlarına inteqrasiyasının mövcud vəziyyətinin müzakirəsi ilə bağlı Baş nazir Ceyhun Cəlilovun sədrliyi ilə videoformatda müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan Baş nazir bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin 2022-ci ilin sonundan etibarən Naxçıvan Muxtar Respublikasında idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı verdiyi tapşırıqların fundamentində dayanan əsas məsələ ölkənin müvafiq mərkəzi icra və icra orqanlarının proseslərə inteqrasiyasıdır. Bu həm hüquqi, normativ, hüquqi bazanın inteqrasiyaya uyğunlaşması və təşkilati məsələlərin inteqrasiyasıdır. Cənab Prezidentin tapşırıqları ilə bu istiqamətdə ölkədə çox böyük islahatlar həyata keçirilib. Əsaslı dəyişikliklər, elə məhz proseslərin avtomatlaşdırılması, əlçatanlığın təmin edilməsi və elektron reyestrlər, resurslar hesabına vətəndaşlara dövlət xidmətlərinin ən rahat və sadə üsulla göstərilməsindən ibarət olmuşdur. Ölkədə həyata keçirilən bu islahatların Naxçıvan Muxtar Respublikasında da tətbiqi davam edir. Bu istiqamətdə ötən 2 il ərzində xeyli işlər görülmüşdür. Artıq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən xidmətlər üzrə “Asan indeksi”in nəticələri müsbət dinamikada davam edir.
Bütün qurumlar göstərdiyi dövlət xidmətlərini və proseslərini elektronlaşdırmalı, avtomatlaşdırmalı, ölkənin müvafiq informasiya resurslarına inteqrasiyasını daha da sürətləndirməlidir:- deyən Baş nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 2024-cü il 24 fevral tarixində müvafiq sərəncam imzalandı və sərəncamda qeyd edildi ki, ölkənin dövlət orqanları tərəfindən formalaşdırılmış informasiya sistemlərinə və ehtiyatlarına Naxçıvan Muxtar Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən proseslərin inteqrasiyası məqsədilə müvafiq təhlillər həyata keçirilsin və cari vəziyyəti təhlil edilsin.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Nazirlər Kabinetinə müxtəlif icra orqanları tərəfindən 104 xidmətlə bağlı məlumatlar daxil edildiyini diqqətə çatdırıb.Qeyd edilib ki, artıq ölkədə tətbiq edilən islahatların nəticəsində formalaşdırılmış informasiya sistemi Naxçıvan Muxtar Respublikasında müəyyən istiqamətlərdə tətbiq edilir. Bir sıra istiqamətlərdə bəzi pilot layihələri muxtar respublikada həyata keçirilib ölkəyə ötürmək təşəbbüsü irəli sürülməlidir.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri Süleyman Nemətov çıxış edərək bildirib ki, Daxili İşlər Nazirliyində vətəndaşlar dövlət xidmətləri haqqında ətraflı məlumat əldə etmək imkanlarının şəffaf və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə 25 dövlət xidməti elektron reystrdə qeydiyyata alınmışdır. Vətəndaşlara göstərilən dövlət xidmətlərindən 6-sı Daxili İşlər Nazirliyi, 7-si Asan Xidmət Mərkəzi, 8-i Dövlət Yol Polisi İdarəsi, 3-ü ərazi polis orqanlarında, 1-i mühafizə idarəsi tərəfindən həyata keçirilir. Qeyd olunan dövlət xidmətlərin vətəndaşlara əlçatanlığının təmin edilməsi məqsədilə elektron reyestrə məlumat yerləşdirilmişdir.Həmçinin digər dövlət qurumlarının informasiya ehtiyyatları sisitemləri ilə inteqrasiya edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov qeyd etmişdir ki,Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin idarə etdiyi Lisenziya və icazələr portalında Naxçıvan bölməsinin yaradılması və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyaların və vətəndaşların müraciətlərinin portala daxil edilməsi üzrə işlər aparılmaqdadır. Rəqəmsal sənəd dövriyyəsi alt sisteminin yaradılması üçün yeni server avadanlıqları alınmış və Nazirlikdə mövcud daxili sənəd dövriyyəsi (DOCNET) sistemi yeniləndikdən sonra, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və onun struktur bölmələri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və onun struktur bölmələri arasında birbaşa sənəd dövriyyəsi təmin ediləcəkdir. Hal-hazırda daxili sənəd dövriyyəsinin qurulması davam etdirilir və cari ilin aprel ayı ərzində yekunlaşması gözlənilir.
Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə qeyd edib ki, ümumilikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 159 xidmət göstərilir ki, Naxçıvan Muxtar Respublikasında 141 xidmət tam şəkildə tətbiq edilir. Bunlardan 83-ü elektron, 42-i praktik qaydada həyata keçirilməkdədir. Muxtar respublika üzrə bütün məlumat bazası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sisteminə tam şəkildə inteqrasiya olunmuş, muxtar respublikanın bütün rayonlarında qeyd olunan bütün istiqamətlər üzrə bir pəncərə və e-sosial internet portalı vasitəsi ilə açılış şəraitində xidmət edilməkdədir.
Növbəti dövrdə qeyd olunan istiqamət üzrə işlərin davam etdirilməsinin zəruruiliyi vurğulanmış,Nazirlər Kabineti tərəfindən inteqrasiyanın davamlı aparılması üçün zəruri resursların cəlb ediləcəyi bildirilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidməti
“Azeri Light” markalı neft bahalaşıb
Daha iki itkin-şəhidin dəfn mərasimi olacaq
Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb
Vəkilliyə namizədlərlə görüşdə peşə nüfuzunun yüksəldilməsindən danışılıb
Zelenski: Ukrayna 3000 km məsafə qət edə bilən dronunu uğurla sınaqdan keçirib
Fransada irqçilik, ksenofobiya və din əleyhinə cinayətlər artıb
Azərbaycan 2024-cü ildə terror hadisəsi qeydə alınmayan ölkələr sırasındadır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak ediblər YENİLƏNƏCƏK
Lənkəranda zəlzələ olub
MN: Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub
Ürək çatışmazlığında innovativ həllər
Ağ Evdən növbəti qərar
Sorağı əsrlərə yetəcək soyqırımı
Çiçək ətirli bahar gəlir
Tarixi keçmişimizi, adət-ənənələrimizi özündə yaşadan müqəddəs bayram
Torpaq çərşənbəsi
Ermənistanda biznesə vergi terroru
Avropa Parlamentinin ölkəmizə qarşı növbəti qərəzi
AP-nin qətnaməsi anti-Azərbaycan ritorikasının pik həddidir
Azərbaycan hava nəqliyyatında da mühüm tranzit ölkəyə çevriləcək
Hökumət hesabat verdi
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!