Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il ötən ilə nisbətən daha çox olmaqla 420 mindən çox şəxsin aktiv məşğulluq proqramlarına cəlb edilməsi hədəflənib.
Bu barədə nazirlikdə keçirilən növbəti infosessiyada qeyd edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əsas prioritetlərdən biri olaraq son illər həmin proqramların ildən-ilə genişləndirilməsi sahəsində mühüm addımların atıldığını və qarşıdakı dövrdə də prosesin davam etdiriləcəyini vurğulayıb.
İnfosessiyada son bir ildə Agentliyin ümumilikdə 400 mindən çox şəxsi aktiv məşğulluq proqramlarına cəlb etdiyi, onlardan 160 min nəfər işsiz və işaxtaran şəxsin işlə təmin olunduğu bildirilib. Həmçinin 15,6 min şəxsin peşə hazırlığına cəlb edildiyi diqqətə çatdırılıb. Bu il isə qurumun işlə təminat göstəricisinin 165 minə çatdırılmasının nəzərdə tutulduğu bildirilib. İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 86 faizinin məşğulluğunun təmin edildiyi, bu sahədə tədbirlərin davam etdirildiyi qeyd olunub. Həssas qrupların əmək bazarına çıxışının dəstəklənməsi, məşğulluq tədbirləri üzrə rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi sahələrində görülən işlər diqqətə çatdırılıb.
Nazirliyin tabeliyində DOST İş Mərkəzinin fəaliyyətindən, haqqı ödənilən ictimai işlər proqramının icrası işlərindən bəhs olunub. Həmin proqramın ilkin peşə bacarıqları, ixtisası olmayan işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyasında əhəmiyyəti və müxtəlif qurumlarla birgə layihələrin proqrama cəlb edilənlərin ilkin peşə bacarıqları qazanmasına imkan yaratdığı bildirilib.
Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın sorğu-monitorinq, təhlil-tədqiqat, qiymətləndirmə və təlim-inkişaf istiqamətləri üzrə gördüyü işlərin nəticələri, o cümlədən əmək bazarının araşdırılması çərçivəsində sorğuların və təhlillərin aparılması tədbirləri və hədəfləri diqqətə çatdırılıb. Həmin sahələrdə görülən işlər və hədəflər müzakirə olunub.
Sorağı əsrlərə yetəcək soyqırımı
Çiçək ətirli bahar gəlir
Tarixi keçmişimizi, adət-ənənələrimizi özündə yaşadan müqəddəs bayram
Torpaq çərşənbəsi
Ermənistanda biznesə vergi terroru
Avropa Parlamentinin ölkəmizə qarşı növbəti qərəzi
AP-nin qətnaməsi anti-Azərbaycan ritorikasının pik həddidir
Azərbaycan hava nəqliyyatında da mühüm tranzit ölkəyə çevriləcək
Hökumət hesabat verdi
Azərbaycan Cənubi Qafqaza dayanıqlı sülh və sabitlik gətirmək istəyir
Beynəlxalq təşkilatlar ya çox zəifləyib, ya da iflic vəziyyətinə düşüblər
İlham Əliyevdən Ermənistana barış çağırışı
Qarabağda bayram havası
Heydər Əliyev qətiyyətinin təntənəsi
ERMƏNİ YALANLARININ ANATOMİYASI
X.R.Vəliyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar cəmiyyəti ASCO-nun Dəniz Nəqliyyat Donanmasının inzibati binasının pilləkən pillələrinə və pəncərə mailliklərinə mərmərin quraşdırılması xidmətlərinin (material və işçilik daxil) satın alınması məqsədilə müsabiqə elan edir
Levon Mnatsakanyan: Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi – MƏHKƏMƏ
Elm və təhsil naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib
MN: Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!