07 May 2026 08:35
101
Mədəniyyət
A- A+
Böyük irsin salnaməsi

Böyük irsin salnaməsi


Tanınmış jurnalist Aslan Aslanovun "Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri" I kitabı nəşr edilib. Kitabda Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdə keçirdiyi görüşlərin, qəbulların, iclasların, xarici ölkələrə səfərlərinin pərdəarxası maraqlı anlarından bəhs olunur. Müəllif AZƏRTAC-ın əməkdaşı kimi həmin anlara şahidlik edib.

Kitaba yazdığı "Canlı salnaməçidən dövlətçilik tariximizə obyektiv baxış" adlı ön sözdə siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb ki, böyük dövlət xadimi, bütün zamanların nəhəng siyasətçilərindən biri olan Heydər Əliyevin dövlətçilik və siyasi irsinin öyrənilməsi və öyrədilməsi həmişə aktuallıq kəsb edib və edəcəkdir: "Əldə etdiyimiz tarixi Zəfərdən sonra bu irsin tədqiq edilməsi, gənc nəslə və qalib xalq statusunda yenidən formalaşdırılan milli yaddaşımıza dolğun və obyektiv əsaslarda yenidən təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bizi qalib ölkəyə çevirən siyasi paradiqmalar, milli dövlətçilik prinsipləri, ümummilli ideoloji əsaslar məhz Heydər Əliyev tərəfindən müəyyənləşdirilərək mühüm siyasi irs kimi xalqımıza miras qoyulub".

Ömrünün 30 ili AZƏRTAC-la bağlı olan müəllif həmin illər ərzində Heydər Əliyevin dövlət quruculuğu və idarəetmə prinsiplərini, xarici siyasətinin əsaslarını yaxından müşahidə edib. Aslan Aslanov kitabda "Heydər Əliyev xilaskarlıq missiyasına necə başladı?" başlığı ilə oxucuları illər əvvələ aparır: "Əsrlərlə müstəqilliyini arzuladığımız, bunun üçün canımızdan, qanımızdan keçməyə hazır olduğumuz ölkə insanların gözü qarşısında parçalanıb dağılmağa doğru gedirdi. Millətin başbilənləri, alimləri, müəllimləri, yazıçıları, lap elə fəhlələri də, vəzifəsi olan, olmayan da həyəcan keçirirdi. Şəhidlərin qanı-canı bahasına əldə olunmuş müstəqil dövlətimiz uçurumun bir addımlığında idi". Belə bir zamanda Elmlər Akademiyasının Rəyasət Heyətində Heydər Əliyevlə keçirilən görüşdə AZƏRTAC-ın əməkdaşı kimi iştirak etmiş Aslan Aslanov Ümummilli Liderin çıxışını belə yada salıb: "Səsi indi də qulaqlarımda əks-səda verir: 

- Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Azərbaycanda vəziyyət çox gərgindir, ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalıb, hər gün qan tökülür. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi, digər tərəfdən daxili çəkişmələr ölkəni ağır vəziyyətə salıb. Biz BMT Təhlükəsizlik Şurasının, böyük dövlətlərin və bütün beynəlxalq təşkilatların Azərbaycanı müharibə şəraitindən çıxarmaq, işğal olunmuş torpaqlarını geri qaytarmaq üçün səylərini artırmasını istəyirik.

Bayaqdan Heydər Əliyevin sözlərini diqqətlə dinləyən diplomatlar qələm-dəftər çıxarıb qeydlər etməyə başladılar".

Kitabda "Gənc respublikanı dünya arenasına necə çıxardı?" başlığı ilə Ümummilli Liderin çox çətin, mürəkkəb bir dövrdə bu istiqamətdə gördüyü böyük işlərdən də bəhs edilib. Müəllif yazır ki, dünyanın diqqətini Azərbaycana cəlb etmək Heydər Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən biri idi və o, zəngin təcrübəyə malik dövlət xadimi, mahir diplomat kimi bu məqsədinə addım-addım nail olurdu.

Kitabda "Çoxlarına dərs olan dövlət quruculuğu və diplomatik məharət" başlığı ilə Ümummilli Liderin müstəqillik və suverenlik yolu ilə inamla addımlayan Azərbaycanın dünya siyasi və iqtisadi məkanında böyük nüfuz sahibi olan ölkələr ilə birbaşa əlaqələrinin qurulmasına, bir çox sahələrdə yeni yaranmış əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verməsindən bəhs olunub. "Çox qısa müddətdə müasir dövlət quraraq dünyanı heyrətə saldı" başlığı altında isə Heydər Əliyevin hakimiyyəti dövründə respublikamızın neft strategiyası və həyata keçirdiyi digər taleyüklü məsələlərdən söz açılıb. Müəllif yazıb: "Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk iki il hakimiyyət böhranının aradan qaldırılması istiqamətində atılan addımlar və sabitləşdirici tədbirlərlə yanaşı, dövlət başçısının xarici ölkələrə intensiv səfərləri ilə də səciyyəvidir. Zəngin gündəliyə malik hər bir səfər gənc respublikanın dünyada daha çox tanınmasında, ayrı-ayrı ölkələrlə əlaqələrin qurulmasında, yaxud mövcud əməkdaşlığın genişləndirilməsində, nüfuzlu beynəlxalq təşkilatların xalqımızın haqq işinə, ədalətli mövqeyinə dəstəyinin artmasında əvəzsiz rol oynayırdı". Həmin illərin istər milli dövlətçiliyin təşəkkül tapması, istərsə də məqsədyönlü xarici siyasətin formalaşdırılması baxımından diqqət çəkdiyini qeyd edən müəllif vurğulayıb ki, uğurlu diplomatik gedişlər sayəsində Azərbaycana hörmət və rəğbət getdikcə artır, dünyanın qapıları üzümüzə daha geniş açılırdı.

Qeyd edək ki, Aslan Aslanovun qələmə aldığı "Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri" yalnız xatirələr toplusu deyil, həm də Heydər Əliyevin zəngin siyasi irsinin canlı və dolğun salnaməsidir. Müəllifin illər boyu birbaşa şahidi olduğu hadisələr əsasında hazırladığı bu nəşr müstəqil Azərbaycanın formalaşma mərhələlərinə obyektiv baxış təqdim edir və oxucunu həmin dövrün ictimai-siyasi mənzərəsi ilə yaxından tanış edir. Kitab həm tarixə maraq göstərənlər, həm də  dövlətçilik və diplomatiya sahəsində biliklərini artırmaq istəyənlər üçün dəyərli mənbədir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Nəbatat bağında gənc rəssamların sərgisi keçirilib

09:30
07 May

Zəmanə uşaqları

09:25
07 May

Nəsibə Zeynalova qüdrətində sənətkar hər xalqa nəsib olmur

09:20
07 May

Azərbaycanda orqanik kənd təsərrüfatı məhsulları istehsalı: problemlər, perspektivlər

09:15
07 May

Torpaqdan texnologiyaya - Azərbaycan aqrobiznesində yeni dövr

09:13
07 May

Bir məkan, üç sərgi, 450-yə yaxın şirkət

09:10
07 May

Makron rəsmi Bakının tezislərini təkrarlayır

09:05
07 May

Kaya Kallasın səfəri Azərbaycan-Aİ əməkdaşlığının strateji məzmununu göstərir

09:00
07 May

Azərbaycanın mədəniyyət zirvəsi

08:55
07 May

Bakı-Roma əməkdaşlığı Avropanın enerji təhlükəsizliyini formalaşdıran mühüm vasitədir

08:50
07 May

Azərbaycanın parlament diplomatiyası

08:45
07 May

Azərbaycan-İtaliya münasibətləri yeni mərhələdə

08:40
07 May

Böyük irsin salnaməsi

08:35
07 May

"Biz Heydər Əliyevdən hər gün öyrənirdik"

08:30
07 May

Elmi əsaslar üzərində optimal inkişaf konsepsiyasının yaradıcısı

08:25
07 May

Tarixi missiyanın uğurları

08:20
07 May

Xalqın taleyinə yazılmış imza: Heydər Əliyev fenomeni

08:15
07 May

Heydər Əliyev strategiyası: zəfərin başlanğıcı

08:10
07 May

Əbədiyaşar Liderin tükənməz irsi: etibarlı gələcəyin sağlam bünövrəsi

08:05
07 May

Hadisələri qabaqlamaq məharəti

08:00
07 May

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

03:22
07 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!