07 May 2026 09:13
269
İQTİSADİYYAT
A- A+
Torpaqdan texnologiyaya - Azərbaycan aqrobiznesində yeni dövr

Torpaqdan texnologiyaya - Azərbaycan aqrobiznesində yeni dövr


Azərbaycan aqrobiznesi indi tarixi bir dönüş nöqtəsindədir. Ənənəvi torpaq təsərrüfatından "ağıllı texnologiyaların" tətbiqi və innovativ texnologiyalara keçid ölkənin kənd təsərrüfatını məhsul istehsal edən sahədən dayanıqlı və rəqabətqabiliyyətli aqro-ərzaq ekosisteminə çevirir. Burada hər bir səpin, əkin,  investisiya və innovasiya yalnız məhsul üçün deyil, həm də iqtisadi inkişaf, ərzaq təhlükəsizliyi və kənd yerlərinin davamlı rifahı üçün atılan strateji addımdır. Süni intellekt, rəqəmsal idarəetmə sistemləri və "ağıllı kənd təsərrüfatı" Azərbaycan fermerlərini qlobal bazara çıxarmaq və əlavə dəyər yaratmaq imkanı ilə təmin edir.

Bu yeni dövrdə dünən Bakıda  fəaliyyətə başlayan "Caspian Agro Week" sərgisi çərçivəsində V Aqrobiznesin İnkişafı Forumu  kənd təsərrüfatı və aqrobiznes sahəsində ölkənin gələcək inkişaf perspektivlərini müzakirə etmək üçün geniş imkan yaradır. Forumda texnologiyalar, investisiya imkanları və dayanıqlı inkişaf modelləri ilə bağlı fikir mübadiləsi aparılır, kənd təsərrüfatı siyasətinin gələcək prioritetləri müəyyənləşdirilir. Tədbirin əsas məqsədi yalnız kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq deyil, həm də bütün dəyər zənciri olan istehsal, emal, logistika, maliyyə və bazara çıxış imkanlarını  bir platformada birləşdirərək aqrobiznesin  dayanıqlı inkişafını təmin etməkdir. Belə yanaşma ölkədə aqrar sektorun rəqabətqabiliyyətini artırmaq, yüksək əlavə dəyər yaradan məhsullar istehsal etmək və beynəlxalq bazarlarda mövqeləri gücləndirmək üçün mühüm rol oynayır.

Regionun aparıcı aqrar platformalarından biri kimi mövqeyini möhkəmləndirmiş, əvvəllər "Caspian Agro" adlanan sərgi ilk dəfə bu il yeni konseptdə  -  "Caspian Agro Week" formatında təşkil olunub. Regionun ən nüfuzlu platformalarından olan "Caspian Agro Expo"  artıq, sadəcə, texnologiyaların nümayiş olunduğu məkan deyil. Bu genişmiqyaslı platforma strateji dialoq, tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq üçün mühüm mərkəzə çevrilib. 

Bu gün də davam edən forum çərçivəsində milli aqro-ərzaq gündəliyi üzrə prioritet mövzulara, yəni ərzaq təhlükəsizliyi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf məsələlərinə  diqqət yetirilir. Burada dayanıqlı və rəqabətqabiliyyətli aqro-ərzaq sistemlərinin formalaşdırılması, rəqəmsal transformasiya və süni intellektin kənd təsərrüfatına tətbiqi, fermerlərin iqlimə davamlı təcrübələrə keçidinin sürətləndirilməsi, eləcə də investisiya və ixrac imkanlarının genişləndirilməsi kimi vacib mövzular müzakirə olunur. Bunlarla yanaşı, forum iştirakçıları kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və resursların səmərəli idarə olunması yollarını da müzakirə edirlər. Diskussiyalarda fermerlərin maliyyə imkanlarının genişləndirilməsi, sığorta və kredit mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin kənd təsərrüfatı məhsullarının yerli və beynəlxalq bazarlara çıxışının asanlaşdırılması məsələləri çıxışlarda yer alır. Forum həmçinin gənc fermerlərin və yeni sahibkarların aqrobiznes ekosisteminə inteqrasiyasını, eləcə də yerli istehsalın keyfiyyət və rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir. Beləliklə, bu tədbir yalnız texnologiyaların təqdimatı üçün deyil, eyni zamanda strateji dialoq, təcrübə mübadiləsi və aqrar siyasətin gələcək prioritetlərinin müəyyənləşdirilməsi üçün mühüm platforma rolunu oynayır.

Qeyd edək ki,  aqrobiznes yerli və qlobal səviyyədə kənd təsərrüfatının dayanıqlı və rəqabətqabiliyyətli olmasını təmin edən kompleks ekosistemdir. Müasir aqrobiznes ənənəvi fermer təsərrüfatından fərqli olaraq, texnologiya və elmi biliklərə  əsaslanır. Burada "ağıllı kənd təsərrüfatı" prinsipləri, rəqəmsal transformasiya və süni intellektin tətbiqi əhəmiyyətli rol oynayır. Belə yanaşma məhsul istehsalının artırılması ilə yanaşı,  əlavə dəyərin yaradılmasını, emal və logistika proseslərinin optimallaşdırılmasını, eləcə də ixrac potensialının gücləndirilməsini təmin edir.

Aqrobiznes eyni zamanda sosial və iqtisadi məqsədlərə xidmət edir. O, fermerlərin gəlirlərini artırmaq, kənd yerlərində məşğulluğu genişləndirmək, ərzaq təhlükəsizliyini təmin etmək və iqtisadiyyatın şaxələndirilməsinə töhfə vermək imkanına malikdir. Dövlət və özəl sektorun birgə fəaliyyəti sayəsində aqrobiznes ekosistemi formalaşır ki, bu da ölkənin kənd təsərrüfatı potensialını maksimum dərəcədə reallaşdırmağa imkan yaradır. Qısaca desək, aqrobiznes kənd təsərrüfatının bütün mərhələlərini birləşdirən, innovasiya və texnologiya ilə dəstəklənən, iqtisadi, sosial və strateji əhəmiyyət daşıyan geniş iqtisadi sahədir. 

Bu mənada ölkədə aqrobiznesin inkişaf istiqamətləri və əldə olunan nəticələr barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun V forumda  dünənki təqdimatı mühüm rol oynayır. Nazir vurğulayıb ki, aqrobiznesin inkişafı ölkənin aqrar siyasətinin əsas sütunlarından biri olmaqla, davamlı iqtisadi artımın və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsində strateji rol oynayır: "Bu istiqamətdə həyata keçirilən islahatlar və dəstək mexanizmləri artıq konkret nəticələr verməkdədir. Təkcə 2025-ci ildə fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası ödənilib, on minlərlə istehsalçı dövlət dəstəyi ilə əhatə olunub. Eyni zamanda güzəştli kredit və lizinq mexanizmləri vasitəsilə aqrar sahəyə 100 milyon manatdan artıq maliyyə resursu yönəldilib, minlərlə fermerin, aqrar sahibkarların fəaliyyəti dəstəklənib. Bununla yanaşı, biz kənd təsərrüfatında rəqəmsallaşmanı və innovasiyaları prioritet istiqamət kimi inkişaf etdiririk. Elektron xidmətlərin genişləndirilməsi, məlumatlara əsaslanan qərarvermə sistemlərinin tətbiqi və süni intellekt əsaslı həllərin inkişafı fermerlərimizin məhsuldarlığını və dayanıqlığını artırmaq məqsədi daşıyır".

Forum çərçivəsində sahibkarlar, dövlət qurumları və beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsi reallaşdırıldı, innovativ texnologiyalar, rəqəmsal transformasiya, istehsalın səmərəliliyi və ixrac imkanları ilə bağlı mövzular ətrafında müzakirələr aparıldı. Bu tədbir həm də ölkədə aqrobiznesin dayanıqlı inkişafına, kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinə və yerli istehsalçıların beynəlxalq bazarlara çıxışına dəstək verir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB

14:11
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub

14:08
10 May

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

14:03
10 May

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib

14:00
10 May

Sülhə yönəlmiş strateji baxış və prinsipial mövqe  

13:57
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib

13:06
10 May

Samir Nuriyev: Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan uğurların miqyası heyrətamizdir

12:17
10 May

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

12:02
10 May

Prezident İlham Əliyev: Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm

11:53
10 May

Heydər Əliyev xalqımızın və dövlətimizin xilaskarıdır

11:17
10 May

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

11:02
10 May

Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür

11:02
10 May

Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir  

10:19
10 May

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir  

09:56
10 May

Heydər Əliyev irsinin işığında

08:50
10 May

Heydər Əliyev: işıqlı yolun banisi

08:48
10 May

Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi

08:45
10 May

Atəşkəsdən Zəfərə

08:43
10 May

Heydər Əliyevin ideyaları ilə formalaşan gənclik

08:40
10 May

Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı

08:35
10 May

Heydər Əliyevin Azərbaycanı informasiya cəmiyyətinə transformasiya etmək siyasəti: dünən və bu gün

08:30
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!