04 May 2026 20:02
175
Mədəniyyət
A- A+
ICESCO-nun qərargahında “Natəvan Mədəni İrs Mükafatı”nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub  

ICESCO-nun qərargahında “Natəvan Mədəni İrs Mükafatı”nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub  


Mayın 4-də Mərakeşdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında keçirilən “İslam dünyasında münaqişə və münaqişədən sonrakı dövrdə mədəni irsin idarə edilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi “Natəvan Mədəni İrs Mükafatı”nın (“Natavan Heritage Excellence Award”) ilk təqdimat mərasimi olub.

2025-ci ildə təsis olunan və Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şərəfinə adlandırılan mükafat maddi irsin qorunması və idarə edilməsi sahəsində qabaqcıl təcrübəni bölüşmək, təşviq etmək baxımından əhəmiyyət daşıyır. “Natəvan Mədəni İrs Mükafatı” ölkəmizin milli dəyərlərinin qorunmasını, humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Azərbaycanın ədəbi-mədəni irsinin təbliğində də xüsusi rol oynayır. Heydər Əliyev Fondu və ICESCO tərəfindən təqdim edilən bu mükafat, həmçinin azərbaycanlı şairənin xatirəsinə ehtiram olmaqla, Qarabağın zəngin mədəni irsini yaşadır.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, İordaniya şahzadəsi, Petra Milli İnam Fondunun prezidenti, Beynəlxalq Abidələr və Tarixi Yerlər Şurasının vitse-prezidenti Dana Firas iştirak ediblər.

İki ildən bir təqdim ediləcək “Natəvan Mədəni İrs Mükafatı” iki kateqoriyada - fərdi və layihə kateqoriyalarında qaliblərə verilir. Şərtlərə görə, layihə ICESCO-ya üzv ölkələrdən birində reallaşmalı, maddi-mədəni irsin qorunmasına və bərpasına yönəlməlidir.

Bu dəfə mükafata ICESCO-ya üzv ölkələrdən çoxsaylı müraciətlər daxil olmuş və onlardan 54-ü baxılmaq üçün qəbul edilmişdi. Beynəlxalq münsiflər heyətinin qərarı ilə “Layihə kateqoriyası” üzrə “Hebron/Əl-Xəlil Köhnə Şəhər Dükanlarının Bərpası: irsin qorunması və yerli iqtisadiyyatın canlandırılması üçün inteqrə olunmuş model” layihəsi üzrə Hebron Reabilitasiya Komitəsi (Fələstin) seçilib. Hebron/Əl-Xəlil köhnə şəhəri, o cümlədən İbrahim məscidi 2017-ci ildə UNESCO-nun Təhlükə Altında Olan Dünya İrs Siyahısına daxil edilib. Həmçinin 2020-ci ildə ICESCO-nun İslam Dünyası İrs Siyahısına salınıb və 2027-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub.

“Fərdi müraciət” üzrə isə İraq vətəndaşı Əyyub Thanun Yunis Əl-Faris qalib olub. Mosul İrs Fondunun təsisçisi və prezidenti olan Əyyub Thanun Yunis Əl-Faris İslam dünyasında ən çox zərər görmüş şəhər irsi mühitlərindən birində “irsin davamlılığı”nın nümunəsini göstərir. O, “Böhran dövründə mədəni irs üçün ilkin yardım” və “Dünya İrsi Gənc Peşəkarlar Proqramı” üzrə ixtisaslaşmış təlimlər keçib, UNESCO-nun Mosul təşəbbüsü üzrə səfiridir. Gənc mütəxəssis kimi onun bütün səyləri münaqişədən sonrakı çoxmillətli mühitdə kimliyin və sosial birliyin bərpasına yönəlib.

“İslam dünyasında münaqişə və münaqişədən sonrakı dövrdə mədəni irsin idarə edilməsi” mövzusunda beynəlxalq konfransda çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan ilə ICESCO arasında əlaqələr, o cümlədən 2024-cü ildə Şuşada Heydər Əliyev Fondu ilə ICESCO arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq layihələri barədə danışıb. O, multikulturalizm və tolerantlıq modeli ilə dünyada tanınan ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” seçildiyini, bunun ardından isə 2025-ci ildə ICESCO çərçivəsində “Natəvan Mədəni İrs Mükafatı”nın təsis olunmasının xüsusi əhəmiyyətini qeyd edib. ICESCO ilə səmərəli əməkdaşlıqda Azərbaycan Prezidenti İlham Əliyevin və ICESCO-nun xoşməramlı səfiri qismində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səylərinin bilavasitə rol oynadığı qeyd olunub.

Çıxış zamanı müasir dünyada baş verən çoxsaylı münaqişələr fövqündə İslam aləmində mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyinə toxunulub, bu istiqamətdə Heydər Əliyev Fondunun Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələr barədə iştirakçılara məlumat verilib. Erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarında dağıdılmış mədəni irs nümunələrinin bərpası istiqamətində Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa edilən tarixi abidələr, məscidlər barədə məlumat verilib.

Qeyd edilib ki, həyata keçirilən layihələr yalnız ölkə daxilini əhatə etmir. Fond beynəlxalq miqyasda, eləcə də Afrika qitəsində fəal iştirak edir. Xüsusilə ICESCO ilə əməkdaşlıq çərçivəsində Burkina-Fasoda və digər ölkələrdə təhsil sahəsində müxtəlif layihələr uğurla icra olunub.

Vurğulanıb ki, Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Xurşidbanu Natəvanın adını daşıyan mükafat mədəni irsin qorunmasında seçilən şəxslərə verilir. Xurşidbanu Natəvan öz həyatını Qarabağın çiçəklənməsinə həsr edib. O, yalnız poeziya və ədəbiyyat sahələrində deyil, həm də cəmiyyətin inkişafında mühüm rol oynayıb, xeyriyyəçilik fəaliyyəti ilə yadda qalıb.

Tədbir zamanı Heydər Əliyev Fondu tərəfindən şairə Xurşidbanu Natəvana həsr olunan Azərbaycan xalçası ICESCO qərargahına hədiyyə edilib.

“Natəvan Mədəni İrs Mükafatı”nın münsiflər heyətində təmsil olunan İordaniya şahzadəsi Dana Firas mükafatın, xüsusilə münaqişələr zamanı mədəni irs abidələrinin dağılma təhlükəsi ilə üzləşdiyi dövrdə əhəmiyyətini vurğulayıb. O, bir sıra məkanlarda, o cümlədən Hələb, Mosul, Tumbuktuda mədəni və tarixi irsin qorunmasında bir sıra uğurlu layihələrin və təşəbbüslərin həyata keçirildiyini diqqətə çatdırıb. Bu kontekstdə “Natəvan Mədəni İrs Mükafatı”nın təcrübə mübadiləsi, savadlılığın artırılması, İslam dünyasında uğurlu təşəbbüslərin təbliği baxımdan vaxtında irəli sürülmüş təşəbbüs olduğu qeyd edilib.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxışında bildirib ki, İslam dünyasının müxtəlif bölgələrində baş verən münaqişələr nəticəsində yüzlərlə milli irs nümunəsi ya zərər görüb, ya da tamamilə məhv edilib. O qeyd edib ki, Dünya İrs Siyahısına daxil olan 27-dən çox abidə hazırda ciddi təhlükə altındadır.

ICESCO-nun mədəni irsin qorunması və bərpası istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Baş direktor vurğulayıb ki, işğal dövründə Azərbaycanın Qarabağ bölgəsinə, o cümlədən Şuşa şəhərinə dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə xüsusi missiya göndərilib. Missiya çərçivəsində 120-dən çox tarixi və mədəni irs abidəsinə baxış keçirilib, onların qorunması və bərpası üçün hərtərəfli fəaliyyət planı hazırlanıb.

Bildirilib ki, təşkilat tərəfindən Suriya ərazisində də mədəni irs nümunələrinin mövcud vəziyyətini müəyyənləşdirmək məqsədilə yaxın vaxtlarda analoji missiyanın həyata keçirilməsi planlaşdırılır.

Sonda Salim əl-Malik qeyd edib ki, ICESCO Azərbaycanla, eləcə də Heydər Əliyev Fondu ilə əməkdaşlığa böyük önəm verir. O, Heydər Əliyev Fondunun Azərbaycanda mədəniyyət sahəsində mühüm və genişmiqyaslı layihələr həyata keçirməsinə də toxunub.

Konfransda çıxış edən Fələstin Dövlətinin turizm naziri Hani Al-Hayik Hebron şəhərinin bərpası üzrə layihənin qalib seçilməsi və bununla da bu layihəyə dəstək göstərilməsinə görə təşəkkürünü bildirib.

“Natəvan Mədəni İrs Mükafatı”nin ilk mükafatçıları təqdim olunan layihələrə göstərilən diqqətə və belə bir beynəlxalq mükafata layiq görülmələrinə görə ICESCO-ya və Heydər Əliyev Fonduna təşəkkür ediblər.

Daha sonra qonaqlar ICESCO nəzdində təşkil edilmiş Sultan Qabus Kitabxanası və münaqişə zonalarında bərpa layihələri üzrə ən yaxşı təcrübələrə həsr olunmuş fotosərgi ilə tanış olub. Sərgidə 30 ilə yaxın erməni işğalı altında olan ərazilərimizdə dağıdılmış tarixi-mədəni, dini abidələrin bərpası üzrə görülmüş işlər, bu istiqamətdə Heydər Əliyev Fondunun Qarabağda həyata keçirdiyi layihələrə dair fotolar yer alıb.

Konfrans çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin görüşü keçirilib. Görüş zamanı Azərbaycan və digər ölkələrdə gələcək birgə layihələr müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tərk edilmiş “SpaceX” raketi Aya düşəcək

21:13
04 May

Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar ASAN xidmət

21:03
04 May

İran ABŞ ilə yalnız münaqişəyə son qoyulmasını müzakirə etdiyini bildirib

20:57
04 May

Bank Azərbaycanın iştirakı ilə “yaşıl artım” layihəsini təsdiqləyib

20:53
04 May

Aİ-nin 20 milyardlıq süni intellekt planı tənqid hədəfində

20:51
04 May

Malidə hərbi hökumətin nəzarəti zəifləyə bilər

20:46
04 May

Avropada işıq pulu bahalaşa bilər

20:37
04 May

Avstraliya ilə Yaponiya enerji sahəsində əməkdaşlığı gücləndirir

20:29
04 May

Xatirələrimiz saxta ola bilər?

20:21
04 May

Qəhvə içərkən beynimizdə nələr dəyişir?  

20:13
04 May

İrana məxsus "Touska" gəmisinin heyəti Pakistana təhvil verilib

20:06
04 May

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

20:05
04 May

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub

20:04
04 May

ICESCO-nun qərargahında “Natəvan Mədəni İrs Mükafatı”nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub  

20:02
04 May

Fransada bütün tələbələr 1 avroluq nahar yeməyi hüququna malik oldu

19:59
04 May

Azərbaycan əczaçılıq sənayesinin inkişafı strateji prioritetdir

19:57
04 May

ABB “İlin ən yaxşı bankı” mükafatını 4-cü dəfə qazandı

19:54
04 May

Atlantik okeanında üzən gəmidə hantavirus şübhəsi

19:52
04 May

Lənkəranda tələbələr üçün “Müasir yatırım imkanları” Master Klass keçirilib

19:44
04 May

Amsterdamda ət və yanacaq reklamları qadağan edildi

19:41
04 May

Parkinson xəstəliyinə qarşı idmanın əhəmiyyəti

19:32
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!