07 May 2026 09:05
440
SİYASƏT
A- A+
Makron rəsmi Bakının tezislərini təkrarlayır

Makron rəsmi Bakının tezislərini təkrarlayır


Fransa rəhbərinin etirafları və Ermənistanın "proksi dövlət" reallığını dilə gətirməsi Azərbaycan liderinin strateji uzaqgörənliyini bir daha təsdiqləyir


Fransa Prezidenti Emmanuel Makronun İrəvanda Ermənistanın keçmişini "proksi dövlət" kimi xarakterizə etməsi siyasi tarixin arxivindəki bir çox vacib məqamları yenidən diqqət mərkəzinə çəkib. Əslində, bu konseptual yanaşma beynəlxalq münasibətlər sistemi üçün yeni sayılmamalıdır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev hələ illər öncəsindən Ermənistanın suveren qərarlar qəbul etmək gücündə olmadığını, bu ölkənin qlobal güclərin əlində bir alətə çevrilərək forpost funksiyasını yerinə yetirdiyini sistemli şəkildə diqqətə çatdırıb. 

Dövlətimizin başçısı ən mötəbər qlobal kürsülərdə və dünya mediasına verdiyi açıqlamalarda Ermənistanın dövlət müstəqilliyinin formal xarakter daşıdığını dəfələrlə vurğulayıb. Makronun indi eyni həqiqəti dilə gətirməsi rəsmi Bakının zamanında irəli sürdüyü tezislərin və dövlət başçısının siyasi təhlillərinin nə dərəcədə obyektiv olduğunu bir daha təsdiqləyir. Bu bəyanat həm də Azərbaycanın illər öncə formalaşdırdığı strateji tezislərin qlobal miqyasda qəbul olunmasının bariz nümunəsidir. Göründüyü kimi, Ermənistanın uzun illər boyu "müstəqil dövlət" obrazı arxasında gizlənən forpost reallığı ən yüksək tribunalardan etiraf edilir. Bu etiraf Ermənistanın keçmişi ilə yanaşı, eyni zamanda gələcək suverenlik imkanlarını ciddi sual altına qoyur. Azərbaycan tərəfi hər zaman vurğulayırdı ki, Ermənistanın idarəetmə, iqtisadiyyat və müdafiə sistemləri birbaşa kənar güclərin tam nəzarəti altındadır. 

Makronun çıxışında diqqətçəkən əsas məqamlardan biri 8 il əvvəlki mənzərəyə dair verdiyi açıqlamadır. O dövrdə avropalı dövlət adamlarının İrəvana səfər etməsinin mümkünsüzlüyünü xatırlatması Ermənistanın qlobal arenada nə dərəcədə məhdud manevr imkanlarına və zəif legitimliyə malik olduğunu ortaya qoyur. Müstəqillik yalnız bayraq və gerblə bitmir, bu, həm də dövlətin öz xarici siyasətini heç kəsdən asılı olmadan müəyyən etmək qabiliyyətidir. Ancaq Ermənistan bu keyfiyyətdən məhrum idi. 2018-ci ilin siyasi təlatümləri və Nikol Paşinyanın hakimiyyətə gəlməsi İrəvanın fərqli bir "yol xəritəsi" çızmaq cəhdi kimi qələmə verilirdi. Xüsusən "məxməri inqilab" sonrası Ermənistanın Qərbə tərəf meyillənməsi barədə fikirlər çoxalsa da, bu keçidin nə dərəcədə səmimi və qalıcı olması hələ də sual altındadır. Çünki onilliklər boyu hörülmüş təhlükəsizlik, enerji və iqtisadi asılılıq zəncirlərini qısa zamanda qırıb atmaq heç də asan deyildir. 

Fransa Prezidenti 44 günlük Vətən müharibəsi zamanı Ermənistana dəstək verdiyini bir daha etiraf edib: "Rusiya 2020-ci ildə sizə kömək etmədi. O, sizi tərk etdi. Fransa isə burada idi və indi də yanınızdadır". Bu etiraf həm də göstərir ki, 44 günlük Vətən müharibəsi dövründə Fransa tərəfsiz olmayıb, İrəvanın gizli və ya aşkar vəkili kimi çıxış edib. Makronun "Rusiya sizi tərk etdi" mesajı Ermənistan cəmiyyətindəki anti-Rusiya meyillərini qızışdırmağa hesablanıb. Fransa burada Ermənistana "təhlükəsizlik çətiri" vəd edərək, Moskvanın boşaltdığı yeri doldurmağa çalışır. Bu, regionun sülh və sabitliyi üçün yox, sırf Qərbin, xüsusilə Fransanın geosiyasi nüfuz dairəsini genişləndirmək üçün atılan bir addımdır. 

Parisin zaman-zaman məsələni BMT Təhlükəsizlik Şurasına (TŞ) daşımaq cəhdləri və sanksiya tələbləri də Azərbaycanın qazandığı hərbi-siyasi zəfəri diplomatik müstəvidə ləğv etmək cəhdi idi. Paris dəfələrlə Azərbaycan əleyhinə qətnamələr qəbul etdirməyə çalışsa da, bu cəhdlər rəsmi Bakının çevik diplomatiyası və müttəfiqlərinin dəstəyi ilə nəticəsiz qalıb. 

Makron və Ermənistan rəhbərliyi arasında imzalanan hərbi sazişlər regionun gələcək təhlükəsizlik dinamikasına birbaşa təsir edən addımlardır. Fransa bu sazişlərlə Ermənistanın ən böyük hərbi tərəfdaşına çevrilmək iddiasını ortaya qoyur. Paris Ermənistana mesaj verir ki, "Rusiya sizi qorumursa, biz sizi silahlandırırıq". Bu addımlar Ermənistanda revanşist meyilləri stimullaşdıra və regionda yeni silahlanma yarışına səbəb ola bilər. Azərbaycan bu cür hərbi sazişləri regionda sülh prosesinə maneə kimi qiymətləndirir. Ələlxüsus, Fransanın Ermənistana hücum xarakterli silahlar verməsi regionda kövrək olan sabitliyi poza bilər. 

Fransanın həm Ermənistanı açıq şəkildə silahlandırması, həm də "vasitəçi" olmaq iddiası siyasi və diplomatik paradoks təşkil edir. Beynəlxalq praktikada vasitəçilik missiyasını üzərinə götürən tərəf hər iki tərəfə eyni məsafədə durmalı və neytral hakim statusunu qorumalıdır. Lakin bir tərəfi silahlandıran dövlət, digər tərəflə danışıqlar masasında ədalətli ola bilməz. Ən əsası isə Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, regionda artıq üçüncü tərəflərə ehtiyac yoxdur. Bakı-İrəvan arasında birbaşa təmaslar və dialoq kanalları artıq işlək vəziyyətdədir və bu, kənar manipulyasiya riskini minimuma endirir. İndiki halda Fransanın vasitəçiliyi sülhə yox, gərginliyə xidmət edir. Parisin bu cür fəaliyyəti, əslində, regionda stabilliyi pozan amillərdir. 

Paris İrəvana "yanında olduğunu" desə də, reallıqda bu "dəstək" Ermənistana 2020-ci ildə heç bir praktiki üstünlük qazandırmadı. Deməli, Paris Ermənistana, sadəcə, illüziya və boş ümidlər satır. Azərbaycan beynəlxalq hüquqa söykənərək öz ərazi bütövlüyünü bərpa edib və regionda yeni reallıq yaradıb. 

Nəticə olaraq, Makronun çıxışları Fransanın Ermənistandan öz ambisiyaları üçün bir alət kimi istifadə etdiyini, Azərbaycanın isə həm döyüş meydanında, həm də diplomatik masada təkcə İrəvanla deyil, onun arxasındakı güclü himayədarlarla da mübarizə apardığını bir daha sübut edir. Makronun açıqlamaları həm də Azərbaycan diplomatiyasının illərdir dediyi "Fransa tərəflidir" arqumentini ən yüksək səviyyədə möhürləmiş oldu. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

09:31
30 May

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur 

09:24
30 May

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

09:10
30 May

Çinin “Şencou-21” missiyasının astronavtları Yerə qayıdıblar 

23:39
29 May

Müstəqillik Günü San-Pauloda xüsusi işıq proyeksiyası və vizual nümayişlə qeyd olunub

22:36
29 May

Vladimir Putin: Ukraynadakı vəziyyət döyüş meydanında müəyyənləşir

22:19
29 May

Vladimir Putin Ermənistanın Aİİ-dən mümkün çıxışına münasibət bildirib  

21:57
29 May

BMT-nin Baş Qərargahında Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

21:12
29 May

Xankəndidə çay və qəhvə festivalı 

20:31
29 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!