07 May 2026 08:20
403
SİYASƏT
A- A+
Tarixi missiyanın uğurları

Tarixi missiyanın uğurları


Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Həyatı daim xalq və haqq yolunda mübarizədə keçən, mütərəqqi tarixi şəxsiyyət olan Heydər Əliyev məhz özünün fitri istedadı, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxartmışdır.

Bu gün biz fəxrlə, böyük qürur hissi ilə deyirik ki, memarı Heydər Əliyevin olduğu milli dövlətçilik bizim ən böyük sərvətimizdir. Ümummilli Lider yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini onun iqtisadi azadlığı şərtləndirir. Ulu Öndərin islahatlar yolu ilə Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması siyasəti hələ Sovet İttifaqı zamanında - 1969-cu ildən Heydər Əliyevin ölkəyə rəhbərliyi ilə başlanan böyük tarixi missiyanın əsas istiqamətlərindən idi. O zaman Azərbaycan Sovet İttifaqının tərkibində olsa da, Ümummilli Liderin milli məfkurəyə əsaslanan siyasəti sayəsində sürətli inkişaf yolu keçmiş, bütün sahələr üzrə iqtisadi quruculuğa və yüksək göstəricilərə nail olunmuşdur. Heydər Əliyev gələcəyə hesablanmış müdrik siyasət yürüdərək, SSRİ-nin tərkibində müxtəlif əngəllərə baxmayaraq, milli iqtisadiyyatımızı formalaşdırmağa, inkişaf etdirməyə və ittifaq tərkibində ən öncül yerlərdən birinə yüksəltməyə, iqtisadi baza və infrastruktur, eləcə də bu sahədə güclü milli kadr potensialı yaratmağa müvəffəq olmuşdur.

1993-cü  ilin  iyununda  xalqın təkidli  tələbi ilə  respublikada siyasi rəhbərliyə qayıdan Heydər Əliyev yeni tarixi  şəraitdə  iki  mühüm vəzifənin - Azərbaycan  dövlətçiliyinin  məhv olmaq  təhlükəsinin  aradan  qaldırılması, dövlət  müstəqilliyimizin  qorunub  saxlanması və demokratik  dövlət  quruculuğunun  həyata  keçirilməsi  vəzifələrinin həlli  istiqamətində  cahanşümul  işlərə  başladı. Müdrik rəhbərimizin  gərgin əməyi, səriştəsi,  böyük  təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində  tarixən  qısa zaman kəsiyində dövlət  müstəqilliyimizin  dönməz  xarakter alması təmin olundu, demokratik  hüquqi  dövlət  quruculuğunun  möhkəm təməli  qoyuldu, siyasi, bunun ardınca isə makroiqtisadi sabitlik bərqərar olundu. Sosial-siyasi vəziyyətin ağır olmasına baxmayaraq, Ulu Öndər tərəfindən nəticəsi sonralar bilinəcək tədbirlər  görülməyə  başlandı. Həmin il Heydər Əliyevin Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran "Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik" sözlərini bütün xalq bir çağırış kimi qəbul etdi. 

Ulu Öndərin "Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram" kəlamı xalqın yaddaşında əbədi həkk olunmuşdur. 

Azərbaycanın müstəqilliyin ilk illərində qarşısında duran ən mühüm və strateji əhəmiyyətli vəzifələrdən biri iqtisadi tənəzzülün və böhran meyillərin qarşısını almaq, maliyyə sabitliyini təmin edərək əhalinin sosial rifahını yaxşılaşdırmaq idi. Buna isə yalnız uzaqgörən, zəngin təcrübəyə, çoxtərəfli biliyə və vətənpərvər, öz fəaliyyətində milli maraqlara söykənən liderin siyasəti sayəsində nail olmaq mümkün idi. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi strategiya qarşıya qoyulan hədəflərə çatmağa, sosial-iqtisadi dirçəlişə nail olmağa imkan verdi. 

Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən edən milli inkişaf doktrinası hazırlandı. 1994-cü il iyunun 21-də Prezident sarayında respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində Ulu Öndər demişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

Ümumiyyətlə, Heydər Əliyevin iqtisadi baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə çarpır: 1) iqtisadiyyatın bütün sahələrində islahatlar  aparmaq və bu  islahatlar vasitəsilə ölkə iqtisadiyyatını inkişaf etdirmək. 

2) mövcud iqtisadi potensialdan istifadənin səmərəsini  təxirə salmadan yüksəltmək, onun  dağılmasına yol verməmək və bu potensialın bütün Azərbaycan  xalqının sərvəti kimi respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına  yönəltmək. 

Heydər Əliyevin islahatları  dünya təcrübəsində  müşahidə etdiyimiz bütün  proqramlardan  əsas  bir əlaməti ilə fərqlənir: onun islahatlar keçirdiyi  ölkə dörd bir tərəfdən  blokada, müharibə və sosial  sarsıntılar (qaçqınlar problemi) içərisində  olmasına baxmayaraq, Azərbaycanı 1993-cü ildən 1997-ci ilin iqtisadi artımına ardıcıl  siyasi və iqtisadi  addımlar həyata keçirməklə gətirmişdir.

Çox böyük əhəmiyyəti olan beynəlxalq  kontraktların  bağlanması, dünya  ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi, Azərbaycana investisiya axınının güclənməsi, iqtisadi inteqrasiyanın dərinləşməsi və sairə məhz Heydər Əliyevin müdrik daxili  və xarici siyasətinin məntiqi nəticəsi kimi mümkün olmuşdur.

Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Ölkə Prezidenti kimi fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan cənab İlham Əliyev "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm" söyləyərək vədini real işlərlə doğrultdu.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirən Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini yaradıb. Bu model beynəlxalq aləmdə böyük maraq doğurur və əksər ölkələr üçün örnəyə çevrilmişdir. Hamının marağına səbəb olan inkişafın, dövlətçiliyin Azərbaycan modeli özündə bir sıra mühüm prioritetləri birləşdirir. Bu prioritetlərə ilk növbədə ictimai-siyasi sabitlik və təhlükəsizlik, balanslaşdırılmış xarici və daxili siyasət, hüquqi dövlət quruculuğu, çevik idarəetmə mexanizminin tətbiqi və təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı daxildir.

Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılmasının artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması, misilsiz tarixi qələbəmiz, 30 il işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticəsidir. Yürüdülən məqsədyönlü, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir. Ayrı-ayrı dövlət proqramlarında, Böyük qayıdış strategiyasında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır.

Ölkəmizin tərəqqisinin əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır. Bu danılmaz bir həqiqətdir ki, Azərbaycanın indiki zənginliyi, intibahı Ümummilli Lider Heydər Əliyevin ideyalarının Prezident İlham Əliyevin yeni dövrün çağırışlarından çəkinməyən, əksinə, onları mahiyyətcə zənginləşdirən cəsarətli, çevik və milli maraqlarımıza yönəlik siyasəti sayəsində həyata keçməsinin nəticəsidir. 


Vahid NOVRUZOV, 

YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pəncab əyalətinin Baş nazirinin müavini: Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur  

13:15
19 May

Sabah hava əsasən yağmursuz olacaq

13:14
19 May

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 149-cu kitabı çapdan çıxıb

13:13
19 May

Malayziya mediası: WUF13 Bakıda qlobal şəhərsalma əməkdaşlığını gücləndirir

13:12
19 May

WUF13-də “Yaşıl evlər, yaşıl eyvanlar: İqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası

13:11
19 May

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı: WUF13 dünyamızı daha dayanıqlı yerə çevirmək üçün fürsətdir

13:08
19 May

Sosial inklüzivlik və mənzil təminatı cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynayır

12:59
19 May

WUF13: “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim təşkil olunub - YENİLƏNİB

12:43
19 May

Qarabağda postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri WUF13-də təqdim olunub - YENİLƏNİB  

12:37
19 May

Moldova xəbər portalı Prezident İlham Əliyevin WUF13-ün rəsmi açılış mərasimindəki çıxışına geniş yer ayırıb  

12:23
19 May

Rusiyada nüvə qoşun bölmələrinin təlimi başlayıb

12:13
19 May

Avrokomissar: Qlobal mənzil böhranından ən çox əziyyət çəkən gənclərdir

12:04
19 May

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları xidmətinin bərpası barədə razılığa gəlib  

12:01
19 May

Asiman İlyasov: WUF13 BDU-nun tələbə və gənc tədqiqatçıları üçün böyük imkanlar yaradır  

11:58
19 May

DSMF-nin fəaliyyət istiqamətləri üzrə 67 minə yaxın elektron arayış alınıb

11:52
19 May

Prezidentin xüsusi nümayəndəsi: Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksinin tikinti işlərinin 40 faizi yekunlaşıb  

11:51
19 May

Tramp: ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər var

11:46
19 May

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

11:45
19 May

UN-Habitatın xoşməramlı səfirinə Azərbaycanda şəhid ailələrinin xanımlarına göstərilən dəstək barədə məlumat verilib  

11:44
19 May

Dünya Gözdən Əlillər Birliyinin prezidenti: Fiziki məhdudiyyətli insanların evlə təmin olunması əlçatan olmalıdır VİDEO  

11:32
19 May

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

11:28
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!