06 May 2026 22:52
115
Mədəniyyət
A- A+
Bakıda “Qazaxıstan-Azərbaycan: Mədəniyyətlərin Dialoqu” sərgisi açılıb

Bakıda “Qazaxıstan-Azərbaycan: Mədəniyyətlərin Dialoqu” sərgisi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində Qazaxıstan Respublikası Abılxan Kasteyev adına Milli İncəsənət Muzeyinin kolleksiyasından əsərlərin nümayiş olunduğu “Qazaxıstan - Azərbaycan: Mədəniyyətlərin Dialoqu” beynəlxalq sərgisinin açılışı olub. Layihə Azərbaycan Mədəniyyət Nazirliyi, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Milli İncəsənət Muzeyinin 90 illik yubileyinə təsadüf edir.

Azərbaycan Milli İncəsənət Muzeyi müstəqillik dövründə ilk dəfə olaraq keçmiş ittifaq respublikalarının rəssamlarının əsərlərinin saxlanıldığı fondlarına müraciət edir. Bu baxımdan, layihə xüsusi əhəmiyyətə malikdir.

Açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər ortaq tarixə, zəngin mədəni irsə və Türk dünyasının mənəvi dəyərlərinə əsaslanır.

Onun sözlərinə görə, bu gün ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb və bu cür layihələr iki qardaş xalq arasında mədəni dialoqun daha da möhkəmlənməsinə, incəsənət sahəsində əməkdaşlığın və humanitar əlaqələrin genişlənməsinə töhfə verir.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova isə qeyd edib ki, 2024-cü ildə Abılxan Kasteyev adına Qazaxıstan Milli İncəsənət Muzeyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb və o vaxtdan iki qurum arasında fəal əməkdaşlıq başlayıb.

Sərgidə tanınmış Qazaxıstan rəssamlarının təxminən 30 əsəri nümayiş olunur. Bundan əlavə, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından Qazaxıstan ustalarının 8 əsəri ilk dəfə sərgilənir.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel layihənin həyata keçirilməsinə görə hər iki ölkənin muzeylərinə minnətdarlığını bildirib və bu cür təşəbbüslərin qardaş xalqlar arasında mədəni dialoqun, mənəvi yaxınlığın və dostluğun möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

O, sərginin hər iki ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevriləcəyinə və humanitar əməkdaşlığın daha da inkişafına səbəb olacağına əminliyini bildirib.

Qazaxıstan Respublikası Abılxan Kasteyev adına Milli İncəsənət Muzeyinin direktoru Qulaim Jumabekovanın fikrincə, bu layihə hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstan təsviri sənətini Azərbaycanda təmsil etmək böyük şərəf və mühüm mədəni missiyadır. O vurğulayıb ki, sərgi Türk dünyasının ortaq tarixi köklərinə və mənəvi dəyərlərinə əsaslanan mədəni dialoq məkanı kimi qurulub. Nümayiş olunan əsərlər Qazaxıstan və Azərbaycan xalqlarının ortaq mədəni məkanını formalaşdıran bədii düşüncənin ahəngini, arxetip obrazlarının vəhdətini və vizual kodları əks etdirir.

Rəsmi hissədən sonra qonaqlar sərgi ilə tanış olub.

Layihə Qazaxıstanın bədii irsinin geniş mədəni və tarixi kontekstdə dərk edilməsinə yönəldilib. Sərgi, ortaq tarixi təcrübəyə, türk mədəni məkanına mənsubluğa və milli bədii məktəblərin oxşar inkişaf proseslərinə əsaslanan mədəniyyətlərarası dialoq məkanı kimi qurulub.

Qazaxıstan tarixən müxtəlif sivilizasiya və bədii ənənələr arasında sıx qarşılıqlı əlaqə zonasında inkişaf edib ki, bu da onun təsviri sənətinin özünəməxsus təbiətini formalaşdırıb. Burada akademik məktəb köçəri mədəniyyətə əsaslanan obrazlı düşüncə ilə mükəmməl şəkildə birləşir.

Sərgi bir neçə nəsli təmsil edən rəssamların yaradıcılığında əks olunan - insan və təbiət arasındakı qarşılıqlı münasibət, köçəri sivilizasiyanın ənənəvi həyat tərzinin təfsiri, kollektiv yaddaş fenomeni və tarixi transformasiyalar şəraitində mədəni kimlik axtarışı əsas mövzuları açır.

Sərginin əhəmiyyətli bir hissəsini milli rəssamlıq məktəbinin təməlində duran ustaların: Abılxan Kasteyev, Moldaxmet Kenbayev, Kanafiya Teljanov, Nurbek Tansıkbayev və Mariya Lizoqubun əsərləri tutur. Onların əsərlərində akademik ənənə və milli dərk etmə formasının sintezinə əsaslanan orijinal bədii dil formalaşır. Aişə Qalımbayeva, Sabur Mambeyev, Salihitdin Aytbayev və Şaymardan Sariyevin əsərlərində obrazın daxili məzmununa, onun simvolik və fəlsəfi aspektlərinə diqqət artır. Landşaft, natürmort və tematik rəsm janrları təkcə vizual motivlər deyil, həm də məkan, mədəniyyət və zamanı anlamaq üçün bədii vasitə kimi çıxış edir.

Sərgi avqustun 31-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub

23:55
06 May

XİN: Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik

23:16
06 May

Bakıda “Qazaxıstan-Azərbaycan: Mədəniyyətlərin Dialoqu” sərgisi açılıb

22:52
06 May

“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər olub  

21:07
06 May

Azərbaycanın qətiyyətli siyasəti dünyaya bəyan olundu

20:55
06 May

Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub

20:52
06 May

Çexiyanın nəqliyyat naziri: Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna verdiyi töhfə böyükdür  

20:39
06 May

Heydər Əliyev irsinin konseptual əsasları: ənənə ilə müasirliyin vəhdəti

20:31
06 May

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

20:29
06 May

Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir

20:19
06 May

İqtisadiyyat Nazirliyində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

20:07
06 May

İtalyan politoloq: Orta Dəhliz Azərbaycanı Avrasiyanın geoiqtisadi mərkəzinə çevirir  

20:01
06 May

ITF-in baş katibi: Azərbaycanın sədrliyi vaxtında atılmış çox mühüm addım idi

19:58
06 May

Sorğu: Ukraynalıların əksəriyyəti bu ölkənin Aİ-nin tərkibində inkişaf edəcəyinə inanır  

19:44
06 May

Azərbaycanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun İllik Sammiti işə başlayıb  

19:39
06 May

CNN şəbəkəsinin qurucusu vəfat edib

19:32
06 May

ITF-in İllik Sammitində Azərbaycanın təşkilata uğurlu sədrliyi barədə məlumat verilib

19:24
06 May

Monqolustanın Baş prokuroruna Azərbaycanın parlamentarizm tarixi barədə məlumat verilib  

19:16
06 May

Qubanın bəzi ərazi vahidlərinin adları ilə bağlı qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib  

19:10
06 May

Oyaq ikən yuxu görmək mümkündür?

19:01
06 May

Daun sindromunun müalicəsində inqilab  

18:57
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!