06 May 2026 20:55
413
SİYASƏT
A- A+
Azərbaycanın qətiyyətli siyasəti dünyaya bəyan olundu

Azərbaycanın qətiyyətli siyasəti dünyaya bəyan olundu


Azərbaycan bir çox beynəlxalq siyasi  platformalarda uğurla təmsil olunur. Bu təmsil olunma inama, ehtirama əsaslanır. Bu ehtiram özlüyündə bəşəriliyə görə yaranır, bəşəriliyə görə davam edir. Azərbaycan “Avropa Siyasi Birliyi”nin də dərin rəğbətini belə qazanıb, bu rəğbət yüksək səviyyədə davam edir.

Azərbaycanla Ermənistan arasında sülh prosesinin sürətləndiyi bir ərəfədə İrəvanda “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirildi. Bu toplantıda videobağlantı formatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdi. Bu iştirak Azərbaycanın siyasi nüfuzunu daha da yüksəltdi, onun qlobal proseslərdə fəal iştirakının bəşəri mahiyyətini də təsdiqlədi. 

Çıxışında sülh prosesinə toxunan Prezident İlham Əliyev dedi: “Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik. Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı...”.

Azərbaycan Prezidenti digər mühüm məsələlərə də münasibətini bildirdi. Neçə onillərlə mövcud olmuş ikili standartların başqa formatda indi də davam etdiyini xatırlatdı. “Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar nümayiş etdirirlər. Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm. Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA)”- deyə Prezident İlham Əliyev bildirdi.

Dövlətimizin başçısı çıxışında beynəlxalq təşkilatların gerçəkliklərə obyektiv münasibət göstərmədiyini, hansı səbəblərdənsə, ikili standartlara əsaslanmağı fəaliyyətinin mahiyyətinə çevirdiyini də iştirakçıların diqqətinə çatdırdı. 

Bir el məsəlini xatırlayaq: “Deyənin eşidəni gərək”. Məqamı, əqidəsi, siyasi kursu sülh, dinc yanaşı yaşama, bəşəriik olan Azərbaycana belə münasibətin sonda iflasa uğrayacağı mütləqdir. Bu,  mütləqlik dövlət başçımızın “İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib…” fikirlərinin də qayəsi oldu.

Çıxışında Prezident İlham Əliyev Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirgə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik edən, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu bildiridi.

Prezident İlham Əliyevin 2026-cı il may ayının 4-də  “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycan gerçəkliklərinin həm tədbir iştirakçılarına, həm də dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm  siyasi hadisə oldu.


Səbinə XASAYEVA,

Milli Mıclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında" Azərbaycan RespublikasıPrezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:42
14 May

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:40
14 May

Bildiriş

01:38
14 May

Futbol üzrə Azərbaycan Kubokunun qalibi mükafatlandırılıb

22:47
13 May

Azərbaycanın dinlərarası dialoq təşəbbüsü beynəlxalq platformada dəstəklənib  

22:36
13 May

Azərbaycan güləşçisi Avropa çempionu olub

22:22
13 May

“Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub  

22:05
13 May

Moldova Xarici İşlər Nazirliyi hava məkanının pozulmasını pisləyir

21:42
13 May

Moskvada PUA hücumlarının nəticələri barədə məlumatların yayılmasına görə cərimələr tətbiq edilir

21:35
13 May

Ombudsman Slovakiya Milli Şurasının üzvlərini qəbul edib

20:37
13 May

Zakarpatye müharibə başlayandan bəri Rusiyanın ən kütləvi hücumuna məruz qalıb

20:27
13 May

Rusiyanın aviazərbələri nəticəsində Rovnoda üç nəfər həlak olub, daha dörd nəfər yaralanıb  

20:01
13 May

QHT və media nümayəndələri WUF13-ə hazırlıq işləri ilə tanış olublar YENİLƏNİB

19:54
13 May

Azərbaycanın və Belarusun hərbi informasiya sahəsində nümayəndələri əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar  

19:45
13 May

Birinci rübdə 44,6 min şəxs reabilitasiya xidmətləri ilə təmin olunub

19:26
13 May

ABŞ ilə Çin arasında iqtisadi maraqlar

19:17
13 May

SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib  

19:16
13 May

Bəzi yerlərə intensiv yağış yağır, Şəmkirə dolu düşüb – FAKTİKİ HAVA  

19:15
13 May

Azərbaycanın 7 karateçisi Avropa çempionu olub

19:14
13 May

Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans  

19:13
13 May

Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

19:11
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!