06 May 2026 14:36
447
SİYASƏT
A- A+
Azərbaycan-Aİ münasibətləri praqmatik yanaşma və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir  

Azərbaycan-Aİ münasibətləri praqmatik yanaşma və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir  

 

Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri Bakı ilə Brüssel arasında münasibətlərin davamlı və etimadlı əsaslar üzərində inkişaf etdiyini bir daha nümayiş etdirdi. Bu səfər tərəflər arasında strateji tərəfdaşlığın dərinləşməsinin göstəricisidir.

Son illər ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq çoxşaxəli xarakter alıb. Hər nə qədər Avropa Parlamenti daxilində bəzi siyasi qruplar münasibətlərə qərəzli yanaşmalar sərgiləsələr də, Aİ-nin icraedici strukturu – xüsusilə Avropa Komissiyası ilə Bakı arasında konstruktiv və davamlı əməkdaşlıq xətti qorunub saxlanılır. Bu isə tərəflərin uzunmüddətli maraqlarının üst-üstə düşdüyünü göstərir.

Prezident İlham Əliyevlə görüşdə də bu mövqe açıq şəkildə bəyan olundu. Bundan əvvəlki görüşlərdə əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər Azərbaycan–Aİ münasibətlərinin artıq strateji mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu kontekstdə siyasi dialoq, enerji təhlükəsizliyi və nəqliyyat kimi sahələrdə formalaşdırılmış enerji, nəqliyyat və təhlükəsizlik dialoqu kimi üç əsas mexanizm əməkdaşlığın institusional əsasını təşkil edir.

Məlum olduğu kimi, enerji sahəsində Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib. Bu gün Azərbaycan qazının 10-dan çox Avropa ölkəsinə ixracı, o cümlədən Almaniya və Avstriyanın timsalında yeni bazarların bu əməkdaşlığa qoşulması enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Aİ rəsmilərinin, o cümlədən K. Kallasın Azərbaycanı vacib enerji tərəfdaşı kimi qiymətləndirməsi də bu reallığın təsdiqidir.

Digər tərəfdən, nəqliyyat və regional bağlantılar sahəsində Azərbaycanın oynadığı rol getdikcə artır. Xəzər və Qara dəniz hövzələrini birləşdirən layihələr, o cümlədən TRİPP təşəbbüsü Aİ tərəfindən dəstəklənir və regionun iqtisadi əhəmiyyətini artırır.

Regionda sülh və sabitlik gündəliyinin təşviqi də Azərbaycanın prioritet istiqamətlərindəndir. Xüsusilə cənab Prezidentin Avropa Siyasi Birliyinin 8-ci sammiti çərçivəsində etdiyi çıxış bu baxımdan mühüm əhəmiyyət daşıyır və beynəlxalq səviyyədə diqqətlə qarşılanır. Azərbaycanın təşəbbüsləri regionda iqtisadi əməkdaşlığın genişlənməsinə və kommunikasiyaların açılmasına zəmin yaradır.

Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin tədricən inkişafı da regionda sabitliyin möhkəmlənməsinə xidmət edir. Enerji sahəsində Azərbaycanın oynadığı rol təkcə Avropa üçün deyil, region ölkələri üçün də strateji əhəmiyyət kəsb edir.

 

Nigar Məmmədova,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

19:29
16 May

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında  

19:19
16 May

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

18:43
16 May

AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

18:08
16 May

Ərdoğan: Qazaxıstan neftinin BTC ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür  

16:48
16 May

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

16:23
16 May

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

16:17
16 May

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur

15:54
16 May

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub  

15:35
16 May

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir

15:19
16 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

14:39
16 May

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir

14:23
16 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

14:19
16 May

Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

14:12
16 May

Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir

13:59
16 May

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2

13:59
16 May

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub  

13:48
16 May

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

13:09
16 May

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

12:57
16 May

Türk dünyasının əhəmiyyəti regional çərçivələri aşır

12:38
16 May

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

11:17
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!