06 May 2026 10:35
85
SİYASƏT
A- A+
Buxenvald əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılışı olub

Buxenvald əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılışı olub


İkinci Dünya müharibəsi zamanı Almaniyadakı əsir düşərgələrində həyatlarını itirən azərbaycanlı hərbi əsirlərin xatirəsinin yaşadılması istiqamətində görülən işlər davam etdirilir. Mayın 5-də Buxenvald əsir düşərgəsində azərbaycanlı hərbi əsirlərin xatirəsinə lövhənin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Azərbaycan və alman dillərində hazırlanmış xatirə lövhəsinin açılışı münasibətilə Buxenvald memorial kompleksində mərasim keçirilib.

Mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Buxenvald və Mittelbau-Dora Xatirə Kompleksləri Fondunun direktor müavini Filip Noyman-Tayn, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən həyata keçirilən bu təşəbbüs Almaniyadakı əsir düşərgələrində həlak olan həmyerlilərimizin xatirəsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm önəm daşıyır. Bu, indiyədək açılışı olan dördüncü xatirə lövhəsidir. İki il əvvəl Daxau, ötən il Zaksenhauzen, iki həftə əvvəl isə Bergen-Belsen düşərgələrində xatirə lövhələrinin açılışından sonra bu təşəbbüs Buxenvaldda davam etdirilib.

Buxenvald və Mittelbau-Dora Xatirə Kompleksləri Fondunun direktor müavini Filip Noyman-Tayn açılış mərasimində çıxış edərək Azərbaycan səfirliyinin təşəbbüsü ilə Buxenvald memorial kompleksində azərbaycanlı hərbi əsirlərə həsr olunmuş xatirə lövhəsinin açılışının yüksək əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu təşəbbüs nasist cinayətlərinin qurbanı olmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynayır. Həmçinin qeyd olunub ki, hər il yüz minlərlə ziyarətçinin gəldiyi bu məkanda xatirə lövhəsinin yerləşdirilməsi qurbanların unudulmamasına töhfə verəcək. Eyni zamanda, arxivlərdə azərbaycanlı qurbanlarla bağlı əlavə məlumatların mövcud olduğu və onların araşdırılmasının davam etdiriləcəyi diqqətə çatdırılıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev mərasimdə çıxış edərək bu günün həm azərbaycanlılar, həm də dünyada ədalət uğrunda mübarizə aparan insanlar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Diplomat İkinci Dünya müharibəsi zamanı 700 mindən çox azərbaycanlının faşizmə qarşı mübarizədə iştirak etdiyini və onların yarıdan çoxunun həlak olduğunu qeyd edib.

Səfir Almaniyadakı əsir düşərgələrində saxlanılmış və həlak olmuş azərbaycanlıların xatirəsinin yaşadılmasının əhəmiyyətini xüsusi vurğulayaraq, bu təşəbbüslərin məqsədinin təkcə keçmişi anmaq deyil, eyni zamanda, “bir daha heç vaxt” prinsipi ilə gələcək nəsilləri maarifləndirmək və məsuliyyət hissini gücləndirmək olduğunu bildirib.

Çıxışlardan sonra xatirə lövhəsinin üzərindən örtük götürülüb, önünə əklil qoyulub.

Buxenvald əsir düşərgəsi faşist Almaniyası dövründə - 1937-ci ildə Veymar şəhəri yaxınlığında yaradılmış ən böyük toplama düşərgələrindən biri olub. Əsasən siyasi məhbuslar, yəhudilər və digər təqib olunan qruplar üçün nəzərdə tutulan bu düşərgədə İkinci Dünya müharibəsi illərində minlərlə sovet əsgəri də daxil olmaqla 280 mindən çox insan saxlanılıb, on minlərlə məhbus isə ağır şərait, aclıq və zorakılıq nəticəsində həyatını itirib. Sovet əsgərləri xüsusi qəddarlığa məruz qalıb, düşərgəyə gətirilənlərin əksəriyyəti qətlə yetirilib. Aparılan araşdırmalar nəticəsində bu düşərgədə yüzlərlə azərbaycanlı hərbi əsirin də əzab çəkdiyi və həlak olduğu müəyyən edilib. Onların bir qismi öldürüldükdən sonra düşərgənin krematoriyasında yandırılıb.

Düşərgə 1945-ci ilin aprelində müttəfiq qüvvələri tərəfindən azad edilib. Bu gün Buxenvald ərazisi memorial kompleks kimi fəaliyyət göstərir və nasist cinayətlərinin unudulmaması, həlak olanların xatirəsinin yaşadılması məqsədilə burada mütəmadi anım mərasimləri və ziyarətlər təşkil olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Muxtar Babayev: Ötən ay Bakıda yağıntının miqdarı normadan 5 dəfə çox olub

11:01
06 May

Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib 

10:58
06 May

Dünya bazarında qızıl 96 dollar bahalaşıb

10:44
06 May

Dünya birjalarında neft ucuzlaşıb

10:39
06 May

Baş Prokurorluq Milli Onkologiya Mərkəzində törədilən partlayış zamanı xəsarət alan həkimin ölümü ilə bağlı məlumat yayıb  

10:37
06 May

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

10:36
06 May

Buxenvald əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılışı olub

10:35
06 May

Azərbaycan ilə Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

10:33
06 May

Bu ilin 4 ayında büdcədən 96 milyon manatdan çox ƏDV məbləği istehlakçılara geri qaytarılıb

10:33
06 May

Nazir: Ötən il fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası ödənilib  

10:32
06 May

Bakıda 5-ci Aqrobiznesin İnkişafı Forumu işə başlayıb

10:30
06 May

Azərbaycan nefti 118 dollara satılır

10:25
06 May

İranın xarici işlər naziri Pekinə gəlib

09:45
06 May

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

09:44
06 May

ABŞ Dövlət katibi: Kuba ilə bağlı məsələyə daha sonra baxacağıq

09:43
06 May

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

09:42
06 May

Rubio: “Azadlıq layihəsi" müdafiə əməliyyatıdır, biz atəş açmırıq  

09:37
06 May

Tarixi təməl üzərində qardaşlığın söz qalası

09:05
06 May

AÇG Azərbaycanın neft sənayesindəki mövqeyini itirmir

09:00
06 May

Böyük qayıdışdan iqtisadi zirvələrə, sosial ənənələrdən sahibkarlığa

08:57
06 May

Azərbaycanda ən müxtəlif təyinatlı gəmilər inşa olunur

08:55
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!